Milli Məclisdə şahmat üzrə Azərbaycan yığmasının üzvləri ilə görüş keçirilib
Bakı, 13 dekabr, AZƏRTAC
Dekabrın 13-də Milli Məclisin gənclər və idman komitəsində şahmat üzrə Azərbaycan milli komandasının üzvləri ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə komitənin sədri Fuad Muradov və sədr müavini Ülvi Quliyev Azərbaycanda idmanın inkişafından və dövlət idman siyasətinin uğurlarından danışıblar. Qeyd edilib ki, bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Bu, Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandıqları parlaq qələbələr və mötəbər idman turnirlərinin ölkəmizdə yüksək səviyyədə təşkili sayəsində mümkün olub.
Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdiyi diqqət və qayğı böyük uğurlarla nəticələnir. Son illər ölkəmizdə idmanın digər növləri ilə yanaşı, şahmat da sürətlə inkişaf edir. Ötən il şahmat üzrə Dünya Kuboku yarışının, bu ilin sentyabrında 42-ci Ümumdünya Şahmat Olimpiadasının Bakıda yüksək səviyyədə keçirilməsi bunun bariz nümunəsidir.
Söhbət zamanı, həmçinin Azərbaycan Şahmat Federasiyası ilə əməkdaşlıq, ölkəmizdə şahmatın inkişafı və s. məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]
Azərbaycan Kubokunda yeni mövsümə start verilir
- 07.10.2026 [10:13]
Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır
- 07.10.2026 [09:49]