Mənzildə baş verən partlayış nəticəsində şəxsin ölməsi faktı ilə bağlı araşdırma aparılır
Bakı, 16 avqust, AZƏRTAC
Avqustun 16-da saat 11 radələrində 1958-ci il təvəllüdlü Truxin Sergey Valentinoviçin Sumqayıt şəhərində yaşadığı mənzildə əl qumbarasının partlaması nəticəsində aldığı xəsarətlərdən ölüb.
Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.