MƏTYU BRAYZƏ: ABŞ AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜNÜ DƏSTƏKLƏYİR
AZƏRTAC xəbər verir ki, bu sözləri ABŞ dövlət katibinin Avrasiya məsələləri üzrə müşaviri, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Mətyu Brayzə sentyabrın 18-də Bakıda keçirdiyi mətbuat konfransında demişdir.
İki həftə əvvəl ABŞ-ın vitse-prezidenti Dik Çeyninin Azərbaycana səfəri zamanı dediyi sözləri xatırladan M.Brayzə bildirmişdir ki, Birləşmiş Ştatlar Azərbaycanın firavanlığına və təhlükəsizliyinə mühüm əhəmiyyət verir. Azərbaycan müstəqilliyini bərpa etdiyi gündən ABŞ daim ona dəstək vermişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan M.Brayzə vurğulamışdır ki, ABŞ Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Biz Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə həlli prinsipinə sadiq qalırıq. Həll yolunun tapılması indi əvvəlkindən daha da vacibdir. Belə bir nəticənin əldə edilməsi regionda sülhü və sabitliyi möhkəmləndirəcəkdir.
Mətyu Brayzə bildirmişdir ki, hazırda Azərbaycan regiona və dünya bazarlarına artan həcmdə neft və təbii qaz ixrac etməklə yanaşı, istehsalı və nəqli genişləndirmək potensialına malikdir.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:46]
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
- 16.06.2026 [16:39]
Baş nazir Əli Əsədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb
- 16.06.2026 [15:24]
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər inkişaf etdirilir
- 16.06.2026 [14:56]
Türk ekspert: Şuşa Bəyannaməsi təhdidlərə qarşı səmərəli mexanizmdir
- 16.06.2026 [14:04]