Mərakeş koronavirus əleyhinə vaksin istehsalına başlayacaq
Rabat, 7 iyul, AZƏRTAC
Mərakeş öz ehtiyacını təmin etmək məqsədilə yaxın günlərdə koronavirus əleyhinə vaksinin istehsalına başlayacaq.
AZƏRTAC xəbər verir ki, ölkə kralı VI Məhəmməd bu günlərdə COVID-19 və digər xəstəliklər əleyhinə vaksinin Mərakeşdə istehsalı üzrə layihə barədə saziş imzalayıb. Layihə Mərakeşdə COVID-19 əleyhinə vaksinin və digər vaksinlərin istehsalı üçün krallığın tam və inteqrasiyalı sənaye və biotexnoloji potensialın təminatına və müəyyən vaksin suverenliyinə nail olunmasına istiqamətlənib. Layihə, həmçinin Mərakeşin Afrika qitəsində və dünya miqyasında aparıcı biotexnoloji platformaya çevrilməsinə hədəflənib.
COVID-19 və digər xəstəliklər əleyhinə vaksinin Mərakeşdə istehsalı üzrə layihə dövlət-özəl sektor əməkdaşlığı nəticəsində qısamüddətli perspektivdə istehsal gücü ayda 5 milyon doza vaksinə bərabər olmaqla dövriyyəyə buraxılıb. Layihənin ortamüddətli perspektivdə istehsalı tədricən artırılacaq. Beləliklə, layihəyə təqribən 500 milyon dollar həcmində qlobal investisiya cəlb ediləcək. Bu, həm Mərakeşin özünü tam təmin etməsinə, həm də digər Afrika ölkələrinə kömək etməsinə şərait yaradacaq.
Ölkənin Milli Səhiyyə Federasiyasının prezidenti və koronavirusa qarşı vaksinləmə üzrə elmi komitənin üzvü Mulay Səid Əfifin sözlərinə görə, Mərakeşdə dərman preparatlarına ehtiyacın 65 faizi yerli istehsal hesabına təmin edilir. Mərakeşin gördüyü fəal tədbirlər krallıqda koronavirusun yayılmasının qarşısını daha az itki ilə almağa imkan verib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Rabat
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]
ÜST bir çox ölkədə COVID-19-un davamlı olması barədə xəbərdarlıq edib
“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır
- 15.10.2026 [23:16]
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
- 15.10.2026 [22:43]
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
- 15.10.2026 [22:24]
Ələt qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi anılıb
- 15.10.2026 [21:39]
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var
- 15.10.2026 [21:35]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:48]
Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir
- 15.10.2026 [20:35]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [20:28]
® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim
- 15.10.2026 [20:11]
Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır
- 15.10.2026 [20:01]
Bu saata olan əsas xəbərlər
- 15.10.2026 [20:00]
Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib
- 15.10.2026 [19:59]
Şərurda müşavirə keçirilib
- 15.10.2026 [19:52]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:19]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:18]
BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək
- 15.10.2026 [19:00]
YAP-ın azərbaycançılıq ideoloji xətti milli həmrəyliyin əsasıdır – ŞƏRH
- 15.10.2026 [18:51]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [18:49]
Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb
- 15.10.2026 [18:43]
Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir
- 15.10.2026 [18:42]
Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir
- 15.10.2026 [18:28]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 15.10.2026 [18:28]
Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb
- 15.10.2026 [18:19]
Naxçıvanda yeni tədris ilində 15 icmaəsaslı məktəbəqədər qrup yaradılıb
- 15.10.2026 [18:14]
Autizmli gənclər iş təcrübələrini bölüşüblər
- 15.10.2026 [18:13]
Şərurda “PeşəFest-2026” baş tutub
- 15.10.2026 [18:10]
Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək
- 15.10.2026 [18:00]
Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB VİDEO
- 15.10.2026 [17:32]
Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb
- 15.10.2026 [17:29]
Azərbaycanlı həkim London Kral Həkimlər Kollecinin fəxri adına layiq görülüb
- 15.10.2026 [17:24]
® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti
- 15.10.2026 [17:21]
Hesablama Palatasında struktur dəyişiklikləri ilə bağlı layihə təqdim olunub
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [17:03]
Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb
- 15.10.2026 [17:02]
Azərbaycan Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında ikinci olub
- 15.10.2026 [17:02]