MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ VƏ “SEÇKİLƏR” İNFORMASİYA MƏRKƏZİNİN SAYTLARI YENİLƏŞDİRİLMİŞDİR
MSK-nın nəzdində “Seçkilər” İnformasiya Mərkəzinin WWW. INFOCENTER.GOV.AZ saytı da təzələnmişdir. Bu saytda keçirilmiş seçkilər haqqında (6 noyabr 2005-ci il, 13 may 2006-cı il), dairə seçki komissiyalarının siyahısı, yerləşdiyi ərazi, ünvanlar, telefon nömrələri və sxematik xəritəsi, dairə üzrə məntəqələrin və seçicilərin sayı, səsvermədə iştirak etmiş seçicilərin sayı, məntəqə seçki komissiyalarının protokolları, ümumi statistika rəqəmləri, seçilmiş deputatlar haqqında, habelə oktyabrın 6-da keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı ətraflı məlumat əldə etmək olar. Saytda təklif və şikayətlər bölməsi də yaradılmışdır.
Xatırladaq ki, MSK-nın nəzdində 498-88-99 nömrəli “qaynar xətt”i fəaliyyət göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [12:01]
Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi
- 14.10.2026 [23:55]