“Melissa” qasırğası Yamayka sahillərinə çatıb
Vaşinqton, 28 oktyabr, AZƏRTAC
Atlantik okeanının ən güclü qasırğası kimi dəyərləndirilən “Melissa” Yamaykanın Nyu-Hope şəhərində sahilə çatıb.
AZƏRTAC xəbər verir ki, Milli Qasırğa Mərkəzinin açıqlamasına əsasən 5-ci kateqoriyalı qasırğanın sürəti saatda 300 kilometrə çatır.
Yamaykanın Baş naziri Endryu Holnes CNN-ə bildirib ki, “Melissa” qasırğası Yamaykaya fəlakətli ziyan vuracaq.
"Regionda, bəlkə də dünyanın heç bir yerində 5-ci kateqoriyalı qasırğaya tab gətirə biləcək heç bir infrastruktur yoxdur", - deyə o əlavə edib. Qasırğanın ada ölkəsinə dağıdıcı təsir yetirəcəyinə dair proqnozlar səsləndirilir. Yamayka heç vaxt 5-ci kateqoriyalı qasırğaya məruz qalmayıb və BMT onu "əsrin qasırğası" adlandırıb.
“Melissa” qasırğası artıq yeddi ölümə səbəb olub və bunlardan üçü hazırlıq zamanı Yamaykada, üçü Haitidə, biri Dominikan Respublikasında qeydə alınıb.
5-ci kateqoriya qasırğa Saffir-Simpson şkalasına əsasən ən yüksək göstəricidir.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [20:13]
Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə edilir
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]