Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisdə TÜRKPA-nın komissiya iclası keçirilib

Bakı, 6 mart, AZƏRTAC

Martın 6-da Milli Məclisdə TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının səkkizinci iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Türkiyədə baş verən güclü zəlzələ nəticəsində dünyasını dəyişmiş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra giriş nitqi ilə çıxış edən Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli TÜRKPA-nın ölkələrimiz arasında dostluğun və qardaşlığın dərinləşməsinə xidmət etdiyini vurğulayıb, Ermənistanın hərbi təcavüzünə məruz qalan Azərbaycanın haqq işini həmişə dəstəklədiyinə görə bu quruma təşəkkürünü ifadə edib. Eyni zamanda, Türkiyədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insanın həlak olmasına görə qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verib, yaralananların tezliklə sağalmasını diləyib.

Son illər TÜRKPA-ya üzv olan ölkələrin dövlət başçılarının dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşdiyini deyən Əli Hüseynli bu işdə Azərbaycan Prezidenti İlham Əliyevin müstəsna xidmətlərini vurğulayıb. O, TÜRKPA-ya üzv olan ölkələrin qarşısında duran qanunvericiliklərin yaxınlaşdırılması, ətraf mühit və sağlamlığın qorunması kimi aktual məsələlərə toxunub.

Sonra tədbirin moderatoru və komissiyanın sədri Əhliman Əmiraslanov TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının “TÜRKPA üzv dövlətlərində biomüxtəlifliyin qorunması” mövzusuna həsr edilmiş 8-ci iclasının mövzusu və gündəliyi ilə bağlı fikirlərini bölüşüb. O, gündəliyin əsas mövzusuna dair hesabat məruzəsinin və tövsiyə qərarının hazırlanması ilə bağlı, eyni zamanda, iclasın gündəliyində yer alan “Reproduktiv sağlamlığın qorunması haqqında” model qanun layihəsi haqqında məlumat verib.

Əhliman Əmiraslanov TÜRKPA-ya üzv dövlətlərin qanunvericiliklərinin yaxınlaşdırılması məsələsindən danışıb, indiyədək qurumun daimi komissiyalarında ümumilikdə 7 model qanunun qəbul olunduğunu diqqətə çatdırıb.

Sonra TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması Komissiyasının sədr müavini Recep Şeker və TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er çıxış edib, mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Açılış nitqlərindən sonra iclasın gündəliyi təsdiq olunub. Gündəlikdə yer alan “TÜRKPA üzv dövlətlərində biomüxtəlifliyin qorunması”na dair komissiyanın hesabat məruzəsini TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının sədr müavini və TBMM-in üzvü Recep Şeker təqdim edib. Ötən əsrdən başlayaraq planetdə antropogen fəaliyyətlərin sürətli inkişafının ekosistemdə yaratdığı fəsadlardan bəhs edən məruzəçi biomüxtəlifliyin qorunması, səmərəli istifadəsi ilə bağlı TÜRKPA-da və üzv dövlətlərdə görülən işlərdən danışıb, hesabat sənədinin məqsədi və məzmunu ilə bağlı məlumat verib.

Təqdimatdan sonra AMEA-nın vitse-prezidenti, Azərbaycanın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru İradə Hüseynova, Genetik Ehtiyatlar İnstitutunun baş direktoru Zeynal Əkpərov, Türkiyə Böyük Millət Məclisinin üzvü Ömer Fethi Gürer, Botanika İnstitutunun baş direktoru Səyyarə İbadullayeva, AMEA-nın Fiziologiya İnstitutunun direktoru Ulduz Həşimova, Qazaxıstan Respublikası Parlamenti Senatının üzvü Nurlan Bekenov, Qırğız Respublikası Joqorku Keneşinin üzvləri Tazabek İkramov və Marlen Mamataliyevin məsələ ilə bağlı çıxışları dinlənilib. Daha sonra komissiyanın hesabat layihəsi təsdiq olunub və assambleyanın plenar iclasında məsələ üzrə məruzəçi TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının sədr müavini Recep Şeker seçilib.

“TÜRKPA üzv dövlətlərində biomüxtəlifliyin qorunması”na dair komissiyanın tövsiyə qərarının layihəsini təqdim edən Əhliman Əmiraslanov bildirib ki, TÜRKPA biomüxtəlifliyin qorunması və dayanıqlı istifadəsi üçün beynəlxalq çərçivə olan Bioloji Müxtəliflik haqqında Konvensiyanı dəstəkləyir. Biomüxtəlifliyin pozulmasının yaratdığı problemlərə toxunan Əhliman Əmiraslanov türk dövlətləri arasında digər sahələrdə olduğu kimi, biomüxtəlifliyin qorunması sahəsində də əlaqələrin daha da inkişaf etdirilməsinin və bu istiqamətdə qanunvericiliyin uyğunlaşdırılmasının zəruriliyini qeyd edib. O, tövsiyə qərarında TÜRKPA-ya üzv ölkələr arasında bioloji müxtəlifliyin qorunması sahəsində əməkdaşlığın gələcək perspektivlərinə dair görülə biləcək fəaliyyətlərin vurğulandığını diqqətə çatdıraraq sənədin müvafiq sahədə səmərəli əməkdaşlığı artıracağına inamını ifadə edib.

İclasda tövsiyə qərarı təsdiq olunub və sənədi assambleyanın plenar iclasında təqdim etmək üçün məruzəçi TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının sədri Əhliman Əmiraslanov seçilib.

Sonra Ə.Əmiraslanov bildirib ki, uzun illər Ermənistanın işğalı altında qalan Azərbaycan ərazilərində ermənilər milli-mədəni irsimizi məhv etməklə yanaşı, həmçinin ekologiyamıza da böyük ziyan verib, sözün əsl mənasında, ekoloji terror törədiblər. Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra da ermənilər ekoloji terroru davam etdirirlər və azərbaycanlılar bu ekoloji terrora son qoyulması üçün 85 gündür Xankəndi-Şuşa-Laçın yolunda etiraz aksiyası keçirirlər. O, TÜRKPA-ya üzv dövlətləri Ermənistanın ekoloji terror törətməsini qınamağa çağırıb.

İclasın gündəliyindəki “Reproduktiv sağlamlığın qorunması haqqında” Model Qanun layihəsini Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev təqdim edib.

Model qanun layihəsinin ehtiva etdiyi sahənin aktuallığından danışan Adil Vəliyev reproduktiv sağlamlığın qorunması sahəsində problemlərə toxunub, insanların reproduktiv sağlamlığının qorunmasına dövlət qayğısının artırılmasının zəruriliyini diqqətə çatdırıb. Milli Məclisin şöbə müdiri model qanun layihəsində reproduktiv sağlamlığın qorunması məsələlərinin necə tənzimlənməsi, sənədin əsas məqsəd və hədəfləri barədə məlumat verib.

ATU-nun I cərrahi xəstəliklər kafedrasının müdiri Nuru Bayramov məsələ ilə bağlı çıxış edib, suallarını səsləndirib.

Səslənən suallara aydınlıq gətiriləndən sonra model qanun layihəsi təsdiqlənib.

Sonda parlamentarilər komissiyanın 9-cu iclasının mövzusunu müəyyən ediblər. Bildirilib ki, komissiyanın növbəti iclası Qazaxıstanda keçiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan nefti 130 dollardan baha satılır

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi