MEŞƏ ZİYANVERİCİLƏRİ İLƏ MÜBARİZƏ ÜZRƏ TƏDBİRLƏR PLANI MÜZAKİRƏ OLUNMUŞDUR
Ekoloqların əldə etdikləri məlumatlara görə, ziyanvericilərin gələn il digər ərazilərə də yayılması təhlükəsi var. Ziyanvericilərlə mübarizə məqsədi ilə büdcədə 5,2 milyard manat məbləğində vəsait nəzərdə tutulmuşdur.
Akademiyanın bir sıra institutları əməkdaşlarının iştirak etdikləri müşavirədə bildirilmişdir ki, ziyanvericilərə qarşı mübarizədə bioloji metodlara daha çox üstünlük vermək lazımdır, çünki kimyəvi metodlar təbiətə, insan sağlamlığına böyük ziyan vurur. Müşavirənin yekunlarına əsasən ətraf mühitə az ziyan vuran kimyəvi maddələrin alınması üçün müsabiqə elan edilməsi, bu maddələrin səpilməsi ilə əlaqədar “Azərbaycan Hava Yolları” Dövlət Konserni ilə danışıqlar aparılması, alimlərdən, ekoloqlardan ibarət komissiyanın yaradılması barədə qərar qəbul edilmişdir. Komissiya ziyanvericilərlə mübarizə tədbirlərini işləyib hazırlayacaq və öz təkliflərini hökumətə təqdim edəcəkdir.