Milli Məclis “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Qanuna dəyişikliklər etmişdir
Bakı, 18 may (AZƏRTAC). Milli Məclis “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Qanuna dəyişikliklər etmişdir.
Milli Məclisin mədəniyyət komitəsinin sədri Nizami Cəfərov demişdir ki, zəngin folklorumuzun ayrı-ayrı xalqlar tərəfindən mənimsənilməsi halları baş verdiyi üçün adı çəkilən qanuna dəyişikliklərin edilməsi zərurəti yaranmışdır. Qanuna təklif olunan əlavədə deyilir ki, xarici dövlətlərin hüquqi və fiziki şəxsləri Azərbaycan Respublikasının hüdudlarından kənarda folklor nümunələrindən kommersiya məqsədi ilə yalnız müvafiq icra hakimiyyəti orqanının icazəsi əsasında və haqq ödəməklə istifadə edə bilərlər. Həmin vəsait müvafiq icra hakimiyyəti orqanının hesabına köçürüləcək və əqli yaradıcılığın həvəsləndirilməsinə, habelə folklor nümunələrinin qorunub saxlanmasına və zənginləşdirilməsinə sərf olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:50]
“China Daily” qəzeti “Bakı İqlim Fəaliyyəti Həftəsi”ndən yazır
- 09.09.2026 [13:38]
Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]