Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisdə insan alverinə qarşı mübarizə üzrə milli əlaqələndiricinin illik məlumatı dinlənilib

Bakı, 29 aprel, AZƏRTAC

Aprelin 29-da Milli Məclisin növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası açan Milli Məclisin sədri Oqtay Əsədov gündəliyi elan edib.

Sonra cari məsələlər müzakirə olunub. Deputatlar cəbhədəki son vəziyyətlə bağlı fikirlərini bildiriblər.

Milli Məclis sədrinin müavini Bahar Muradova deyib ki, Azərbaycan heç kimə sübut etməli deyil bizim nəyə haqqımız var və ya yoxdur. Bunu ancaq beynəlxalq hüquq müəyyən edir. Hər bir ölkənin vəzifə və öhdəlikləri olduğunu deyən Bahar Muradova qeyd edib ki, dövlətin iqtidarının ilk öhdəliyi xalqın təhlükəsizliyini təmin etməkdir. Bu gün Azərbaycan öz vəzifələrini və öhdəliklərini çox gözəl bilir və zamanında bu addımları tarazlaşdırılmış şəkildə atır. Təkcə ölkədə deyil, eləcə də beynəlxalq aləmdə reallıqlar, münasibətlər, yanaşmalar dəyişməkdədir. Bəzi hallarda onun ifadə, təzahür forması bizi qane etməsə də, şüurlarda, düşüncələrdə, yanaşmalarda bu dəyişikliyi hiss etməkdəyik. Bunu bizə iştirak etdiyimiz beynəlxalq təşkilatlarda insanlar deyir. Xalqın özünə qayıtmış inamı, gücü əsas məsələdir. Belə olan halda, qarşıya qoyulan hədəflərə daha asan çatılır. Cəbhədə baş verən son hadisələr zamanı bunu açıq şəkildə görmək olar. Bu, təbii ki, orduya, dövlətə olan inamdır.

Milli Məclis sədrinin müavini qeyd edib ki, Azərbaycandan beynəlxalq təşkilatlara edilən çağırışların ruhu fərqli olmalıdır: “Biz bu gün dünyada əmin-amanlığın, sülhün ədalətli şəkildə təmin olunmasının tərəfdarıyıq. Təbii ki, bunun içərisində Azərbaycanın milli maraqları da var. Biz bu sahədə olan fəaliyyətimizi daha da genişləndirməliyik. Bu məsələdə mətbuatın da üzərinə ciddi vəzifə düşür. Azərbaycan Ordusu, hərbi sursatı ilə bağlı məlumatları və digər xəbərləri yalnız Müdafiə Nazirliyinin rəsmi mövqeyinə istinadən vermək lazımdır”.

Daha sonra insan alverinə qarşı mübarizə üzrə milli əlaqələndiricinin illik məlumatı dinlənilib.

Milli əlaqələndirici, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov bildirib ki, son illər dünyada baş verən iqtisadi böhranın dərinləşməsi, münaqişələrin, silahlı qarşıdurmaların davam etməsi və yeni qarşıdurma ocaqlarının yaranması idarə olunmayan miqrant axınının humanitar faciə həddinə çatmasına səbəb olub. Bütün bunlar, eyni zamanda, insan alverinin miqyasının xeyli dərəcədə genişlənməsinə gətirib çıxarıb. BMT-nın hesabatına əsasən ötən il təxminən 21 milyon nəfər müasir köləliyin qurbanı olub. Bu növ cinayətlərin strukturunda qadınların cinsi istismar məqsədilə alğı-satqısı daha çox nəzərə çarpmaqla xüsusi çəkisi 53 faiz təşkil edib. Məcburi əmək hallarının sayı da təqribən 40 faiz artıb.

İnsan alverinə qarşı mübarizədə mütərəqqi və məqsədyönlü siyasət reallaşdırılan Azərbaycanda müvafiq proqram vəzifələrinin icrası 2015-ci ildə də davam edib. "Azərbaycan Respublikasının insan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı (2014-2018-ci illər)"nı rəhbər tutaraq qanunvericiliyin təkmilləşdirilməsi, profilaktik işin gücləndirilməsi, cinayət təqibinin həyata keçirilməsi, qurbanların reabilitasiyası, inteqrasiyası, müdafiəsi, fəaliyyətin əlaqələndirilməsi, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və maarifləndirmə işinin təşkili ilə əlaqədar zəruri tədbirlər görülüb.

Azərbaycanın insan alverinə qarşı mübarizə haqqında Avropa Şurası Konvensiyasından irəli gələn öhdəliklərinin yerinə yetirilməsi məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi təmin edilib. Konkret olaraq Nazirlər Kabinetinin qərarları ilə təsdiq edilmiş beş hüquqi akta qurbanlara yardım üçün ayrılan vəsaitin idarə olunmasında və xərclənməsində şəffaflığın təmini, qurbanlar üçün xüsusi müəssisələrin fəaliyyətinin təşkilinə qeyri-hökumət təşkilatlarının cəlb edilməsi və əməkçi miqrantların müdafiə tədbirləri ilə əhatə olunması məsələlərini təmin edən yeni normalar əlavə olunub. Cinayət, Cinayət-Prosessual, İnzibati Xətalar, Əmək və Miqrasiya məcəllələrinə, bütövlükdə yeddi qanunvericilik aktına dəyişiklik edilməsi ilə bağlı qanun layihələri hazırlanıb hökumətə təqdim edilib.

Bakı şəhəri və respublikanın bölgələri üzrə 58 təhsil müəssisəsində müəllim və tələbələr, 53 şəhər və rayonda isə hüquq mühafizə və yerli icra hakimiyyəti orqanlarının tibb, təhsil, uşaq və gənclər, sosial müdafiə qurumlarının və məşğulluq mərkəzlərinin işçiləri, sahibkarlar və kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşlər keçirilib.

Paytaxtın və respublikanın ayrı-ayrı rayonlarında yerləşən tikinti sahələrində, istehsal müəssisələrində keçirilmiş tədbirlərlə 8 əmək məcburi cinayət müəyyən olunub. Dövlət Miqrasiya Xidməti tərəfindən aparılan yoxlamalarla əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə götürülməsi qaydalarının pozulması ilə əlaqədar 159 inzibati xəta aşkarlanıb, əmək qanunvericiliyinin tələblərini pozan 1169 əcnəbi və vətəndaşlığı olmayan şəxs məsuliyyətə cəlb olunub. Ərazi polis orqanları tərəfindən keçirilən reydlər zamanı təkcə ötən il küçə həyatına məruz qalan, o cümlədən dilənçilik edən 450 azyaşlı müəyyən olunub. Müvafiq yoxlamalar zamanı həmin uşaqların insan alverinin və məcburi əməyin qurbanı olmadığı qeyd edilib. Bununla belə, uşaqlara qayğı, yardımların göstərilməsi, sosial problemlərinin həlli ilə əlaqədar yerli icra hakimiyyətləri yanında fəaliyyət göstərən komissiyalara, qəyyumluq və himayədarlıq strukturlarına baxılması üçün 272 material göndərilib. Eləcə də övladlarını pis əməllərə cəlb edən 200-dən artıq valideyn barəsində inzibati məsuliyyət tədbirləri görülüb. Baxımsız və müxtəlif səbəblərdən ailə və pedaqoji təsir vasitələrindən kənarda qalan 120 uşağa və onların valideynlərinə uşaq hüquqları klinikasında, Uşaq və Gənclərin Sosial Reabilitasiya Mərkəzində hüquqi, psixoloji və digər yardımlar göstərilib.

Həyata keçirilən profilaktik tədbirlər nəticəsində 2014-cü illə müqayisədə hesabat dövründə 22 faiz çox və ya 108 insan alveri, 8 məcburi əmək, həmçinin insan alveri məqsədilə qanunsuz hərəkətlərə dair 11 fakt aşkarlanıb. Bu əməllərə görə 38 şəxs cinayət məsuliyyətinə cəlb edilib. İnsan alveri ilə məşğul olan 13 cinayətkar qrup və 1 mütəşəkkil dəstə zərərsizləşdirilib.

Qeyd edilib ki, müvafiq cinayətlərdə təqsirləndirilərək axtarışa verilən 27 şəxsdən 9-u tutularaq istintaq və məhkəmə orqanlarına təhvil verilib. Müəyyənləşən 63 qurbandan 38-i Türkiyəyə, 8-i Birləşmiş Ərəb Əmirliklərinə, 3-ü Rusiyaya aparılıb, 14 nəfər, o cümlədən 7 əcnəbi ölkə daxilində istismara məruz qalıb. Qurbanlardan 51-i sığınacağa yerləşdirilərək hər birinə zəruri yardımlar edilib və təhlükəsizliyi təmin olunub. Bütövlükdə 63 qurbana birdəfəlik müavinət verilib, 42-nə İnsan Alveri Qurbanlarına Kömək Fondu tərəfindən maddi yardım göstərilib, 22-si işlə təmin edilib, 31-i peşə kurslarına göndərilib.

Həyata keçirilən profilaktik tədbirlərlə 31 qurban ailəsinə qayıdıb, sosial xidmətlə əhatə olunması üçün 51 qurban qeyri-hökumət təşkilatlarına istiqamətləndirilib. 56 qurbana hüquqi və psixoloji yardım, həmçinin 16 qurbana tibbi xidmət göstərilib. 13-ü şəxsiyyəti təsdiq edən sənədlərlə təmin olunub. Qurbanların himayəsində olan 29 azyaşlı uşaq müxtəlif təhsil proqramlarına cəlb edilib, 2 uşağın atalığı müəyyən edilərək alimentlə təmin olunmasında, 11 uşağa doğum şəhadətnaməsinin alınmasında kömək göstərilib, 7-si müvəqqəti sığınacağa yerləşdirilib.

Bildirilib ki, hesabat ili ərzində "Qaynar xətt" telefon xidmətinə daxil olan 13 mindən çox müraciət araşdırılıb və hər biri üzrə qanunla müəyyən edilən tədbirlər görülüb.

Diqqətə çatdırılıb ki, ümumən ölkəmizdə insan alverinin bütün formalarının aradan qaldırılması istiqamətində ən yüksək səviyyədə siyasi iradə mövcuddur. Bu da həm Milli Fəaliyyət Planından irəli gələn tədbirlərin, həm də beynəlxalq təşkilatların tövsiyələrinin məqsədyönlü şəkildə yerinə yetirilməsinə təminat verir.

Müzakirələrdən sonra milli əlaqələndiricinin hesabatı qəbul edilib.

"Uşaq hüquqları haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə əsasən sənədin 15-ci maddəsinə "Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan onların qorunması müvafiq qanunla tənzimlənir" cümləsi əlavə edilir. Dəyişiklik uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan onların qorunmasının müvafiq qanunla tənzimlənməsini nəzərdə tutur.

"Telekommunikasiya haqqında" Qanunda dəyişiklik edilməsi barədə" qanun layihəsində dəyişikliyə əsasən, "33.1.3-1. abunəçinin müraciəti əsasında uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması üçün internet informasiya ehtiyatlarından təhlükəsiz istifadə imkanlarını təmin etmək", "34.1.2-1. uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması üçün tədbirlər görülməsini tələb etmək", "40.3.7-1. Bu Qanunun 33.1.3-1.-ci maddəsində göstərilmiş vəzifənin həyata keçirilməsi üçün abunəçinin razılığı (etirazı)" cümlələri əlavə edilir.

Dəyişikliklər telekommunikasiya operatorlarının uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması üçün internet informasiya ehtiyatlarından təhlükəsiz istifadə imkanlarını təmin etmək vəzifəsini, eləcə də telekommunikasiya istifadəçilərinin bu cür informasiyadan qorunması məqsədilə müvafiq tədbirlər görülməsini telekommunikasiya operatorlarından tələb etmək hüququnu nəzərdə tutur.

İclasda "Kütləvi informasiya vasitələri haqqında" Qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsi də müzakirə edilib. Nəzərdə tutulan dəyişikliyə əsasən, qanunun 11-ci maddəsinə təklif olunan əlavə bəndə görə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada tərtib edilən və "İnformasiya əldə etmək haqqında" Qanuna uyğun olaraq sənədləşdirilmiş informasiya hesab edilən cinayət təqibi üzrə icraat materiallarının surətlərini olduğu kimi yaymağa yol verilməyəcək.

Bildirib ki, maddənin 4-cü bəndi də dəyişdiriləcək. Yeni redaksiyada qeyd olunur ki, yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin və onların qanuni nümayəndələrinin razılığı olmadan yaymasına yol verilmir. Bəndin hazırda qüvvədə olan variantında isə yalnız cinayət etməkdə təqsirləndirilən yetkinlik yaşına çatmayanların və ya qanuni nümayəndələrinin razılığı olmadan onların şəxsiyyəti barədə hər hansı məlumatın yayılmasına yol verilmir. Qeyd edilib ki, bu dəyişiklik qanunvericiliyin uyğunlaşdırılması məqsədini daşıyır.

"Polis haqqında" Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsinə əsasən sənədin 23-cü maddəsinin I hissəsinin 3-cü bəndində "əsaslarını" sözü "səbəbini, şübhənin mahiyyətini" sözləri ilə əvəz ediləcək. Həmin bəndə "hüquqlarını" sözündən sonra "ona aydın olan dildə" sözləri əlavə olunacaq.

Dəyişikliklər "Polis haqqında" Qanunu Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 2015-cı il 20 oktyabr tarixli Qanununa uyğunlaşdırmaq məqsədilə təklif edilir.

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 2015-cı il 20 oktyabr tarixli Qanununa uyğunlaşdırmaq məqsədilə hazırlanmış "Cinayət işlərinə dair hüquqi yardım haqqında" Qanunda dəyişikliklər edilməsi, "Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında" Qanunda dəyişikliklər edilməsi barədə qanunun layihələri də müzakirə edilib.

Müzakirələrdən sonra qanun layihələri səsə qoyularaq qəbul olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ali təhsil və tədqiqat müəssisələrinin nümayəndələrinə SosialLab müsabiqəsinin şərtləri barədə məlumat verilib

Çin və ABŞ 60 milyard dollarlıq sövdələşmə barədə razılığa gəlib

Şəhid anası: Ən böyük əsərim oğlum Emil oldu

FAO və Xəzər Universiteti quduzluğun qarşısının alınmasında birgə səyləri gücləndirməyə çağırır

“Mançester Siti”nin maliyyə qaydalarının pozulması ilə bağlı işi illərlə davam edə bilər

Çin XİN: BMT-nin yeni Baş katibi səriştəli, qərəzsiz və dürüst olmalıdır

Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib

“Birinci Türkoloji Qurultay 100: tarixə nəzər” – yeni nəşr

Seyid Yəhya Bakuvi irsi - əsrlərin yaddaşına həkk olunan irfan məktəbi

Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır

Qripə qarşı peyvənd nə vaxt vurulmalıdır? – TƏBİB açıqlayır

Ukrayna ordusu Rusiyanın Krasnodar diyarında dörd neft bazasına zərbələr endirib

“Şərq memarlıq ənənələri və Əcəmi Naxçıvani” - elmi sessiya

“HÜRKUŞ-II” təlim təyyarələrinin ilk partiyası Türkiyə HHQ-ə təhvil verilib

Böyük Britaniya strateji hərbi layihələrdə xarici şirkətlərin iştirakını məhdudlaşdırır

Naxçıvan Muxtar Respublikasının təhsil naziri kollektivə təqdim olunub

“Turan” klubunun Çempionlar Liqasındakı ilk ev oyununun biletləri pulsuz olacaq

Azərbaycanın investisiya imkanları yeni mərhələdə - ŞƏRH

Sudan və Efiopiya üsyançı qüvvələri dəstəkləməkdə ittiham olunur

Kardioloq: Ürək-damar xəstəliklərinin qarşısının alınması üçün sağlam həyat tərzi və düzgün qidalanma vərdişləri vacibdir

AQTA-nın sədri sahibkarları dinləyəcək

® Yerli ekspertiza Azərbaycanın investisiya cəlbediciliyinin hərəkətverici qüvvəsi kimi

Türk İnvestisiya Fondu Almatı Beynəlxalq Hava Limanının modernləşdirilməsinə maliyyə vəsaiti ayırıb

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Böyük Qayıdış: Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası olub VİDEO

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası olub VİDEO

Vətən müharibəsi şəhidləri Tallində yad edilib

Sabah bəzi yerlərdə yağış yağacaq

® Qızıl payız fürsəti lombard kreditində aylıq cəmi 1 faizdən başlayır

Qazaxıstan nümayəndə heyəti Azərbaycan Mərkəzi Bankında olub

Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub

Bu ilin ilk 8 ayında Palçıq Vulkanları Turizm Kompleksində 150 ölkədən 26 mindən çox turist olub

Avrokomissar üzv ölkələri enerji istehlakını azaltmağa çağırıb

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Yanvar-avqust aylarında 32 min 440 uşağa reabilitasiya xidmətləri göstərilib

Bakının bir neçə küçəsində həftəsonları avtomobillərin hərəkətinə qoyulan qadağa bütün günləri əhatə edəcək

Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır

Qazaxıstan millisinin sabiq məşqçisi “Sabah” klubunda təcrübə keçəcək

Hesabat: TDT ölkələrinin ticarət həcmi 1,27 trilyon dollara çatıb

İsrail Niderlandın Fələstindəki nümayəndələrinin diplomatik statusunu ləğv edib

Qarabağ və Şərqi Zəngəzurda məşğulluq imkanları genişlənəcək - ŞƏRH

Bir əsri geridə qoyan ömür: Azərbaycanın ən yaşlı sakini Rubeydə Gülməmmədovanın həyat yolu

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Lalə Əliyeva: Nizami Gəncəvi mənəvi əbədilik qazanan elm, ürfan və poeziya günəşidir

Qazaxıstanda “Starlink Mobile” peyk mobil şəbəkəsi istifadəyə verilib

“Cahangirbəyli” stansiyasında indiyədək 45,6 milyon kilovat/saat enerji istehsal edilib

Türk ekspert: Avrasiyanın yolları Azərbaycanda kəsişir

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət edirlər

Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb

İnvestorlar nə üçün məhz Azərbaycanı seçirlər?

® “Unibank” və FMO əməkdaşlığı bərpa edir: 50 milyon dollar kredit sazişi imzalanıb

Ekspert: İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin böyük iqtisadi potensialını göstərdi

Baş prokuror: Veteranlarla əməkdaşlığı davam etdirəcəyik

Azərbaycan komandası kibertəhlükəsizlik üzrə beynəlxalq yarışda uğur qazanıb

Vətən dar gündə tanınar: 44 günün dövlətçilik və milli həmrəylik dərsləri - ŞƏRH

Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var

Finlandiya müdafiə naziri İsrail silahlarına üstünlük verdiyini bildirib

Lüksemburqda 27 Sentyabr - Anım Günü qeyd olunub

İşğalın ağır mirası: Azərbaycanın təbii sərvətləri necə talan edilib? - ŞƏRH

“İnter” Hakan Çalhanoğlunun maaşında endirim istəyir

Gürcüstan Asiya İnfrastruktur İnvestisiya Bankı ilə Orta Dəhlizlə bağlı 158,5 milyon avroluq müqavilə imzalayıb

Türkiyə ildə 50 ton qızıl hasil edə bilər

Gənc Tamaşaçılar Teatrında “İnanıram” tamaşası nümayiş olunub

Sentyabrda Yaxın Şərq ölkələrinin neft ixracı fevraldan bəri ən yüksək göstəriciyə çatıb

DİM-in sürücülük imtahanında 580-dən çox namizəd iştirak edəcək

“İki əsgər” Şuşa Dövlət Musiqili Dram Teatrında

Çin üç mühüm sahədə ABŞ ilə razılıq əldə etdiyini açıqlayıb

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir VİDEO

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 28 sentyabr

Azərbaycan və Türkiyə şahmat sahəsində əməkdaşlığı genişləndirəcək

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Amağu məbədi

® “KitKat” fasiləsindən tribunaya: kampaniya qalibləri Formula 1® həyəcanını canlı yaşadılar

ABŞ məhkəməsi “Apple” şirkətinin 5,7 milyard dollar təzminat ödəməsinə qərar verib

Azərbaycanlı ekspert Beynəlxalq Nəqliyyat Forumunun tədqiqat layihəsinə rəhbərlik edəcək

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb VİDEO

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb VİDEO

Gənclər Kitabxanası Mir Cəlal Paşayevin elmi-ədəbi irsini müasir üsullarla təqdim edir

Gömrük Komitəsinin sədri Şirvanda vətəndaşların müraciətlərini dinləyəcək

Anım Günü “Azərxalça” ASC-də silsilə tədbirlərlə qeyd olunub

Baş Prokurorluğun nümayəndələri BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə XV Konqresində iştirak ediblər

Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər

İqtisadçı-alim: Azərbaycan biznes üçün maliyyə xidmətləri üzrə ən yüksək nəticəni göstərib

Gecə saatlarında Rusiya səmasında 254 dron vurulub

® Prokurorluq işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit

AMEA “Qarabağ: Arxeoloji mədəniyyətlər qovşağında” mövzusunda konfrans təşkil edəcək

ADPU-nun yeni strateji planı: 6 məqsəd, 34 konkret hədəf

Türk dünyası Anadolu-Cənubi Qafqaz-Türküstan geosiyasi xəttində yüksəlməyə davam edir - ŞƏRH

Mərkəzi Bank ilə “Citigroup” arasında strateji tərəfdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb

Paytaxtda avtobuslarla sərnişindaşıma 5,9 faiz artıb

“Azərişıq” nümayəndələri Şərurda fermer və sahibkarlarla görüşüblər

Fransada liseylərdə gərginlik: şagirdlər polis zorakılığından şikayət edir

BDU və 4SİM əməkdaşlığı: tələbələr üçün beynəlxalq sertifikat imkanı

Son iki gündə 99 cinayətin açılması təmin edilib

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

BDYPİ yük avtomobillərinin sürücülərinə çağırış edib

Nizami Gəncəvi irsi: Bəşəri dəyərlər və müasir gənclik

Azərbaycan Avropa Şurasının Təhsil üzrə Rəhbər Komitəsinin iclasında təmsil olunub

Polşalı jurnalist: Puxaç “Sabah”dakı uğurlu çıxışı ilə özünü xatırladaraq milli komandaya yenidən qayıtdı – MÜSAHİBƏ

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

ABŞ alimləri: Onurğa sümüyündə mineralların azalması idrak geriləməsi ilə nəticələnir