MİLLİ FUTBOL KOMANDAMIZIN YENİ BAŞ MƏŞQÇİSİNİN MƏTBUAT KONFRANSI
AZƏRTAC xəbər verir ki, noyabrın 6-da AFFA-nın inzibati binasında Azərbaycanın futbol üzrə yığma komandasının yeni baş məşqçisi Coko Hadziyevski mətbuat konfransı keçirmişdir.
C.Hadziyevski milli komandanı çətin dövrdə qəbul etdiyinə baxmayaraq, öz məsuliyyətini yaxşı başa düşdüyünü və bu vəzifəyə hazır olduğunu bildirmişdir. Ölkə yığmasının son oyunlarını çox diqqətlə izlədiyini və milliyə ən güclü futbolçuları cəlb etdiyini vurğulayan baş məşqçi yaxşı komandanın yaradılması üçün bütün mümkün vasitələrdən istifadə edəcəyini dilə gətirmişdir.
Eyni zamanda “Bakı” komandasının da baş məşqçisi kimi fəaliyyət göstərən C.Hadziyevski yeni təyinatın əsas işə mane olmayacağını və bu məsələnin öhdəsindən gələcəyini demişdir. O, hələ Makedoniyada çalışarkən belə bir problemlə rastlaşdığını və onun həllinin yolunu bildiyini söyləmişdir. Yeni baş məşqçi həmçinin bildirmişdir ki, AFFA rəhbərliyinin və “Bakı” klubunun prezidenti Hafiz Məmmədovun dəstəyi olmasaydı, bu vəzifəni öz üzərinə götürməyəcəkdi.
Sonra C.Hadziyevski jurnalistləri maraqlandıran suallara cavab vermişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]
Azərbaycan Kubokunda yeni mövsümə start verilir
- 07.10.2026 [10:13]
Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır
- 07.10.2026 [09:49]