Mərdəkan-Zağulba avtomobil yolunda hərəkət qismən məhdudlaşdırılacaq
Bakı, 10 aprel, AZƏRTAC
Mərdəkan-Zağulba avtomobil yolunun 8-ci kilometrdə yeni inşa edilən yerüstü piyada keçidinin platformasının quraşdırılması ilə əlaqədar olaraq aprelin 11-də saat 02:00-dan 04:00-dək qeyd olunan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq (yol bağlanmır).
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, sürücülərdən qeyd olunan saatlarda sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [14:13]
Müəyyən dövlət müəssisələrinin birbaşa özəl kapitala açılması hədəflənir
- 06.10.2026 [14:02]
Azərbaycan İstanbul İqtisadi Forumunda təmsil olunacaq
- 06.10.2026 [13:41]