Milli İnternet Mükafatı uğrunda yarışma davam edir
Bakı, 25 oktyabr, AZƏRTAC
Azərbaycanın Milli İnternet Mükafatı - “MilliNet” uğrunda yarışma davam edir. İndiyədək 95 resurs 13 nominasiya üzrə yarışmaya qatılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Multimedia İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bildirib.
Osman Gündüz qeyd edib ki, Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən “MilliNet” müsabiqəsinin keçirilməsində məqsəd Azərbaycan internetinin və informasiya texnologiyalarının inkişafına kömək etmək, ən yaxşı milli internet resurslarımızı üzə çıxartmaq və tanıtmaq, rəqabətli mühit formalaşdırmaq, informasiya texnologiyalarının populyarlaşmasına dəstək verməkdən ibarətdir.
Bu il müsabiqə yenilikləri ilə fərqlənir. Belə ki, internet resursların qiymətləndirmə meyarları tamamilə yenilənib. Müsabiqəyə təqdim edilən resurslar əvvəlki üç istiqamət (dizayn, kontent və texniki) üzrə deyil, layihənin faydalılığı, əhəmiyyəti və əhatə dairəsi nəzərə alınmaqla qiymətləndiriləcək.
Osman Gündüz vurğulayıb ki, “İlin rəqəmsal siması” xüsusi nominasiyasında isə hələlik 6 iddiaçı var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [16:23]
® “Expressbank” sahibkarlara 100 000 manatadək mikro kredit təklif edir
- 24.09.2026 [16:10]
® “Bakcell”də hədiyyə mövsümü başladı
- 24.09.2026 [16:01]