Merkel daş və qonur kömürlə işləyən bütün elektrik stansiyalarını bağlamağa çağırır
Budapeşt, 24 yanvar, AZƏRTAC
İqlim məsələlərinə həsr olunmuş Paris Konfransı bəşəriyyət qarşısında onun salamat qalmasına bərabər tutulan məqsədlər qoyub.
AZƏRTAC xəbər verir ki, bunu Davos Dünya İqtisadi Forumunda çıxış edən AFR Kansleri Angela Merkel bəyan edib. Hətta götürülən bu öhdəliklər də, onun fikrincə, yetərli deyil.
Xatırladaq ki, İqlim məsələlərinə həsr olunmuş Paris Konfransı qarşıya Yer kürəsində orta temperaturun artmasını 2050-ci ilə qədər təqribən 1,5 dərəcə məhdudlaşdırmaq məqsədi qoyub. Bunun üçün parnik qazlarının atmosferə buraxılmasına qarşı ciddi tədbirlər görmək lazımdır.
Merkel Avropa İttifaqı ölkələrini daş və qonur kömürlə işləyən bütün elektrik stansiyalarını 2038-ci ilə qədər bağlamağa çağırıb. Onun sözlərinə görə, bu məqsədlərə çatıb-çatmamaq Çin və ABŞ kimi böyük dövlətlərdən asılı olacaq.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [17:17]
Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ
- 05.10.2026 [12:53]
Sabah yağış yağacaq VİDEO
- 04.10.2026 [13:10]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]