“Microsoft Azərbaycan”nın yeni məhsulu: “Office 365”
Bakı, 2 dekabr, AZƏRTAC
“Microsoft Azerbaijan” şirkəti “Bakutel-2014” Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisində yeni məhsulu olan “Office 365”i təqdim edir.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, “Office 365” istənilən yerdə fərdi kompyuter, planşet və ya smartfon vasitəsilə sənədlərlə işləmək imkanı yaradır. Bu xidmət “Microsoft”un poçt, əlaqə və digər tanınmış məhsulların bulud versiyalarını (“Exchange Online”, “SharePoint Online” və “Lync Online”) “Office Professional Plus” ofis əlavələri paketi vasitəsilə özündə birləşdirir. Servisə illik abunə olan istifadəçilər bütün proqram və xidmətlərin ən son versiyalarından yararlana bilərlər. “Office 365”dən beş qurğuda istifadə olunur.
Qeyd edək ki, “Microsoft Azerbaijan” şirkəti “BakuTel-2014” sərgisi çərçivəsində keçiriləcək "eGov 3.0: İnkişaf təmayülləri və yeni imkanlar" adlı beynəlxalq konfransın tərəfdaşı qismində çıxış edir. Bu tədbir İKT sektorunun dünyada son tendensiyalarını, həmçinin sözügedən sahənin Azərbaycanda inkişaf perspektivlərini müzakirə etməyə imkan yaradacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]