Mənsum İbrahimov: Cabir İmanovun hər sözü, hər kəlməsi daxildən gəlirdi, təmənnasız idi
Bakı, 30 sentyabr, AZƏRTAC
Cabir İmanov təkcə yaradıcılığı ilə deyil, həm də vətənə bağlılığı, səmimiyyəti və insanlığı ilə yadda qalacaq. O, sənətinə verdiyi töhfələrlə, insanlara bəxş etdiyi sevgi və ilhamla öz yolunu işıqlandırdı. Onun hər sözü, hər kəlməsi daxildən gəlirdi, təmənnasız idi.
Bunu AZƏRTAC-a müsahibəsində Xalq artisti Mənsum İbrahimov deyib.
“Cabir İmanov vətənini dərindən sevən bir insan idi. Torpaqlarımız azad olunanda o, böyük bir sevinc yaşamış, Qarabağla, Şuşa ilə bağlı arzularını həvəs və fərəhlə dilə gətirmişdi. Deyirdi ki, bəlkə bir layihə həyata keçirək – onun bəstələdiyi əsərlər var idi, onları muğamla sintez edib Qarabağ haqqında xüsusi bir əsər yaradaq. Mən də cavab vermişdim ki, böyük məmnuniyyətlə edək, bir vaxt tapıb görüşərik və həyata keçirərik. Təəssüf ki, qismət olmadı… Allahın hökmü belə imiş. Allah rəhmət eləsin”, - deyə Mənsum İbrahimov qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [16:32]
Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir
- 07.08.2026 [15:55]
Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib
- 07.08.2026 [14:43]
Əyani şəkildə keçirilən inkişafyönümlü təlimlər yekunlaşıb
- 07.08.2026 [12:48]
Ömrünü balet sənətinə həsr edən görkəmli sənətkar - Rəfiqə Axundova
- 07.08.2026 [11:46]
Azərbaycan film layihəsi beynəlxalq nüfuzlu qrantın qalibi olub
- 07.08.2026 [11:12]