Mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalan azyaşlılar xilas edilib
Bakı, 14 sentyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu, Ceyhun Həsənov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında azyaşlıların mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal nazirliyin Bakı Regional Mərkəzinin xilasediciləri cəlb olunub.
Xilasedicilər xüsusi alpinist ləvazimatlarından istifadə etməklə onaltımərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən mənzilə pəncərədən daxil olub və köməksiz vəziyyətdə qalan azyaşlılar - 2018-ci il təvəllüdlü Y.Axundzadə və 2021-ci il təvəllüdlü A.Axundzadəni xilas edərək ailə üzvlərinə təhvil veriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [18:10]
Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib
- 13.10.2026 [18:04]
İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb
- 13.10.2026 [17:23]
Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO
- 13.10.2026 [16:31]
Alimlər hüceyrələrin inkişaf yolunu xəritələşdiriblər
- 13.10.2026 [15:51]
ƏMAS-da əvvəlki iş yerlərinə dair arayış əldə etmək mümkündür
- 13.10.2026 [15:45]