Milli Kitabxana Beynəlxalq İnsan Hüquqları Gününə həsr edilən virtual sərgi hazırlayıb
Bakı, 10 dekabr, AZƏRTAC
Azərbaycan Milli Kitabxanasının əməkdaşları Beynəlxalq İnsan Hüquqları Gününə həsr edilən virtual sərgi hazırlayıblar.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə mövzu ilə əlaqədar dövri mətbuat səhifələrində dərc olunan məqalələr, Azərbaycan və digər dillərdə kitablar nümayiş olunur.
1948-ci il dekabrın10-da BMT Baş Məclisi tərəfindən Ümumdünya İnsan Hüquqları Bəyannaməsi qəbul edilib. 1950-ci ildən başlayaraq hər il dekabrın 10-da dünya ölkələrində Beynəlxalq İnsan Hüquqları Günü qeyd olunur.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçib, BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə və bir sıra beynəlxalq konvensiyalara qoşulub.
Bununla bağlı Milli Kitabxananın əməkdaşları Beynəlxalq İnsan Hüquqları Gününə həsr edilən virtual sərgi hazırlayıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [13:00]
“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy”
- 24.09.2026 [12:59]
Sazın səsi – sözün nəfəsi: Ağbaba-Çıldır aşıq sənətinin ustadları yad edilib
- 24.09.2026 [12:20]
Şahverdi şəlaləsi - yolun özü də bir macəradır VİDEO
- 24.09.2026 [12:05]
Əsrlərin yadigarı – “Diri Baba” türbəsi VİDEO
- 24.09.2026 [01:09]