Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏTYU BRAYZƏ: AZƏRBAYCAN DÜNYANIN NADİR BİR DÖVLƏTİDİR

ATƏT-in Minsk qrupunda yeni təyin olunan amerikalı həmsədr Mətyu Brayzə bu yaxınlarda jurnalistlərlə söhbətində vasitəçilərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair tərəflərə təqdim etdiyi sülh razılaşmasının əsas prinsiplərini açıqlamışdır. Həmsədrin bu şərhi Qarabağ məsələsi ilə maraqlanan dairələrdə birmənalı qarşılanmamışdır. AZƏRTAC-ın xüsusi müxbiri Mətyu Brayzəyə Minsk qrupundakı yeni rolu və onun son bəyanatları ilə bağlı suallarla müraciət etmişdir. Həmin müsahibənin mətnini oxucularımıza təqdim edirik.

-Siz bu yaxınlarda Minsk qrupunda ABŞ tərəfindən həmsədr vəzifəsinə təyin olunmusunuz. Bildiyimə görə, bu, Sizin Dövlət Departamentində Qarabağ və Xəzər hövzəsi ilə bağlı ilk işiniz deyil.

-Əvvəllər mən Dövlət Departamentində ABŞ prezidentinin Xəzər hövzəsi enerjisi üzrə xüsusi müşavirinin müavini vəzifəsində çalışmışam. Burada işlədiyim üç il ərzində müşavirlər Riçard Morninqstar və Con Vulf Bakı-Tbilisi-Ceyhan layihəsi çərçivəsində beynəlxalq razılaşmalar hazırlayırdılar. Məhz bu mərhələdə Bakı-Tbilisi-Ceyhan reallığa çevrilməyə başlamışdır. O zaman layihənin iştirakçısı olan şirkətlər və dövlətlər birgə mövqe və birgə razılaşmalarla sərmayə axınına şərait yaratmağa çalışırdılar.

-Qarabağ münaqişəsinin uzunmüddətliliyi və dinamikası ona beynəlxalq dairələrdə “dondurulmuş münaqişə” adı qazandırıbdır. Siz, bu terminlə razısınızmı?

- Xeyr, mən “dondurulmuş münaqişə” terminini xoşlamıram. Yunan filosofunun təbirincə desəm, adam eyni suya iki dəfə girə bilməz, çünki su həmişə axır. Qafqazdakı münaqişələrə, yaxud hər hansı başqa münaqişəyə gəldikdə, burada status-kvo saxlanıla bilməz. Çünki daim hərəkət var: insanların arzuları, hərdən isə təxribatlar mövcuddur. Hərçənd, Gürcüstandakı münaqişələrə nisbətən Qarabağ münaqişəsində təxribatlar o qədər də nəzərə çarpmır. Mən bu münaqişələri uzun müddətdir izləyirəm. Ağ evdə işlədiyim dörd il ərzində, birbaşa vasitəçi kimi olmasa da, nizamasalma prosesində yaxından iştirak etmişəm. Gəldiyim qənaət budur ki, bu münaqişələr “dondurulmuş” deyildir.

-Son bəyanatınız bölgədə böyük təəccüblə qarşılanıb. Həmsədrin sülh danışıqlarında müzakirə olunan sənədin detallarını açıqlaması ilk dəfədir baş verir. Qeyd etməliyəm ki, Ermənistan tərəfi bundan daha çox hiddətlənib. Onlar sizin yalnız seçmə maddələri açıqladığınızı iddia edir, belə bəyanatlarınız davam etsə, danışıqlar masası üstündə olan bütün materialları ictimaiyyətə açıqlayacaqları ilə hədələyirlər. Necə bilirsiniz, siz lazım olduğundan çoxmu danışmısınız?

-Əlbəttə ki, yox. Hətta mənim erməni dostlarım deyə bilərlər ki, az məlumat açıqlamışam. Yəqin onlar istəyərdilər ki, mən Laçın dəhlizinin müzakirə maddəsi olduğunu deyim və erməni qüvvələrinin ərazilərdən mərhələli şəkildə çıxarılmasında Laçın amilini də xatırladım. Əlbəttə, mən Laçın haqqında danışmamışam. Amma, unutmaq lazım deyil ki, mən həmin müsahibəmdən bir neçə saat əvvəl Vyanada açıqlanmış uzun sənədin tam mətnini təkrar etmirdim. Sadəcə, qısa xülasəsini təqdim etmişdim. Məsələ ilə maraqlananların hamısını həmsədrlərin birgə yaydığı bəyanatla tanış olmağa çağırıram. Bəyanat ATƏT-in internet səhifəsində yerləşdirilibdir. Bu bəyanat mən hələ prosesə qoşulmazdan əvvəl hazırlanmışdı və iyunun 22-də həmsədrlər tərəfindən Vyanada ATƏT-ə təqdim olunmuşdur.

-Prezident İlham Əliyev bəyan etmişdir ki, öz ərazisində sülhməramlı qüvvələr yerləşdirmək Azərbaycan üçün ən böyük güzəştlərdən biridir, çünki bizim ölkəmizdə xarici dövlətlərin hərbçisi yoxdur. Razılaşmada haqqında söhbət açılan sülhməramlı qüvvələr nə cür nəzərdə tutulur? BMT-nin, NATO-nun qüvvələri, yoxsa həmsədr ölkələrin birgə hərbi qüvvələri?

-Bu məsələ üzərində işlənilməlidir. Həmsədrlər 22 iyun bəyanatında yekdil olduqları kimi, bu məsələdə də yekdildirlər ki, hər hansı sülhməramlı qüvvələrin tərkibi münaqişə tərəfləri ilə razılaşdırılmalıdır. Danışıqlar masasındakı çərçivə razılaşması yalnız prinsipləri müəyyənləşdirir. Məsələn sülhməramlı qüvvələrin gətirilməsi prinsip kimi təklif olunubdur. Qalan məqamlar isə - qüvvələrin hansı ölkələr və ya təşkilatlardan olacağı tərəflər arasında sonradan müzakirə ediləcəkdir.

-Cənab Brayzə, ABŞ-ın rəsmi siyasəti Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşır. Sizin açıqladığınız sənəddə Dağlıq Qarabağın gələcək statusunun səsvermə yolu ilə müəyyənləşdirilməsi nəzərdə tutulur. Bu səsvermə kimləri əhatə edəcək və Azərbaycanın ərazi bütövlüyünü nəzərə alacaqmı?

-Yenə də deyim ki, həmsədrlərin yekdilliklə qəbul etdiyi son bəyanatda səsvermənin və ya erməni tərəfinin təqdim etdiyi kimi, referendumun detalları gələcək danışıqlar zamanı müəyyənləşəcəkdir. Mən isə sizə iki prinsipi təsdiqləyə bilərəm. Bunlar çox vaxt bir-biri ilə ziddiyyət təşkil edir. ABŞ Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Necə ki, Abxaziya və Cənubi Osetiya münaqişələrində Gürcüstanın, Dnestryanı münaqişədə isə Moldovanın ərazi bütövlüyünü dəstəklədiyimiz kimi. Eyni zamanda, biz, insanların öz müqəddəratını təyinetmə hüququna inanırıq. Qarabağ münaqişəsi və Gürcüstandakı münaqişələr kimi hallarda bu iki prinsip ziddiyyət təşkil edir. Məhz belə hallarda diplomatiya və beynəlxalq vasitəçilik lazımdır. Minsk qrupu tərəflərlə işləyərək, bu iki ziddiyyətli prinsipin uyğunlaşdırılması yollarını axtarmaq üçündür.

-Bölgədən Azərbaycanın işğal edilmiş ərazilərinin yandırılması haqqında narahatedici xəbərlər gəlir. Siz yanğınları əks etdirən, peyk vasitəsilə çəkilmiş şəkillərlə tanışsınızmı? Buna münasibətiniz necədir?

-Bəli, tanışam. Lakin mən bu sahədə mütəxəssis deyiləm. Şəkilləri görmüşəm, onlar geniş yanğın ərazilərini göstərir. Bu, narahatedicidir. Mən Azərbaycan hakimiyyətinin yanğınların qəsdən törədildiyi barədə dediklərini başa düşürəm. Çünki şəkillərdə yanğının sərhədləri elə aydın xətlərlə görünür ki, sanki kimsə bu yanğınların necə başlanması və haraya qədər yayılması barədə əvvəlcədən düşünübdür. Amma bunun əsasında hər hansı qərar çıxara bilmərəm. ATƏT-in hazırkı sədri və təşkilat şəxsi nümayəndə Anji Kaspşiki Ağdama və digər sərhədyanı bölgələrə göndəribdir. Onun hesabatını gözləyəcəyik.

-Bu həftə siz Vaşinqtonda Dağlıq Qarabağdan gələn iki şəxslə görüşmüsünüz. Deyə bilərsinizmi, Dağlıq Qarabağdakıların aparılan sülh danışıqlarına münasibəti necədir?

- Mən buna hələ cavab verə bilmərəm. Dağlıq Qarabağda heç vaxt olmamışam. Bu, ilk dəfə idi ki, Dağlıq Qarabağı təmsil edən şəxslərlə görüşürdüm. Bizim hökumətdən onlarla yalnız Minsk qrupundakı həmsədr və onun ofisinin işçiləri görüşə bilər. İyulun son həftəsində, Dağlıq Qarabağ da daxil olmaqla, bölgəyə səfər edəcəyəm. Dağlıq Qarabağdan gələn şəxslərlə apardığımız söhbət elə indi sizinlə danışdıqlarımıza bənzəyirdi. Onlar da öyrənmək istəyirdilər ki, həmsədrlərin son bəyanatı nəyi nəzərdə tutur və s. Bir sözlə, bu, fikir mübadiləsi və bir-birimizlə tanışlıq idi. Təbii ki, belə görüşlərdə heç bir qərar çıxarılmır.

-Hər bir münaqişədə ədalət anlayışı var. Əlbəttə ki, bu anlayış münaqişənin hansı tərəfi ilə danışdığınızdan asılı olaraq, nisbidir. Amma, buna baxmayaraq, hər bir münaqişədə ədalətsizcəsinə davranılmış insanlar və arzu olunan ədalət anlayışı var. Sizcə, Qarabağ münaqişəsində ədalət nə deməkdir?

-Ədalət çox subyektiv anlayışdır, hər ssenaridə müxtəlif ola bilər. Bu anlayış hər bir insan üçün müxtəlifdir. Mən də ədalət anlayışını birmənalı şəkildə təyin edə bilmərəm. Həmsədr kimi mənim rolum rusiyalı və fransalı həmkarlarımla birlikdə hər iki tərəfə kömək etmək, onların ikisinin də ədalətli hesab etdiyi həll yolunu tapmaqdır. Münaqişə tərəfləri özləri ədalətli həllin nədən ibarət olduğuna qərar verməli və onu yaratmalıdırlar.

-Bu yaxınlarda Bakıda İslam Konfransı Təşkilatı ölkələri nazirlərinin toplantısı keçirilmişdir. Burada Azərbaycan özünü müsəlman tərəfdaşlarına Qərb dünyası arasında körpü kimi təklif etmişdir. ABŞ-a bu təşəbbüs nə dərəcədə lazımdır?

-Biz bu təşəbbüsü alqışlayırıq. Azərbaycan dünyanın nadir bir dövlətidir. Demokratiya sahəsində hələ uzun yol keçəcəyinə baxmayaraq, Azərbaycan inkişafda olan demokratiyadır. Əhalisinin əksəriyyəti şiə müsəlman olan dünyəvi dövlətdir. Dünyada ikinci belə ölkə yoxdur. Nəzəri və praktik cəhətdən Azərbaycan ABŞ üçün əvəzedilməz tərəfdaş ola bilər. Təkcə Amerika üçün deyil, müsəlman dünyasında tolerantlıq, dünyəvi təhsili və elmləri inkişaf etdirmək istəyən hər bir ölkəyə. Azərbaycan İslamın demokratiya ilə uyğunluğuna inanan hər bir müsəlman və ya qeyri-müsəlman üçün təbii tərəfdaşdır.

-ABŞ-la Azərbaycan arasında rəsmi münasibətlər yüksələn xətlə inkişaf edir. Amma, buna baxmayaraq, ölkəmizdə keçirilən son sosioloji sorğular ABŞ-ın Azərbaycan ictimaiyyəti arasında populyarlığının aşağı olduğunu göstərir. Məsələn, belə sorğuların birində respondentlərin cəmi 11 faizi ABŞ-ı Azərbaycana dost ölkə adlandırmışdır. Müqayisə üçün deyim ki, 1999-cu ildə bu rəqəm 30 faiz idi. Bu, sizi təəccübləndirirmi?

- Əlbəttə təəccübləndirir. Mən belə statistikanı heç vaxt eşitməmişəm. Amma sorğular üzrə mütəxəssis deyiləm, bilmirəm respondentlər kimin arasından seçilmişdir və s. Buna baxmayaraq deməliyəm ki, biz Azərbaycanla və Azərbaycan xalqı ilə əlaqələrimizi yüksək qiymətləndiririk. Bu statistika bir daha sübut edir ki, Azərbaycan xalqı ilə tez-tez danışmalı, - elə bu cür müsahibələr vasitəsilə də, - məqsədlərimizi, maraqlarımızı izah etməli, birgə dəyərlərimiz haqqında söhbət açmalıyıq.

-On üç il Vaşinqtonda Azərbaycanı təmsil edən səfir Hafiz Paşayev bu ay sizinlə sağollaşır. Azərbaycan ABŞ-a yeni nümayəndəsini göndərəcəkdir. Yeni səfirdə hansı cəhətləri görmək istərdiniz?

- (Zarafatla...)Təəssüf ki, səfir Paşayevin eynən oxşarını tapa bilmərik. O, çox gözəl insandır. Bölgənizlə işlədiyim 9 il ərzində şəxsən mənə çox qiymətli məsləhətlər veribdir. Müdrik insan, dost, həmkar kimi çox konstruktiv baxışları var. Öz yumşaq təbiəti ilə nə düşündüyünü, hərdən əks mövqelərini bizə dəfələrlə elə çatdırıb ki, bunu dinləməkdən ləzzət almışıq. Məncə, yeni gələcək səfirin kim olacağı haqqında anlayışım var. Ümidvaram ki, bir neçə ildən sonra onu da yola salarkən ünvanına eyni ehtiram sözləri deyəcəyik.

-Söhbətinizə görə təşəkkür edirik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb

QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Pakistan “Fətah-2” raketinin sınağını keçirib

Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub

Laos və Kamboca ilə əlaqələrin inkişafı Azərbaycanın mövqelərini gücləndirir ŞƏRH

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ üçün siyasi və iqtisadi zəmin mövcuddur

OPEC-in gündəlik neft hasilatı 25 milyon bareli ötüb

ADAU tələbələri təcili vəziyyətlərdə ilkin yardımın yollarını öyrəniblər

OPEC bu il və gələn il üzrə qlobal neft tələbatına dair proqnozlarını açıqlayıb

“Azərişıq” əməkdaşları Türkiyədə beynəlxalq Peşə Ustalığı Yarışında birinci yeri tutublar

Alimlər hüceyrələrin inkişaf yolunu xəritələşdiriblər

Gürcüstan ilə Aİ arasında münasibətlər və gələcək əməkdaşlıq yenidən diqqət mərkəzindədir