Mikrobiologiya İnstitutunun əməkdaşı beynəlxalq konfransda məruzə edib
Bakı, 26 mart, AZƏRTAC
Mikrobiologiya İnstitutunun Torpaq mikrobiologiyası laboratoriyasının müdiri Samirə Nəcəfova və həmin laboratoriyanın əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru Aygün Qasımova Moskvada Rusiya Təbiət Elmləri Akademiyasının sahələrarası ekoloji və iqtisadi sistematik araşdırmalar bölməsinin 25 illik yubileyinə həsr olunmuş “Strateji regional layihələr və ərazilərin ekoloji, iqtisadi və sosial inkişafı” mövzusunda beynəlxalq onlayn elmi-praktik konfransda iştirak ediblər.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Konfransda Samirə Nəcəfova “Abşeron sənaye bölgəsində ekoloji problemlərin həlli üçün resurslara qənaət, tullantısız və ekoloji cəhətdən təmiz texnologiyalara əsaslanan bioekoklaster kompleksləri” mövzusunda məruzə ilə çıxış edib. O, mikrobioloji, biokimyəvi və texnoloji proseslərə əsaslanan biotexnologiyaların tətbiqi ilə Azərbaycanın ekoloji-sosial-iqtisadi problemlərinin həlli üçün inteqrasiya olunmuş istehsal təsərrüfatları sistemlərinin - bioklasterlərin əhəmiyyəti haqqında məlumat verib, mövzu ətrafında sualları cavablandırıb.
Qeyd edək ki, Nəriman İsmayılov, Samirə Nəcəfova və Aygün Qasımovanın həmmüəllif olduğu məqalə konfrans materialları toplusuna daxil edilib və elektron variantı Rusiya Təbiət Elmləri Akademiyasının rəsmi internet səhifəsində yerləşdirilib.
Onlayn tədbirdə Rusiya, Çexiya, Avstriya, Belarus, Özbəkistan, Qazaxıstan və Türkmənistandan qatılmış alimlərin məruzələri dinlənilib və elmi tədqiqatlarının nəticələri nümayiş etdirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [19:29]
Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib
- 10.06.2026 [18:17]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [18:15]
Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan
- 10.06.2026 [18:14]
® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib
- 10.06.2026 [18:02]
“Abşeron Şərab 1” MMC-nin qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib
- 10.06.2026 [17:59]
ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb
- 10.06.2026 [17:57]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:51]
Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb
- 10.06.2026 [17:51]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:42]
Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir
- 10.06.2026 [17:40]
® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
- 10.06.2026 [17:38]