MİLLİ MƏCLİS DAHA BİR KREDİT SAZİŞİNİ TƏSDİQ ETMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, 2004-cü il mart ayının 22-də Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində imzalanmış bu Sazişə görə fond Azərbaycana 10 milyon ABŞ dolları məbləğində kredit verəcəkdir. Kredit 2,5 faizlə 2008-ci ildən başlayaraq qaytarılacaqdır. Borcun qaytarılması 2023-cü ildə başa çatacaqdır.
Ümumi uzunluğu 22 kilometr olan “Bakı dairəvi avtomobil yolu”nun yarısı tamamilə yenidən tikiləcək, qalan hissəsi isə əsaslı təmir olunacaqdır. Bunun üçün 28,4 milyon ABŞ dolları məbləğində vəsait xərclənəcək. Bu məbləğin 14,6 milyon dollarını Küveyt İnkişaf Fondu, 10 milyonunu Abu-Dabi, 3,8 milyonunu isə Azərbaycan Hökuməti ödəyəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [15:11]
Dünya Bankı: Azərbaycanın iqtisadi mövqeyi kifayət qədər sabitdir
- 02.10.2026 [13:01]
“Murovdağ” yeni səfərə başlayıb: Növbəti istiqamət Braziliyadır
- 02.10.2026 [12:51]
Sabirabad avtomobil yolunun əsaslı təmiri davam etdirilir
- 02.10.2026 [12:49]