Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏTYU BRAYZƏNİN “NOVOSTİ ARMENİİ” AGENTLİYİNƏ MÜSAHİBƏSİ HAQQINDA

Berlin, 1 avqust (AZƏRTAC). Bu yaxınlarda dərc edilmiş Madrid prinsiplərinin təfərrüatı və danışıqlar prosesinin əlavə“nüanslarının” ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Mətyu Brayzə tərəfindən açıqlanması belə güman etməyəəsas verir ki, münaqişə tərəfləri bu prinsipləri qəbul edəcəyi təqdirdə həmin prinsiplərin ən çox ehtimal olunan nəticəsi Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış 86.600 kvadrat kilometrə bərabər bütün ərazisində onun suverenliyinin mərhələlər üzrə bərpa edilməsindən ibarət ola bilər.
M.Brayzə “Novosti Armenii” (news.am) agentliyinin suallarına cavab verərkən birmənalı şəkildə təsdiq etmişdir ki, Azərbaycanın Dağlıq Qarabağa bitişik işğal edilmiş 7 rayonunun 5-i, yaxud 6-sı deyil, 7 rayonun hamısı, müxtəlif müddətlərdə də olsa, qaytarılmalıdır. Bu halda əsas məsələ - Dağlıq Qarabağın qəti siyasi statusu məsələsi nə indi, nə də prosesin ortalarında müzakirə ediləcəkdir, bu məsələən axırıncı mərhələyə, başqa sözlə desək, Azərbaycanın keçmiş Dağlıq Qarabağ vilayətinin tərkibinə daxil olmayan işğal edilmiş 7 rayonunun son qarışı üzərində Azərbaycanın suverenliyi bərpa ediləndən sonraya keçirilmişdir. Ağ evin (ABŞ) mətbuat xidmətinin saytında dərc edilmiş Madrid təkliflərinin təfərrüatından heç də o nəticə çıxmır ki, Ermənistan ilə Azərbaycanın Dağlıq Qarabağ regionu arasında yerüstü dəhliz yaradılması Azərbaycanın Laçın şosesi boyunca yerləşən öz mübahisəsiz ərazisinin bir qismindən formal şəkildə imtina etməsini (xeyir ola!) nəzərdə tutur. Brayzə bu məsələni izah edərək bildirmişdir ki, nəticə etibariləbütün yeddi rayon Azərbaycana qaytarılacaq və hər hansı ərazi dəyişiklikləri və ya sərhədlərə yenidən baxılması nəzərdə tutulmur. Başqa sözlə desək, fasiləsiz yerüstü gediş-gəliş əlaqəsi bugünkü kimi, ola bilsin ki, müəyyən sülhyaratma kontingentinin nəzarəti altında mövcud olacaqdır, lakin bu asfalt yolun hər bir kvadrat santimetri əvvəlki kimi Azərbaycan ərazisi hesab ediləcəkdir. Bu, müəyyən mənada Türkiyə boğazlarının statusunu xatırladır.
Dağlıq Qarabağa bitişik işğal edilmiş yeddi rayonun axırıncısının son qarışı da Azərbaycana qaytarılmayınca Dağlıq Qarabağın statusu məsələsi, əvvəlki kimi, gündəlikdən kənarda qalacaqdır. Hər halda, dərc edilmiş Madrid prinsiplərinin təfərrüatını və M.Brayzənin müsahibəsini diqqətlə təhlil edərək bu cür məntiqi nəticəyə gəlmək olar. İşğal edilmiş axırıncı rayonun qaytarılması ilə Dağlıq Qarabağın qəti statusunun müəyyən edilməsi arasında hər hansı zaman asılılığının mövcud olması barədə heç yerdə heç nə deyilmir, bu barədə heç bir eyham da yoxdur. Bu cür əlaqə yaratmağa əsas yoxdur. Deməli, Yerevan Dağlıq Qarabağın müstəqilliyi üçün Azərbaycandan “xeyir-dua” alana qədər (və bunun üçün) Azərbaycan ərazisinin bir hissəsini girov saxlaya bilməyəcək. O, HƏR ŞEYİ danışıqsız qaytarmalı, sonra Dağlıq Qarabağa qayıdan daxili köçkünlərin üzünə qapıları taybatay açmalı və yalnız bundan sonra danışıqlar masası arxasında əyləşərək axırıncı məsələnin müzakirəsinə başlamalıdır. Bu şəraitdə “miatsumçular”ın Dağlıq Qarabağın müstəqilliyinə necə nail olmağa hazırlaşması aydın deyil. Ümid edirik ki, Madrid prinsiplərinin müəlliflərinin Qafqazda ikinci “Lesoto” yaratmaq barədə gizli niyyətləri yoxdur. Ümumiyyətlə, üç dövlətlə həmsərhəd olan Naxçıvana istinad edilməsi tamamilə mənasızdır, buna görə də “miatsumçular” zəhmət çəkib bu suala cavab axtarmalı olacaqlar.

Yerevanda isə özlərinə bir qədər başqa şəkildə təsəlli vermək qərarına gəliblər. Məsələn, Ohanes Ohanesyan ad-soyadlı birisi eyforik tərzdə bildirmişdir ki, Madrid prinsiplərində Azərbaycanın ərazi bütövlüyü haqqında heç nə deyilmir. Ohanesyan bu faktı özünəməxsus tərzdə izah edir - onun fikrincə, həmsədrlər başa düşürlər ki, beynəlxalq hüquq baxımından bu prinsip tənzimləmə prosesində tətbiq edilə bilməz. Lakin əvvələn, həmsədrlərin özlərindən bu barədə heç nə soruşmadan onların nəyi başa düşmüş və nəyi başa düşməmiş olması barədə öz absurd mühakimələrini onların adına yazmaq lazım deyil. Allaha şükür, hamının beyni işləyir. İkincisi, həmin Ohanesyan Ağ evin mətbuat xidmətinin saytında dərc edilmiş sənədi, necə deyərlər, “dovşanın suyunun suyu” kimi deyil, ilk mənbədən oxumuş olsaydı və həmin sənədin preambulasına xüsusi diqqət yetirsəydi, baza prinsiplərinin nəyəəsaslandığını başa düşərdi.

Yeri gəlmişkən, elə həmin Ohanesyan Azərbaycan KİV-lərini bu sənədin orijinalını ingilis dilindən tərcümə edərkən təhrifə yol verməkdə günahlandırmış və onun fikrincə, “düzgün” tərcümə variantını təklif etmişdir: “Madrid prinsiplərində yazılmışdır ki, “DQR” əraziləri güzəşt etməlidir”. Bu, lap gülməlidir! Ohanesyan həmin sənəddə “DQR” əraziləri güzəşt etməlidir” frazasını harada görüb, aydın deyil. Görünür, Azərbaycan tərəfi faktları təhrif etməkdə və sənədi düzgün tərcümə etməməkdə günahlandıran Ohanesyan özü “tərcümə” və “şərh” anlayışları arasında böyük fərq görmür. O hətta həmin sənəd barədə özünün bircə saniyəəvvəl dediyi fikri də təkzib etməyə çalışmışdır: “Lakin mən əminəm ki, Arsax Azərbaycan ərazisini işğal etməmişdir, əksinə Azərbaycan Dağlıq Qarabağ ərazisini hələ də işğal altında saxlayır”. Ən təəccüblüsü budur ki, o, tamamilə haqlıdır: 1) ”Arsax” həqiqətən Azərbaycanı işğal etməmişdir, çünki bu iyrənc işi onun əvəzinə Ermənistan Respublikası görmüşdür; 2) Orta əsrlərdə mövcud olmuş Arsax-Xaçen alban knyazlığı təəssüf ki, artıq mövcud deyil, buna görə də, o hətta çox istəsə belə, nə işğal edə bilər, nə də işğal oluna bilər. Dağlıq Qarabağ ərazisinin Azərbaycan tərəfindən işğal edilməsi barədə bəyanatın ikinci hissəsinə gəldikdə isə, ümumiyyətlə, İngiltərə Oksfordşir qraflığını, Ukrayna isə Poltava vilayətini işğal edə bilməyəcəyi kimi, Azərbaycan da öz ərazisini işğal edə bilməz.
M.Brayzə Dağlıq Qarabağın danışıqlar prosesindən kənarlaşdırılması barədə sualın cavabında qeyd etmişdir ki, bu qərarı 1998-ci ildə Ermənistan özü qəbul etmişdir, hərçənd, ola bilsin ki, müəyyən mərhələdə “Qarabağın hakim dairələri” danışıqlarda birbaşa iştirak etmək məsələsinə qayıdacaqlar. Yeri gəlmişkən, Bakıda da bunu istisna etmirlər. Üstəlik, Bakıda bu cür əlaqələr yaranmasına sevinərlər. Dağlıq Qarabağın azərbaycanlı icmasının başçısı Bayram Səfərov bu günlərdə bildirmişdir ki, biz bu cür əlaqələr yaratmağa hazırıq. Buna görə də Bako Saakyan müvafiq adamlarla görüşüb müzakirələr apara bilər, Azərbaycanın mərkəzi hökuməti isə bərabər hüquqlu bu iki icmanın liderləri arasında birbaşa əlaqələr üçün hər cür şərait yaradar. Gördüyünüz kimi, Azərbaycan tərəfi Dağlıq Qarabağ ermənilərinin danışıqlarda iştirak etmək arzusuna da mane olmur.
Bircə bunu fərz etmək qalır ki, indiki vaxtda Madrid prinsipləri üzərindəəlavə iş erməni tərəfinin tələbi üzrə aparılır. Görünür, baza prinsiplərində Dağlıq Qarabağın müstəqillik əldə etməsinə zəmanət verən və ya heç olmasa bu cür şans yaradan “əl yerləri”, “saman çöpləri” olmaması erməni tərəfini o qədər də qane etmir. Vaxtilə Robert Koçaryanın Kəlbəcərin qaytarılması məsələsini Dağlıq Qarabağda müstəqillik barədə referendum keçirilməsi, Laçını isə həmişəlik ermənilərin əlində saxlamaq şərtləri iləəlaqələndirmək kimi uğursuz cəhdi bu cür “saman çöplərindən” biri idi. Lakin dərc edilmiş sənəddən göründüyü kimi, orada Azərbaycan rayonları hər hansı şəkildə qradasiya edilmir, yaxud onların işğaldan azad edilməsinin növbəliliyi barədə söhbət getmir. Bu və ya digər rayonun qaytarılmasının nədənsə asılı olması barədə isə danışmağa dəyməz. M.Brayzə özü də heç bir ilkin şərt qoyulmadan bütün yeddi rayonun azad edilməli olmasını qeyd etməklə axırıncı şübhələrə də son qoymuşdur. Bu da təbiidir, çünki həmsədrlər belə bir fikirlə razılaşmışlar ki, ermənilər bütün yeddi rayonun işğaldan azad edilməsini və məcburi köçkünlərin Dağlıq Qarabağa qaytarılmasını güzəşt kimi “sata bilməzlər”, bu iş qeyd-şərtsiz baş verməlidir. O ki qaldı güzəşt məsələsinə, Ermənistandan bütün azərbaycanlı əhali qovulandan sonra Azərbaycanın öz erməni əhalisinə geniş muxtariyyət verilməsinə, habelə Mehridə analoji dəhliz yaradılmadan Ermənistan ilə Dağlıq Qarabağ arasında fasiləsiz nəqliyyat əlaqəsi yaradılmasına Bakının razılıq verməsi həqiqətən güzəştdir. Bu razılıq tarazlığın pozulması dərəcəsinə çatan iki böyük güzəşt deməkdir.

Əgər Madrid prinsipləri üzərində indi aparılan əlavə iş həqiqətən Dağlıq Qarabağın “aralıq statusu”nun dəqiqləşdirilməsinə nail olmağa çalışan Ermənistanın tələbi əsasında baş verirsə, çox güman ki, Ermənistan burada da ümidverici konkretləşdirməyə nail ola bilməyəcəkdir. Çünki həmin sənədin müəllifləri olan həmsədrlərin məqsədi tamamilə başqadır - onlar münaqişə tərəflərinin heç birinin əsassız iştahalara düşməsinə imkan vermədən bu məsələni mümkün qədər qeyri-müəyyən və müəmmalı şəkildə saxlamaq istəmişlər. Brayzə demişdir: “Dağlıq Qarabağın “aralıq statusunun” dəqiqləşdirilməsinə dair danışıqlar prosesi hələ davam edir və bu danışıqlar sülh müqaviləsi imzalanan vaxta qədər tamamlanmış olmalıdır. Bizim məqsədimiz Dağlıq Qarabağ xalqının özünü təhlükəsiz hiss etməli olması və öz həyat fəaliyyətinin siyasi, iqtisadi, hüquqi və mədəni elementləri də daxil olmaqla onun bütün aspektlərini idarə etmək imkanına malik olmasını nəzərdə tutan status-kvonu dəstəkləməkdir”. Vasitəçilər “aralıq status” barədə danışarkən hazırda de facto yaranmış vəziyyəti bu və ya digər tərəfə dəyişmədən, bu gün olduğu kimi saxlamağa çalışırlar.

Vasitəçilər tədricən onu da başa düşürlər ki, Azərbaycan icmasının Dağlıq Qarabağa qayıtması labüddür, Ermənistan nə qədər istəsə də, bunun qarşısını ala bilməyəcək, bu prosesi keçmiş erməni qaçqınların Azərbaycana qaytarılması iləəlaqələndirə bilməyəcəkdir. Çünki bu qruplar əsla bərabərhüquqlu qruplar deyil və Azərbaycandan olan keçmiş erməni qaçqınların Ermənistandan olan keçmiş azərbaycanlı qaçqınların şəxsindəöz ekvivalenti vardır.Qaçqınların öz yeri var, qarabağlıların öz yeri. Qarabağlılar qaçqınlar deyil, onlar daxili köçkünlərdir. Qarabağda hər iki icma yaşamalıdır və yaşayacaqdır. Erməni qaçqınların qaytarılması məsələsinə isə yalnız Ermənistandan olan yarım milyona yaxın azərbaycanlı qaçqının və onların övladlarının paralel olaraq öz tarixi vətənlərinə qaytarılması iləəlaqədar baxmaq olar.
Yeri gəlmişkən, Ermənistanın Kanadadakı keçmiş səfiri Ara Papyanın etirafından görünür ki, Yerevanda bunu çox yaxşı başa düşürlər. Bu həmin Papyandır ki, BMT Təhlükəsizlik Şurasının üzvlərini ... Sevr müqaviləsinin şərtlərinin yerinə yetirilməməsinə görə beynəlxalq məhkəməyə verməyi təklif etmişdi (bax: http://www.day.az/news/armenia/124392.html və http://vugar-seidov.blogspot.com/2008/07/blog-post.html məqalələri). İndi isə Papyan bəyan edir ki, hərbi əməliyyatlar başlanacağı təqdirdə neft kəmərlərinin işi şuluq olacaq və Ermənistan “sudan quru çıxacaqdır”. Neyləyək, biz onun yaxşı əhvalını korlamaq, kefinə soğan doğramaq fikrində deyilik. Bircə onu deyirik ki, vasitəçilər də Madrid prinsiplərini sonsuz sayda yeniləşdirmək və yeni təkliflər tərtib etmək fikrində olmayacaqlar, bütün bu şıltaqlıqlar günlərin birində onları sadəcə bezdirə bilər.
Bax, onda kimisə beynəlxalq təşkilatların qətnamələrini yerinə yetirməyə məcbur etmək məsələsi qarşıya çıxacaqdır. Bunun nə ilə nəticələnəcəyi barədə müstəqil fikirləşmək yaxşıdır.

 
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib