Milli Məclisdə gender məsələləri ilə bağlı dinləmə keçirilir
Bakı, 4 fevral, AZƏRTAC
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında Qanunun icra vəziyyəti: imkan və çətinliklər” mövzusunda dinləmə keçirilir.
AZƏRTAC xəbər verir ki, dinləmə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları” haqqında Qanunun qəbul edilməsinin 15 illiyi ərəfəsinə təsadüf edir.