MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ NÖVBƏTİ İCLASI OLMUŞDUR
Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, əvvəlcə komissiyanın 2006-cı il martın 4-də keçirilmiş iclasının protokolu təsdiq edilmişdir.
Sonra MSK sədrinin müavini Svetlana Qasımova, Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov, üzvləri Tamam Cəfərova və Rövşən İsmayılov bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibinin formalaşdırılması haqqında məlumat vermişlər. MSK 50 seçki dairəsi dairə seçki komissiyası tərkibinin formalaşdırılmasına dair qərar qəbul etmişdir.
Komissiyaya daxil olmuş müraciətlər müzakirəyə çıxarılmış və müvafiq qərarlar qəbul olunmuşdur.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (ABŞ) təmsilçiləri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.