Azərbaycan Dövlət İnformasiya Agentliyi

Metroda nələr dəyişib? - Rəsmi göstəricilər

Metroda nələr dəyişib? - Rəsmi göstəricilər

Bakı, 15 dekabr, AZƏRTAC

Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumatlar əsasında apardığı təhlilə görə, 2021-ci ilin yanvar–sentyabr aylarında metro vasitəsilə daşınan sərnişinlərin sayı 38,9 milyon nəfər təşkil edib. 2022-ci ildə isə bu göstərici kəskin artaraq 276,7 faiz və ya 107,8 milyon nəfər yüksəlib və 146,7 milyon nəfərə çatıb.

AZƏRTAC MTM-in yaydığı məlumata istinadən xəbər verir ki, son beş ilin yanvar–sentyabr ayları üzrə metrodan istifadə edən sərnişinlərin sayında qeydə alınan bu pik göstərici, əsasən, xüsusi karantin rejimi ilə bağlı metroda sərnişindaşıma fəaliyyətinə tətbiq edilmiş məhdudiyyətlərin aradan qaldırılması ilə izah olunur.

2023-cü ilin yanvar–sentyabr aylarında metrodan istifadə edənlərin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,9 faiz və ya 10,1 milyon nəfər artıb və 156,8 milyon nəfər təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu göstərici 6,3 faiz və ya 9,8 milyon nəfər artaraq 166,6 milyon nəfərə yüksəlib.

Qeyd edək ki, təhlil olunan dövrdə 2025-ci ilin yanvar–sentyabr ayları azalma ilə yadda qalıb. Belə ki, bu dövrdə metrodan istifadə edən sərnişinlərin sayı 162,6 milyon nəfər olub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,4 faiz və ya 4 milyon nəfər azalma deməkdir. Azalmanın əsas səbəbləri kimi avtobus marşrutlarının sayının artırılması və yenilənməsi, eləcə də şəxsi avtomobillərin sayının artması göstərilə bilər.

Son 5 ilin yanvar–sentyabr ayları üzrə metro vasitəsilə sərnişin daşınmasına sərf olunan vəsaitlərə nəzər saldıqda, hər il artım tendensiyasının müşahidə edildiyi görülür. Belə ki, 2021-ci ilin müvafiq dövründə sərnişin daşınmasına sərf olunan vəsait 11,2 milyon manat təşkil edib. 2022-ci ildə isə bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 279,7 faiz və ya 31,4 milyon manat artaraq 42,6 milyon manata yüksəlib.

2022-ci ildə sərnişin daşınmasına sərf olunan vəsait artımının daha çox olmasının əsas səbəbi əvvəlki təhlildə də qeyd edildiyi kimi, xüsusi karantin rejimi ilə bağlı metroda sərnişindaşıma fəaliyyətinə tətbiq edilmiş məhdudiyyətlərin aradan qaldırılması və bunun nəticəsində metrodan istifadənin artması ilə əlaqədardır.

2023-cü ilin yanvar–sentyabr aylarında sərnişin daşınmasına sərf olunan vəsait 59,1 milyon manat olub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 38,5 faiz və ya 16,5 milyon manat artım deməkdir. 2024 və 2025-ci illərin yanvar–sentyabr aylarında isə sərf olunan vəsaitlərin artım tempi əvvəlki dövrlərlə müqayisədə zəifləyib. Belə ki, 2024-cü ildə bu məqsədlə 69,9 milyon manat (18,4 faiz və ya 10,8 milyon manat artım), 2025-ci ildə isə 78,9 milyon manat (12,8 faiz və ya 9 milyon manat artım) vəsait sərf olunub.

Qeyd edək ki, 2021–2025-ci illər ərzində hər il metro vasitəsilə sərnişin daşınmasına sərf olunan vəsaitin artması ölkədaxili sərnişin daşımalarında metro nəqliyyatına tələbatın yüksəlməsi, həmçinin yeni metro stansiyalarının istismara verilməsi ilə əlaqədardır.

Son 5 ilin 1 oktyabr tarixləri üzrə Bakı Metropoliteni QSC-də çalışan işçilərin sayına dair müqayisə göstərir ki, 2021-ci ildə müəssisədə 4 236 nəfər çalışıb. 2022-ci ildə işçilərin sayı 4 487 nəfərə yüksələrək əvvəlki illə müqayisədə 251 nəfər və ya 5,9 % artım qeydə alınıb. 2023-cü ildə işçilərin sayı 4 394 nəfər təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 93 nəfər və ya 2,1 faiz azalma deməkdir. 2024-cü ilin 1 oktyabr tarixində Bakı Metropoliteni QSC-də çalışan işçilərin sayı 4 409 nəfər olub və bu göstərici 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 15 nəfər və ya 0,3 faiz çoxdur. 2025-ci ilin 1 oktyabr tarixində isə Bakı Metropoliteni QSC-də çalışan işçilərin sayı 4 359 nəfər təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 50 nəfər və ya 1,1 faiz azalma deməkdir.

Ümumilikdə, təhlil olunan dövrdə işçilərin sayında ən yüksək artım 2022-ci ildə müşahidə olunub. Sonrakı illərdə isə göstərici cüzi artım və azalmalarla əsasən sabit səviyyədə qalıb.

2021–2025-ci illərin yanvar–sentyabr aylarında Bakı Metropoliteni QSC-də çalışan işçilərin orta aylıq əməkhaqqı göstəriciləri davamlı artım dinamikası nümayiş etdirib. Belə ki, 2021-ci ildə bu göstərici 770,7 manat olub. 2022-ci ildə orta əməkhaqqı 1 044 manata yüksələrək 273,3 manat və ya 35,5 faiz artım göstərib ki, bu da təhlil olunan dövr üzrə ən yüksək artım tempi hesab olunur. 2023-cü ilin müvafiq dövründə orta əməkhaqqı 1 144,7 manat təşkil edib və bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 100,7 manat və ya 9,6 faiz artım deməkdir. 2024-cü ilin yanvar–sentyabr aylarında artım davam edib və orta əməkhaqqı 1 241,5 manata çatıb ki, bu da 96,8 manat və ya 8,5 faiz yüksəlişlə müşayiət olunub.

2025-ci ilin yanvar–sentyabr aylarında isə Bakı Metropoliteni QSC-də çalışan işçilərin orta əməkhaqqı 1 325,9 manat olub və 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 84,4 manat və ya 6,8 faiz artım qeydə alınıb.

Ümumilikdə, təhlil olunan dövrdə Bakı Metropoliteni QSC-də çalışan işçilərin orta əməkhaqqı göstəriciləri ardıcıl artım nümayiş etdirib. Artım tempi əvvəlki illərdə daha yüksək olub, sonrakı mərhələdə isə tədricən azalaraq nisbi sabitlik və dayanıqlı inkişaf meyli ilə xarakterizə edilib.

2025-ci ilin yanvar–sentyabr ayları üzrə Cənubi Qafqaz ölkələrində metro nəqliyyatı ilə daşınan sərnişinlərin sayının müqayisəli təhlilinə əsasən, üç ölkə arasında ən yüksək göstərici Azərbaycan Respublikasında, yəni Bakı şəhərində müşahidə olunub. Belə ki, sözügedən dövrdə Azərbaycanda metro nəqliyyatından 162,6 milyon nəfər istifadə edib.

Bu göstərici ilə ikinci pillədə Gürcüstan (Tbilisi şəhəri) qərarlaşıb. 2025-ci ilin yanvar–sentyabr aylarında Tbilisi metrosundan 106,5 milyon nəfər istifadə edib ki, bu da Azərbaycanla müqayisədə 56,1 milyon nəfər azdır. Ermənistanda isə (İrəvan şəhəri) eyni dövr ərzində metro nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 17,6 milyon nəfər olub ki, bu göstərici həm Azərbaycan, həm də Gürcüstanla müqayisədə əhəmiyyətli dərəcədə aşağı səviyyədə qiymətləndirilir.

Ümumilikdə, 2025-ci ilin yanvar–sentyabr ayları üzrə Cənubi Qafqaz regionunda metro nəqliyyatı üzrə göstəricilər ölkələr arasında kəskin fərqlənib. Azərbaycan lider mövqedə, Gürcüstan orta səviyyədə, Ermənistan isə xeyli aşağı göstərici ilə təmsil olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Səməd Ağırbaş: COP31 iqlim öhdəliklərini real investisiya imkanlarına çevirməlidir

“Euronews” Azərbaycan musiqi irsi ilə bağlı videosüjet hazırlayıb

Anaklaudia Rossbax: İki milyard insanın mənzil ehtiyacları üçün dayanıqlı maliyyə sistemi qurulmalıdır

Qusarda leysan və sel sularından zərər çəkən 4 fərdi yaşayış evi yenidən tikilir

Dosent: “Koroğlu” motivinin Qaşqay mühitində yaşaması ümumtürk epik yaddaşının göstəricilərindəndir

SOCAR ilə “Karpowership” arasında beynəlxalq bazarlarda birgə fəaliyyət imkanları nəzərdən keçirilib

Tatyana Molçan: Ukraynadakı müharibə Avropanın və dünyanın iqtisadi mənzərəsini yenidən formalaşdırır

Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Co Vilsonla görüşüb

Tedros Adhanom Qebreyesus: Ortaq zəifliklər bölünmə deyil, həmrəylik mənbəyinə çevrilməlidir

Migel Anxel Moratinos: Çoxqütblü dünya özlüyündə sülhə təminat vermir

Lavrov və Rubio Cənubi Qafqazdakı vəziyyət, Rusiya-ABŞ münasibətləri barədə fikir mübadiləsi aparıblar

Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəlib

Nyu-Yorkda 7-ci Xəzər Biznes-Forumu baş tutub

Ayxan Abbasov: Məqsəd C Liqasına qayıtmaqdır

Quruluşçu rejissor: "Vətən daşı" filmi azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını əks etdirir VİDEO

Quruluşçu rejissor: "Vətən daşı" filmi azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını əks etdirir VİDEO

Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub

Tacikistan millisinin baş məşqçisi: Azərbaycan yığması keyfiyyətli komandadır

"Neftçi" basketbol klubu Avropa Kubokuna qələbə ilə başlayıb

Şəhid Əkrəm Şadmanovun atası: Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması idi VİDEO

Şəhid Əkrəm Şadmanovun atası: Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması idi VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib

Türkiyənin FATF-in “boz siyahı”sına daxil edilmək riskinin olmadığı açıqlanıb

Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyununda qalib gəlib

Yəməndə köçkünlərin sayı 230 minə çata bilər

ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır

Azərbaycan səfiri etimadnaməsinin surətini Polşa Xarici İşlər Nazirliyinin Dövlət katibinə təqdim edib

Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var

Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır

Pezeşkian: ABŞ ilə danışıqlara hazırıq, amma güc dilini qəbul etmirik

Almaniya hökuməti sosial ödənişlərdən sui-istifadəyə qarşı mübarizəni gücləndirir

Qazaxda açıq ərazidə yanğın olub

Məsud Pezeşkian: Regionumuzdakı məsələlər bölgədəki ölkələr tərəfindən həll edilməlidir

Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO

Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO

Meşələr yandırıldı, sərvətlər talan edildi, santexnika isə sökülüb Ermənistana aparıldı VİDEO

Meşələr yandırıldı, sərvətlər talan edildi, santexnika isə sökülüb Ermənistana aparıldı VİDEO

İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik

Bakıda Çin Xalq Respublikasının yaradılmasının 77-ci ildönümünə həsr edilmiş rəsmi qəbul olub

Azərbaycanın və Fransanın xarici işlər nazirləri qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar

Azərbaycan və Belarus konsulluq əməkdaşlığı üzrə memorandum imzalayıb

Bakıda Səudiyyə Ərəbistanı Krallığının Milli Günü qeyd olunub

Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur

Milli Məclisin sədri Birləşmiş Krallığın ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb

Bu saata olan əsas xəbərlər

Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksək Səviyyəli Görüşü keçirilir

Çinin iri şirkətləri ilə Azərbaycan arasında 50-yə yaxın birgə layihə həyata keçirilir

Almaniyanın Azərbaycandakı səfiri Milli Məclisdə olub

Azərbaycan və BQXK arasında əməkdaşlıq məsələləri diqqət mərkəzində olub

Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Fransa Martin Ryanın əfv edilməsini məmnunluqla qarşılayıb

Böyük Britaniyaya artan borclanma xərcləri və zəif iqtisadi artımla bağlı xəbərdarlıq edilib

Berlin Olimpiya Oyunlarına ev sahibliyinə namizədliyini geri götürür

Azərbaycan-Çin ticarət dövriyyəsi 2026-cı ilin ilk 7 ayında 2,6 milyard dollara çatıb

Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq

Baş nazirin müavini: Ötən il Azərbaycana səfər edən Çin vətəndaşlarının sayı 42 faiz artıb

Təhminə Bədəlova: Nizami Gəncəvi orta əsrlərdə qadının cəmiyyətdəki rolunu yüksək qiymətləndirib

Diplomat: Qarşılıqlı vizasız rejim Azərbaycan-Çin humanitar əlaqələrini intensivləşdirir

Səfir: Çinlə Azərbaycan Günəş və külək enerjisi sahəsində əməkdaşlığı genişləndirir

Dilçilik İnstitutunda I Bakı Türkoloji Qurultayına həsr edilmiş yeni kitab təqdim olunub

Lu Mey: Çin-Azərbaycan əməkdaşlığında Orta Dəhlizin əhəmiyyəti artır

Süni intellektdən təhsildə istifadənin müəyyən riskləri var – tədqiqat

Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO

Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO

Diplomat: Çin ilə Azərbaycanın ticarət və investisiya həcminin rekord göstəricilərə çatacağı gözlənilir

Səfir: Çin qlobal iqtisadiyyatın əsas mühərriki olaraq qalır

Təhlükəsizliyin yeni xəritəsi: Dövlətlər hansı təhdidlərlə üz-üzədir VİDEO

Təhlükəsizliyin yeni xəritəsi: Dövlətlər hansı təhdidlərlə üz-üzədir VİDEO

Metallurgiya sənayesinin inkişafı ölkə iqtisadiyyatının digər istiqamətləri üçün də mühüm əhəmiyyət daşıyır - ŞƏRH

Tarixçi-alim: Gəncəsər katolikosluğunun ləğvi Cənubi Qafqazda erməniləşdirmə planının tərkib hissəsi idi

Azərbaycanı Avropa çempionatında 12 stend atıcısı təmsil edəcək

Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində keçiriləcək konfransa tezis qəbulu başlayıb

Mərkəzi Bank rəsmisi Almatıda sığorta sektorunda prudensial tənzimləmənin beynəlxalq təcrübəyə uyğunlaşdırılmasından danışıb

Türkiyənin Koç Universitetinin professoru BDU-da məruzə edib

Rəqəmsal folklor folklorşünaslığın metodoloji sərhədlərini genişləndirir

Qapalı yerdəki havanın keyfiyyətini yaxşılaşdırmaq üçün effektiv vasitənin sınağı aparılıb

Azərbaycanda mis konsentratı istehsalı 5,5 dəfə, ixracı isə 14 faizədək artıb – QRAFİK

Professor: Filizçay filizinin emalı üzrə tədqiqatlarımız “AzerGold”un işlərinə fayda verə bilər

Azərbaycan ilə Mərkəzi Afrika Respublikası arasında diplomatik əlaqələr qurulur

SOCGOV 2026 - Sosial xidmətlərin gələcəyi Xankəndidə müzakirə olunacaq

İqlimşünaslar Qlobal Cənub ölkələri üçün anomal istilərin yaratdığı risklər barədə xəbərdarlıq ediblər

Azərbaycanın heyvan xəstəliklərindən azad statusunun qorunması qabaqcıl təcrübə kimi təqdim olunub

Fidan Hacıyeva: Üzeyir Hacıbəyli yaradıcılığı milli musiqimizin əvəzsiz xəzinəsidir

“.az” domenlərinə qarşı “defacement” hücumları qeydə alınıb

® “Unibank” sahibkarlar üçün Yaşıl kredit təqdim edir: illik faiz 12 faizdən başlayır

Milli Kibertəhlükəsizlik Agentliyi “Global Anti-Scam Alliance”a üzv olub

Milli Azərbaycan Tarixi Muzeyində qorunan qalxan - döyüş məqsədli silah, yoxsa saray bəzəyi?

Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib

Azərbaycan Şanxayda keçirilən “WorldSkills” yarışlarında təmsil olunur

Azərbaycan nümayəndələri İspaniyada rəqabət hüququ sahəsində beynəlxalq təcrübə ilə tanış olublar

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 12 yanvar tarixli 1717050000001700 nömrəli Qərarı ilə təsdiq edilmiş “Maliyyə institutları tərəfindən məlumat verilməli hesablar barədə hesabat”ın tərtib edilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Geoloq: Müasir peyk texnologiyaları və süni intellekt yeni faydalı qazıntı yataqlarının axtarışında mühüm imkanlar yaradır

“Araz-Naxçıvan”ın ukraynalı baş məşqçisi: İlk tapşırığımız turnir cədvəlində üst sıralara yüksəlməkdir

Avropada qazın qiyməti son üç həftənin ən aşağı səviyyəsinə enib

“İRS” beynəlxalq jurnalının özbək dilində ilk nömrəsi nəşr olunub

“Gələn kimi səni qucaqlayıb bir saat öpəcəyəm...”: Səməd Vurğunun son məktubu

Hasilatdan emala keçid: regionlarda yeni iqtisadi ekosistemlər yaranacaq ŞƏRH

Süni intellekt, akademiya və startap: Londonda çalışan azərbaycanlı tədqiqatçı ilə MÜSAHİBƏ

Əfv sərəncamının icrası təmin edilib – YENİLƏNİB VİDEO

Əfv sərəncamının icrası təmin edilib – YENİLƏNİB VİDEO

Xocalı və Xocavənddə kənd yolları yenidən qurulur

® Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış Azərbaycanın turizm iqtisadiyyatında artıma necə təkan verir

Professor: Filizçay filizinin mürəkkəb tərkibi onun ənənəvi üsullarla zənginləşdirilməsini çətinləşdirir

Marqarita Kərimova-Sokolova: Üzeyir Hacıbəylinin irsi yaşayır, inkişaf edir və insanları davamlı olaraq birləşdirir

Milli Kitabxanada “27 Sentyabr – Anım Günü” elektron məlumat bazası təqdim edilib

Müharibədənsonrakı dövrdə 440 nəfər mina qurbanı olub - RƏSMİ

Əfv sərəncamı ilə Pakistan vətəndaşı olan qadın azadlığa buraxılıb VİDEO

Əfv sərəncamı ilə Pakistan vətəndaşı olan qadın azadlığa buraxılıb VİDEO