İQTİSADİYYAT
Milli Depozit Mərkəzinin əməkdaşları Mərkəzi Depozitarlarının Dünya Forumunda iştirak ediblər
![Milli Depozit Mərkəzinin əməkdaşları Mərkəzi Depozitarlarının Dünya Forumunda iştirak ediblər](/files/2022/2/1200x630/1654174142451494498_1200x630.jpg)
Bakı, 2 iyun, AZƏRTAC
Avropa Mərkəzi Depozitarlar Assosiasiyası (ECSDA), Avrasiya Mərkəzi Depozitarlar Assosiasiyası (AECSD), Asiya Mərkəzi Depozitarlar Assosiasiyası (ACG), Afrika və Yaxın Şərq Depozitarlar Assosiasiyası (AMEDA) və Amerika Mərkəzi Depozitarlar Assosiasiyasının (ACSDA) birgə təşkilatçılığı ilə videokonfrans formatında Mərkəzi Depozitarların Dünya Forumu keçirilib.
Milli Depozit Mərkəzindən AZƏRTAC-a bildirilib ki, üç gün davam edən tədbirdə maliyyə bazarları sahəsində müxtəlif ölkələrin nüfuzlu təşkilatların beynəlxalq təcrübəyə malik 78 peşəkar ekspertlərin çıxışları yer alıb. Forumda, kapital bazarları sahəsinin davamlı inkişafında mərkəzi depozitarların rolu, kiberdavamlılıq, əqdlər üzrə hesablaşma periodları, depozitar xidmətlər üzrə yeni texnologiyaların tətbiqi və digər mövzular ətraflı müzakirə edilib, müvafiq məsələlər üzrə fikir mübadiləsi aparılıb və ekspertlərə ünvanlanmış suallar cavablandırılıb.
Qeyd edək ki, Mərkəzi Depozitarların Dünya Forumu regional mərkəzi depozitarlara kapital bazarları üzrə məlumat mübadiləsi, regionlararası və qlobal səviyyədə əlaqələrin qurmaq üçün platforma təqdim edir.