“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı keçiriləcək
Bakı, 5 dekabr, AZƏRTAC
Dekabrın 8-də Azərbaycan Dövlət Mahnı Teatrında yazıçı Şərif Ağayarın yeni çapdan çıxmış “Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı və imza günü keçiriləcək.
AZƏRTAC xəbər verir ki, kitabda tanınmış yazıçının ustad aşıq-şair Aşıq Ələsgərlə bağlı esseləri toplanıb.
Kitabda müəllif Aşıq Ələsgərin həyat və yaradıcılığı barədə öz fikir və qənaətlərini bölüşür. Şeirlərinə fərqli bucaqdan baxmağa çalışaraq onu daha çox şair kimi xarakterizə edir. Buna görə klassik ədəbiyyatla, xüsusən Füzuli yaradıcılığı ilə orijinal analogiyalar aparır.
Mərasim “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin hesabat konserti ilə birgə keçiriləcək.
Tədbirdə tanınmış söz və elm adamlarının çıxışı, aşıq, müğənni və musiqi qruplarının ifaları nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [13:00]
“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy”
- 24.09.2026 [12:59]
Sazın səsi – sözün nəfəsi: Ağbaba-Çıldır aşıq sənətinin ustadları yad edilib
- 24.09.2026 [12:20]
Şahverdi şəlaləsi - yolun özü də bir macəradır VİDEO
- 24.09.2026 [12:05]
Əsrlərin yadigarı – “Diri Baba” türbəsi VİDEO
- 24.09.2026 [01:09]