Azərbaycan Dövlət İnformasiya Agentliyi

“MİATSUM”: DÜYÜNƏ DÜŞMÜŞ TƏKAMÜL

ATƏT-in Minsk qrupu həmsədrlərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair fəaliyyətində son vaxtlar müşahidə olunan nəzərəçarpacaq fəallıq vasitəçilərin Cənubi Qafqazın iki dövlətinin - münaqişə tərəflərinin paytaxtlarına, habelə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunun inzibati mərkəzinə son səfərləri zamanı onların bir sıra kifayət qədər ümidverici siyasi bəyanatlar vermələrinə gətirib çıxarmışdır. Həmin bəyanatların ahəngi belə təxmin etməyə imkan verir ki, danışıqlar prosesindəki buz tədricən əriməyə başlamışdır, özü də hadisələr əsla “miatsum” ideyası banilərinin düşündükləri ssenari ilə inkişaf etmir.

Xatırladaq ki, “miatsum” ideyasının özü “Stalinin tarixi səhvinin dərhal düzəldilməsi” və DQMV-nin birbaşa Yerevana tabe etdirilməsi kimi ilkin tələbdən tutmuş sonralar həmin taktikanın bu vilayətin Azərbaycandan qoparılıb, “müstəqil respublika” deyilən aralıq mərhələ vasitəsilə axırda Ermənistana birləşdirilməsi yolu ilə həmin məqsədə mərhələ-mərhələ çatmaq ilə əvəzlənməsinə qədər təkamül dövrü yaşamışdır. İkinçi yol, yəni “DQR-tranzit” yolu ilkin “ekspress-miatsum” planı SSRİ Ali Soveti Rəyasət Heyətinin 1988-ci ilin iyulunda A.Qromıkonun sədrliyi və M.Qorbaçovun iştirakı ilə keçirilmiş iclasında tam darmadağın edildikdən, DQMV-nin Azərbaycan SSR-in tərkibindən çıxması barədə vilayət sovetinin və həmin vilayətin Ermənistanın tərkibinə qəbul edilməsi barədə Ermənistan SSR Ali Sovetinin qərarları Azərbaycan SSR-in ərazisinin bir hissəsini Ermənistana verməkdən imtina etməsi ilə əlaqədar Konstitusiyaya zidd qərar sayıldıqdan sonra yeni taktiki xətt kimi qəbul edilmişdir. Bu iclas ermənilərin bir respublikanın digərinə qarşı açıq-aşkar ərazi iddiaları məqsədi güdən vilayətin dərhal Ermənistan SSR-ə tabe etdirilməsi planlarının perspektivsiz olduğunu bu respublikanın siyasi elitasına nümayiş etdirdi.

Onda “Qarabağ” və “Krunk” erməni komitələrinin moskvalı və leninqradlı müşavirləri akademik A.Saxarov və Q.Starovoytova öz erməni dostlarına (kimlər üçün isə sponsorlara) dünyada qeyri-populyar olan ərazi iddialarından əl çəkib, yeni şüarlardan - “millətlərin öz müqəddəratlarını təyin etmək hüququ” və “müstəmləkə xalqlarının müstəqilliyi uğrunda mübarizə” liberal-demokratik terminologiyasından istifadə etməklə həmin məqsədə doğru dolayı yollarla irəliləməyi məsləhət gördülər. Ermənistan-Azərbaycan ərazi münaqişəsinin təfsilatını, qaynaqlarını və mahiyyətini dərindən bilməyən dünya auditoriyasının qulaqlarında həmin şüarlar həqiqətən gözəl səslənirdi. Bu şüarların konkret olaraq Dağlıq Qarabağa nə kimi aidiyyəti var, ümumiyyətlə, indiki halda tətbiq edilə bilərmi sualları bir o qədər də vacib deyildi. Nəhayət, müzakirələrdə həmişə opponenti müxtəlif terminolojı kələklərlə yormaq, diskussiyanı çıxılmaz vəziyyətə salmaq, lazım gəlsə, ümumiyyətlə, başqa səmtə yönəltmək imkanı vardır. Sonra isə KİV-lər və piar-texnoloqlar öz işini görüb, sifarişçinin istədiyi tərəfi müzakirələrin qalibi kimi təqdim edəcəklər. Başlıcası - uğurlu terminolojı bər-bəzək, KİV-lərin dəstəyi və sitat gətirilən bir-iki məşhur addır.

Bu taktiki məqsədlə artıq DQMV-nin özünü önə çəkmək (yəni münaqişə obyektindən subyektinə çevirmək) qərara alındı, Ermənistan SSR isə sanki ona dəxli yoxmuş kimi müvəqqəti geri çəkilib gözləmə mövqeyi tutdu. Erməni ideoloqları yeni tezis də irəli sürdülər: güya Dağlıq Qarabağ məsələsi ilk dəfə vilayət sakinlərinin özləri tərəfindən qaldırılmışdır, Ermənistanda isə onları sadəcə dəstəkləmişlər (hərçənd bu tamamilə yanlışdır: məsələ diasporda - Daşnaksütyun partiyasının 1985-ci ildə Afinada keçirilmiş qurultayında qaldırılmış, Ermənistana xaricdən ötürülmüşdür. Ermənistandan isə emissarlar bu respublikanın tabeliyinə keçməyi əsla düşünməyən və muxtar vilayətin iqtisadiyyatının baxımsız vəziyyətə düşməsi barədə təbliğat mifinin əksinə, Ermənistandakı qohumlarından və Azərbaycanın qalan hissəsinin əhalisindən xeyli yaxşı yaşayan Qarabağ ermənilərini qızışdırmağa yollandılar).

Məqsəd isə aydın idi: dağılmaqda olan SSRİ-nin fonunda bir respublikaının digərinə ərazi iddiaları “əsarət altına alınmış xalqın müstəqillik və azadlıq uğrunda” uydurma mübarizəsi ilə əvəzlənirdi. Belə taktika getdikcə güclənməkdə olan və ittifaq dövlətini laxlatmaq üçün müttəfiq axtaran demokratik dairələrin və respublika xalq cəbhələrinin rəğbətini vəd edirdi. Q.Starovoytova və Q.İgityanın SSRİ Xalq Deputatlarının 1989-cu ilin yayında keçirilmiş birinci qurultayından dərhal sonra deputatların bir hissəsini ermənilərin Qarabağa dair planlarına dəstək göstərmələri üçün ələ almaq məqsədi ilə Regionlararası deputat qrupuna daxil olmağa tələsdiklərini yada salaq. Bu gediş özünü qismən doğrultdu - ermənilər həqiqətən də o vaxt ölkədə tanınan A.Sobçak, Y.Afanasyev, Y.Çerniçenko, V.Korotiç, A.Şabad, V.Smirnov, V.Şeynis, A.Nuykin kimi bir çox deputatların, yazıçıların və ictimai xadimlərin, Baltikyanı ölkələrdə yaranmaqda olan, Ermənistan-Azərbaycan münaqişəsinin mahiyyətinə bir o qədər də varmayan xalq cəbhələri liderlərinin rəğbətini qazandılar. Onları inandırırdılar ki, Dağlıq Qarabağda söhbət bir respublikanın digərinə qarşı irəli sürdüyü bayağı və bəsit ərazi iddialarından deyil, Hindistanın Britaniya imperiyasına qarşı azadlıq mübarizəsinə bənzər mütərəqqi milli-azadlıq hərəkatından gedir. Dağlıq Qarabağ ermənilərinin “azadlıq” tələblərinin A.D.Saxarovun və onun erməni qarışığı olan arvadı Y.Əlixanyan-Bonnerin adları ilə yanaşı çəkilməsi “Qarabağ xalqının mübarizəsinin” “tərəqqi”, “demokratiya”, “yenilənmə” anlayışları ilə eyniyyət təşkil etməsi barədə saxta təəssüratın yaranması üçün kifayət idi. Deməli, istibdad ilə mübarizədə qarabağlılara mane olan bütün insanlar yenidənqurmanın, aşkarlığın, Saxarovun, Yeltsinin əleyhdarları, bir sözlə, mühafizəkarlar, liqaçovçular, Konstitusiyanın 6-cı maddəsinin ləğv edilməsinə müqavimət göstərən köhnə nomenklatura qvardiyasının tərəfdarlarıdırlar.

1991-ci ilin narahat avqust günlərində əlində üçrəngli Azərbaycan bayrağı üç gün üç gecə Ağ evin qarşısında olmuş bu sətirlərin müəllifi xatırlayır ki, DFHK-dan olan qiyamçıların həbsindən sonra, Ağ evin həlak olmuş üç müdafiəçisinin dəfni günü üçgünlük qəflət yuxusundan ayılmış Moskva erməniləri öz bayraqları ilə nəhayət ki, küçəyə çıxdılar və bir milyonluq nümayişə müəmmalı şəkildə qoşuldular. Erməni dəstəsinin başında gedən isə əlində “Moskvada üç gün baş verən hadisələr artıq üç ildir Qarabağda davam edir” sözləri yazılmış qəribə plakat tutmuşdu. Bu transparant yatırılmış mürtəce qiyamın hələ də güclü emosional təsiri altında olan sıravi nümayiş iştirakçısının təhtəlşüuruna dərhal təsir edirdi: deməli, qarabağlıların işi haqdır. Qarabağın DFHK-ya ümumiyyətlə nə kimi aidiyyəti olduğunu və bu plakatı aparan “qəhrəmanların” böhranlı üç gün üç gecəni harada gizləndiklərini isə soyuq başla çox az adam düşünürdü. “Qarabağ” Rusiya Ziyalıları Komitəsi (“KRİK”) katibliyinin “DQVM-də zorakılığın baş alıb getməsinə son qoymaq, qətllərdə, girovların götürülməsində, işgəncələr verilməsində, erməni əhalisinin hüquqlarının pozulmasında və onların təhqir edilməsində təqsirkar olan hərbi rəhbərliyi məhkəməyə vermək (seçmə müəllifindir -V.S.)” tələbi ilə 1991-ci il avqustun 21-də RSFSR Ali Sovetinə, Rusiya Prezidentinə və vitse-prezidentinə göndərdiyi teleqram da məlumdur. Əlbəttə, DQMV-də yalnız erməni əhalisinin hüquqları vardı, Azərbaycan əhalisi isə sanki heç yox idi, ona görə də hüquqları da pozulmurdu. Maraqlıdır, həmin teleqramda deyilirdi ki, “mürtece qüvvələrin demokratiyaya hücumu məhz DQMV-dən başlanmışdır, Moskvadakı hərbi çevrilişin qanlı məşqləri orada getmişdir”. Bir sözlə, rusiyalı demokratlarla birləşmiş ermənilər “Qarabağ arzularını” demokratiyaya bərabər tutmaq və bu yolla vilayətin Azərbaycanın tərkibindən çıxarılmasına nail olmaq üçün qüvvələrini əsirgəmirdilər.

SSRİ-nin son aylarında mətbəx demokratları arasında geniş yayılmış çox bəsit “dostumun dostu dostumdur, dostumun düşməni düşmənimdir” formulu ermənilərin sovet cəmiyyətinin siyasi baxımdan fəal demokratik cinahının rəğbətini müvəqqəti qazanmasına imkan verdi. SSRİ Konstitusiyasının Saxarov tərəfindən hazırlanmış yeni layihəsi də yada düşür. Burada istisnasız olaraq bütün muxtariyyətlərə, o cümlədən muxtar mahallara və vilayətlərə müttəfiq respublika statusu verilməsi nəzərdə tutulurdu. Ermənilər Dağlıq Qarabağın əvvəlkitək Kommunist Partiyası tərəfindən idarə olunan Azərbaycanın tərkibindən çıxarılması tələblərinin “mütərəqqiliyini” bir daha əsaslandırmaq üçün həmin sənədə də geninə-boluna istinad edirdilər.

Beləliklə, DQMV-nin birbaşa Ermənistan SSR-ə tabe etdirilməsi barədə ilkin tələb separatçıların dəstək almaları və ölkənin mütərəqqi qüvvələrinin rəğbətini qazanmaları məqsədi ilə “əzilmiş Qarabağ xalqının öz müqəddəratını təyin etməsi” barədə tezislə əvəzləndi. Lakin SSRİ-nin dağılması ermənilərin demokratik qüvvələrin rəğbətindən axıradək istifadə etmələrinə mane oldu. Bundan sonra müstəqil milli dövlətlərdə siyasi elitalar diqqəti artıq öz problemləri üzərində cəmləşdirdilər, uzaq Ermənistan-Azərbaycan münasibətləri indi yeni hökumətləri az narahat edirdi. SSRİ dövründəki regionlararası demokratik həmrəyliyin və müxtəlif xalq cəbhələrinin əməkdaşlığının yerini milli mənafelər və dövlət praqmatizmi tutdu. Bir çox əlaqələr sadəcə olaraq kəsildi, Baltikyanı ölkələr, ümumiyyətlə, Avropaya inteqrasiya istiqaməti götürdülər, hətta MDB-yə daxil olmadılar. Ümumittifaq demokratik qüvvələri üçün uydurulmuş “Dağlıq Qarabağ xalqının arzuları” daha heç kəsin yadına düşmürdü. Həll edilməmiş problemlə üzbəüz qalan Ermənistan nəzərlərini xarici diaspora dikdi.

Münaqişənin silahlı mərhələyə keçməsi ermənilərin məsələnin köklü həllinə baxışlarını bir qədər dəyişdirdi. Buna baxmayaraq, atəşkəsin elan edildiyi və ATƏT-in Minsk qrupunun öz vasitəşilik missiyasını yerinə yetirməyə başladığı vaxtdan ermənilərin Dağlıq Qarabağ məsələsi ilə bağlı dəlilləri heç bir dəyişikliyə uğramadı. Doğrudur, köhnə dostluq naminə, bəlkə də keçmişin, söz sahibi olduqları cəmiyyətin, artıq tarixə çevrilmiş sovet dövrünün həsrətini çəkdikləri üçün Dağlıq Qarabağın Azərbaycandan qoparılıb Ermənistana verilməsi ideyasına rəğbət göstərən “KRİK” və digər xırda cəmiyyətlər, ayrı-ayrı şəxslər hələ var, lakin onların rəyi artıq heç cür SSR-nin son aylarında olan kifayət qədər nüfuzlu lobbiçiliklə müqayisəyə gələ bilməzdi.

Məlumdur ki, bu gün münaqişənin həlli yolları ermənilərin anlayışında üç mühüm amilə əsaslanır - Dağlıq Qarabağın Azərbaycanın tərkibində olmasının qeyri-mümkünlüyü (erməni siyasətçiləri həmin tezisi bəzən “Dağlıq Qarabağ (?!) xalqının öz müqəddəratını təyin etmək hüququ” şəklində səsləndirirlər), Ermənistan tərəfinin yurisdiksiyasında Ermənistanla Dağlıq Qarabağ arasında quru sərhədinin olması və Dağlıq Qarabağın təhlükəsizliyinə beynəlxalq təminatların verilməsi. Əslində, Yerevanın bu üç tələbi Ermənistan-Azərbaycan münaqişəsinin ərazi mahiyyətini əvvəlkitək faş edir ki, münaqişənin “xalq hakimiyyəti” və “azadlıq” kimi gözəl terminlərə heç bir aidiyyəti yoxdur. Öz ərazisində və işğal etdiyi ərazilərdə misli görünməmiş amansızlıqla həyata keçirdiyi etnik təmizləmələrdən sonra gözlənilmədən demokratik terminologiyaya üstünlük verən erməni tərəfi isə indi dünya birliyini məhz buna inandırmağa çalışır. Axı, Dağlıq Qarabağın Azərbaycanın tərkibində olmasının qeyri-mümkünlüyü və Ermənistanla Dağlıq Qarabağı quru yolla birləşdirmək üçün nəzərdə tutulan, qeyd-şərtsiz, Azərbaycanın olan Laçının Ermənistanın yurisdiksiyasına keçməsi, heç şübhəsiz, ərazi kateqoriyasına aiddir və Azərbaycanın beynəlxalq aləmdə qəbul edilmiş dövlət sərhədlərinin dəyişdirilməsini və ərazisinin erməni dövlətinin xeyrinə kiçildilməsini nəzərdə tutur. Azərbaycan formulu isə münaqişənin dövlətin siyasi xəritəsinin dəyişməməsi şərtilə həllinin istənilən variantını təklif edir.

Qeyd etmək lazımdır ki, postsovet illərində terminoloji müzakirələrdə Bakının qeyri-adi çeviklik göstərməsini və əslində, həmişə ermənilərin istəklərinə nümayişkəranə rəvac verdiyini, onların qaydaları ilə oynayaraq, Yerevanın rəsmi formullarının riyakarlığını ifşa etdiyini nəzərə alsaq, ermənilərin dəlilləri son anda həmişə Azərbaycanınkından xeyli zəif olurdu. Öz müqəddəratınızı təyin etmək istəyirsiniz? Buyurun, Helsinki yekun Aktı çərçivəsində, yəni Azərbaycan sərhədləri daxilində öz müqəddəratınızı təyin edin. Dağlıq Qarabağ xalqının rəyinin nəzərə alınmasını və birbaşa əlaqələr istəyirsiniz? Zəhmət olmasa, elə həmin “Dağlıq Qarabağ xalqının” bir hissəsi olan azərbaycanlıları öz evlərinə geri qaytarın, regionda birgə demokratik seçkilər keçirin və Bakı sizinlə danışacaqdır. Ermənistanla Dağlıq Qarabağ arasında quru sərhədi istəyirsiniz? Neynək, Bakı ola bilsin, bu məsələni də müzakirə etməyə hazır olacaq, ancaq Meğridə oxşar dəhlizin açılmasına necə baxırsınız?

Bir sözlə, erməni həmkarlarının inadkar və bəsit fərziyyələri ilə boş yerə mübahisə etməməyi üstün tutan Azərbaycan diplomatiyası, əksinə, Ermənistanın təklif etdiyi oyunun qaydalarını qəbul edir, onu öz metodları ilə məğlub edirdi. Yerevanda isə yeni inandırıcı dəlillər formalaşdırmaq əvəzinə başlanğıc mövqeyə qayıdıb, “xalqın öz müqəddəratını təyin etmək” barədə əzbərlənmiş, cansıxıcı ifadələri təkrarlamaqdan başqa heç nə fikirləşib tapa bilmirdilər. Sonu görünməyən belə vəziyyət getdikcə daha çox zəhlətökən “Keşişin iti vardı, keşiş onu sevirdi” şeirini xatırlatmağa başlayırdı.

Onu da qeyd etmək lazımdır ki, Ermənistan-Azərbaycan nəzəri debatlarında məhz erməni dəlillərinin qüsurlu olması və Yerevanın Dağlıq Qarabağın Azərbaycandan ayrılması zərurətini əsaslandırmaq üçün yeni formul tapa bilməməsi Azərbaycan diplomatlarının və politoloqlarının münaqişənin ilk illərində erməni təbliğat maşınının aşkar üstünlüyündən sonra özlərini toplamalarına, intellektual resursları səfərbər etmələrinə və ermənilərin dəlillərinin əsassız olduğunu nəzəri səviyyədə sübut etmələrinə imkan verdi. Kənardan uzunsürən müşahidələrdən sonra azərbaycanlıların əks-dəlillərinin inandırıcılığı beynəlxalq vasitəçilərin də gözündən yayınmadı. Onlar öz açıq bəyanatlarında Azərbaycan tərəfinin dilə gətirdiyi məntiqli dəlilləri getdikcə daha tez-tez təkrar etməyə başlayırlar. Həqiqətən də, ATƏT-in Minsk qrupunun həmsədrləri, Avropa Şurasının, yaxud BMT-nin nümayəndələri ermənilərin “dövlətin ərazi bütövlüyü adlandırılan “ərazinin azad edilməsi”, “Azərbaycanın Qarabağ xalqına qarşı təcavüzü” , “Azərbaycanın DQR-in Şaumyan rayonunu işğal etməsi” və sair kimi cəfəng fikirlərini çətin ki, təkrarlaya bilərlər. Dəhşətli yalanı nə vaxtsa həqiqətə çevirmək ümidi ilə onu min dəfə təkrarlamaq kimi Gebbels üsulu indiki halda heç bir işə yaramır - “Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyin etmək hüququ”, “Azərbaycanın başladığı müharibədə Qarabağ xalqının qələbəsi”, “Şuşa erməni mədəniyyətinin beşiyidir” kimi cümlələri hər nə qədər təkrar edirsənsə et, onları ermənilərin özlərindən başqa heç kim dilinə gətirməyəcək və bu, həqiqətə çevrilməyəcəkdir.

Odur ki, ABŞ Dövlət Departamentinin illik məruzəsində “erməni separatçıları Ermənistanın dəstəyi ilə Azərbaycanın Dağlıq Qarabağ regionunun xeyli hissəsini və ətraf 7 Azərbaycan rayonunu nəzarət altında saxlamaqdadır” cümləsi yer almışdır. Hər şey öz adı ilə çağırılmışdır: Dağlıq Qarabağ erməniləri - separatçılar, bölgə Azərbaycanın regionu, ətraf yeddi rayon elə Azərbaycanın öz əraziləri adlandırılmışdır. Deməli, əsla “azad olunmuş” deyil, işğal olunmuş ərazilər. Ermənistanın münaqişə tərəfi olması açıq-aydın göstərilmişdir, regionda dövlətçilik iddiaları olan digər qurumlar barədə bir kəlmə də danışılmır. Üstəlik, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Mətyu Brayzənin sözlərinə görə, “Dövlət Departamentinin Qarabağ məsələsinə dair məruzəsi ABŞ-ın rəsmi mövqeyini əks etdirir” və “Minsk qrupunun tərkibində həmin məsələ ilə bağlı başqa mövqe tutan ölkələr yoxdur”. Madam ki, Ağ ev Dağlıq Qarabağı üçüncü dövlətin dəstəyi ilə separatçıların nəzarət etdiyi Azərbaycanın regionu kimi tanıyır, deməli, vəziyyətin normallaşması bu qeyri-qanuni işğala son qoyulmasını və regionun Azərbaycanın yurisdiksiyasına qaytarılmasını tələb edir. ABŞ Dövlət Departamentinin mövqeyini erməni diplomatlarına bundan artıq anlatmağa ehtiyac varmı?

M.Brayzə onu da əlavə etmişdir ki, Dağlıq Qarabağ məsələsinin həlli 1975-ci il Helsinki Yekun Aktının üç əsas prinsipinə - zor tətbiq edilməməsinə, millətlərin öz müqəddəratlarını təyin etmək hüququna və dövlətlərin ərazi bütövlüyünə əsaslanmalıdır. Həmin sənədin M.Brayzə tərəfindən xatırlanmasının özü Yerevana açıq-aydın işarə edir ki, Qarabağ erməniləri arzusunda olduqları öz müqəddəratını təyin etmək hüququnu hansı çərçivədə həyata keçirə bilərlər. Bu da son dərəcə vacibdir ki, M.Brayzə millətlərin öz müqəddəratını təyin etmək hüququndan danışarkən Helsinki Yekun Aktına istinad etmişdir. Çünki öz müqəddəratını təyin etmək hüququ göstərilən bu yeganə sənəddə dövlətlərin ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmək hüququ prinsipləri yanaşı verilmişdir. “Xalqların hüquq bərabərliyi və öz taleyini müəyyən etmək hüququ” adlı 1.VIII maddədə deyilir: “İştirakçı dövlətlər BMT Nizamnaməsinə və beynəlxalq hüququn dövlətlərin ərazi bütövlüyü kimi əsas prinsiplərinə əməl edilməsi şərti ilə xalqların hüquq bərabərliyinə və öz taleyini müstəqil təyin etmək hüququna hörmət etməyi öhdələrinə götürürlər” (qara şriftlə seçmə müəllifindir - V.S.)

Beləliklə, M.Brayzənin xatırlatdığı 1975-ci ilin sənədi xalqlara öz taleyini dövlətin ərazi bütövlüyü çərçivəsində müstəqil təyin etmək imkanı verir. Həmin maddədən başqa öz müqəddəratını təyin etmək prinsipinə beynəlxalq hüququn heç bir digər sənədində rast gəlinmir. Vilayətlərin dövlətdən ayrılmaq imkanı, yaxud milli azlıqların birtərəfli qaydada öz müstəqilliyini elan etmək hüququ barədə isə sənəddə bir kəlmə də deyilmir. Üstəlik, Yekun Aktında sərhədlərin toxunulmazlığı (m.1.III) və dövlətlərin ərazi bütövlüyü (1.IV) prinsiplərinə ayrıca yer verilir. Bu maddələrdə də milli azlıqların öz müqəddəratını ta ayrılmağa qədər təyin etmək hüququ barədə heç nə deyilmir. Deməli, beynəlxalq hüquqa görə, xalqların öz müqəddəratını təyin etmələri yalnız sərhədlərin toxunulmazlığını və dövlətin ərazi bütövlüyünün pozulmaması nəzərə alınmaqla, yəni öz müqəddəratını daxildə təyin etmək yolu ilə mümkündür.

Son vaxtlar vasitəçilər Dağlıq Qarabağ əhalisinin ikiicmalı xarakterindən və azərbaycanlı qaçqınların regiona qaytarılmasının labüdlüyündən daha tez-tez danışmağa başlamışlar. Bu da Dağlıq Qarabağ xalqının iradəsi barədə ermənilərin əsas dəlillərindən birini kökündən sarsıdır. Deməli, “Dağlıq Qarabağ xalqı” deyilən xalq yoxdur, bölgənin iki icmadan ibarət əhalisi var və bu icmalardan biri müvəqqəti olaraq qovulmuş, bununla da öz mövqeyini bildirmək imkanından məhrum edilmişdir. Odur ki, “Dağlıq Qarabağ xalqının” öz iradəsini ifadə etməsinə dair hər cür istinadlar əsassızdır. Görünür, bu iradəni bir dəfə də, amma bu dəfə tək yox, öz evlərinə qayıtdıqdan sonra azərbaycanlılarla birlikdə ifadə etmək lazım gələcəkdir. Bu da yalnız işğal olunmuş bütün ərazilərin qeyd-şərtsiz azad edilməsi nəticəsində mümkündür. Rusiyanın “Regnum” agentliyinin yaydığı xəbərə görə, fransalı həmsədr Bernar Fasye Yerevanda çıxış edərkən Dağlıq Qarabağ əhalisinin tərkibində bir neçə icmanın olduğunu açıq elan etmişdir: “Hansısa mərhələdə Dağlıq Qarabağda yaşayan bütün icmaların gec-tez danışıqlar prosesinə qoşulması zərurəti yaranacaqdır”. B.Fasyenin “icmalar” sözündən istifadə etməsi çox əhəmiyyətlidir, çünki ermənilərin üstünlük əldə etmək cəhdlərinin, necə deyərlər, “Dağlıq Qarabağ xalqı” anlayışına “müəllif hüququnun” iflasa uğradığını göstərir. Dağlıq Qarabağın əhalisi təkcə Azərbaycanın tərkibində yaşamaq istəməyən ermənilərdən deyil, həm də doğma dövlətindən kənarda yaşamaq istəməyən, eyni zamanda, öz müqəddəratını təyin etmək hüququ olan azərbaycanlılardan ibarətdir.

Maraqlıdır ki, Panarmenian.NET erməni onlayn nəşri Bernar Fasyenin sözlərini təhrif etmişdir (parça olduğu kimi verilmişdir; seçmə müəllifindir - V.S.): “DQR-in danışıqlarda bilavasitə iştirakı imkanından danışarkən fransalı həmsədr vurğulamışdır ki, Stepanakert gec-tez Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesinə qoşulacaqdır. Yerevanda və Bakıda görüşlər keçirdikdən sonra biz həmişə Dağlıq Qarabağa gedirik və həmin görüşlərin nəticələri barədə məlumat veririk. Biz çox ümid edirik ki, Dağlıq Qarabağ nə vaxtsa danışıqların bilavasitə iştirakçısı ola biləcəkdir”.

Gördüyümüz kimi, “Regnum” B.Fasyenin hansısa mərhələdə danışıqlar prosesinə “Dağlıq Qarabağda yaşayan bütün icmaların” cəlb olunması imkanı barədə sözlərini sitat gətirir. Erməni nəşri isə həmsədrin sözlərini təhrif edib, hansısa “Dağlıq Qarabağın” danışıqların iştirakçısına çevrilməsindən yazır. Bundan əlavə, Rusiya agentliyi B.Fasyenin “vasitəçilər danışıqlar prosesi barəsində həm Dağlıq Qarabağ rəhbərliyinə, həm də Azərbaycan icmasının rəhbərliyinə (icmanın rəhbəri Nizami Bəhmənov vəfat etməmişdən əvvəl məlumat verilirdi. İndi isə yeni lider təyin olunana qədər müvəqqəti olaraq bu edilmir) məlumat verirlər” ifadəsini sitat gətirir, halbuki Panarmenian.NET fransız diplomatının Azərbaycan icması haqqında dediyi sözləri çıxarır. Neynək, bu cür hoqqaları erməni nəşrinin öz vicdanına buraxaq.

B.Fasyenin “yaşamışlar” sözünü işlətməsi də əhəmiyyətlidir, çünki dünya birliyinin azərbaycanlıların Dağlıq Qarabağdan çıxmasının labüdlüyünü qəbul etməkdən qəti imtina etdiyini və vasitəçilərin bölgənin əvvəlki etnik tərkibini bərpa etmək niyyətini göstərir. Mətyu Brayzə öz növbəsində bildirmişdir ki, qaçqınların qaytarılması məsələsi hər bir münaqişənin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllində ən əsas məsələlərdən biridir. O vurğulamışdır: “Milliyyətindən asılı olmayaraq həmin insanların hüququ vardır”.

Martın 3-də artıq Bakıda keçirilən daha bir mətbuat konfransında həmsədrlər çıxış edərək, yeni məqamları diqqətə çəkdilər. Məsələn, B.Fasye Xankəndidəki oyuncaq hökuməti “rejim” adlandırdı və işarə etdi ki, həmin qondarma ev sahibləri bölgənin bütün əhalisini təmsil edə bilməzlər. Azərbaycanın Trend agentliyi fransalı həmsədrin sözlərini sitat gətirir: “Biz Ermənistanda bəyan etdik ki, Qarabağ rejimi yox, müharibədən əvvəl Dağlıq Qarabağda yaşamış insanlar öz gələcəkləri barədə müzakirələrdə iştirak etməlidirlər”. Sonra isə əlavə edir: “Danışıqlarda Dağlıq Qarabağın həm erməni, həm də azərbaycanlı icmalarının nümayəndələri iştirak etməlidirlər”.

Azərbaycan icmasının 2008-ci il noyabrın 18-də Day.Az internet nəşri vasitəsilə Mətyu Brayzəyə və Bernar Fasyeyə müraciətini yada salsaq, həmsədrlərin Dağlıq Qarabağ əhalisinin ikiicmalı olduğunu dəfələrlə vurğulamaqlarının səbəbi aydın olar. Azərbaycan icması həmsədrlərin bir qədər əvvəl verdikləri bəyanatla əlaqədar mövqelərinin aydınlaşdırılması barədə sorğu vermişdi. Həmsədrlər həmin müraciəti cavabsız qoyduqdan sonra Dağlıq Qarabağın Azərbaycan icması bu il fevralın 16-da elə həmin Day.Az vasitəsilə təkrar sorğuyla müraciət etmişdir. B.Fasyenin və M.Brayzənin martın ilk günlərində verdikləri bəyanatı Dağlıq Qarabağ regionunun azərbaycanlılarının sorğularına qənaətbəxş cavab kimi qəbul etmək olar.

Nəhayət, M.Brayzənin “həm Xankəndidə, həm də Yerevanda çox mürəkkəb danışıqlar aparıldı, lakin erməni tərəfi və biz belə bir fikrə gəldik ki, danışıqları davam etdirmək lazımdır” cümləsi də diqqəti cəlb edir. Qeyd edək ki, həmsədrlərin etiraf etdikləri kimi, onlar Bakıda deyil, yalnız erməni düşərgəsində çətinlik hiss etmişlər. Buradan belə çıxır ki, məhz ermənilər şiddətli müqavimət göstərirlər. Əgər Yerevanın maksimum tələblərini (yuxarıda danışdığımız üç mühüm amil) həmsədrlərin Helsinki Yekun Aktına istinadları, azərbaycanlı icmasının Dağlıq Qarabağa qaytarılması barədə bəyanatları və ABŞ dövlət departamentinin bu yaxınlarda dərc olunmuş illik məruzəsi ilə müqayisə etsək aydın olar ki, erməni tərəfinin Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılması və Laçını öz nəzarəti altında saxlamaq arzuları o prinsiplərin çərçivəsindən kənara çıxır ki, hazırda danışıqlar məhz həmin prinsiplər çərçivəsində gedir və onların qəbul edilməsində Xankəndi və Yerevan ciddi çətinliklərlə rastlaşır. Deməli, “miatsum” məqsədinə çatmaq yolunda “DQR-tranzit” taktikası da qüsurludur. Əgər ermənilər öz ərazilərini qonşuların hesabına genişləndirilməsinin üçüncü, daha səmərəli formulunu axtarıb tapmasalar, Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanması perspektivi ilə qəti surətdə barışmalı, bütün Qarabağ avantürasının iflasa uğradığını etiraf etməli və ermənilərin gələcək nəsillərinin verəcəkləri “Məhv olmuş onilliklərin və yaxın qonşularla münasibətlərin pozulmasının mənası nə idi, nəyin naminə idi?” suallarına cavab üzərində ciddi düşünməli olacaqlar. Bəlkə də onda ermənilərin gələcək nəsilləri bir vaxtlar almanların müharibədən sonrakı nəsli kimi, 1980-ci ilin axırlarında əcdadlarının seçdikləri yolu dərk edib tənqid edəcəklər. Bunu zaman göstərəcəkdir.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb