Metro və dəmir yolu nəqliyyatı sahəsində rəqəmsallaşdırma üzrə əməkdaşlıq imkanları müzakirə olunub
Bakı, 6 oktyabr, AZƏRTAC
Oktyabrın 6-da Bakıda rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Şərqi Avropa və Qafqaz üzrə icraçı direktoru Matteo Patrone ilə görüşüb.
Bu barədə AZƏRTAC-a rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib.
“AYİB-in krediti əsasında “Aztelekom” MMC-nin həyata keçirdiyi genişzolaqlı internet şəbəkəsinin genişləndirilməsi layihəsinin irəliləyişi haqqında danışdıq. “Hökumət buludu”, metro və dəmir yolu nəqliyyatı sahəsində rəqəmsallaşdırma üzrə əməkdaşlıq imkanlarını müzakirə etdik", - deyə nazir qeyd edib.