Milli Məclisin deputatı ATƏT PA-nın Komitə sədri seçilib
Bakı, 2 iyul, AZƏRTAC
Bu gün Portuqaliyanın Porto şəhərində keçirilən ATƏT Parlament Assambleyasının (ATƏT PA) 32-ci İllik Sessiyası çərçivəsində Baş Komitələr üzrə iclaslar başa çatıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin üzvü Azay Quliyevin sədri olduğu İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə Baş Komitənin “Helsinki Yekun Aktının 50 illiyinin qeyd olunması: ATƏT məkanında yeni reallıqlara cavab” adlı qətnaməsi müvafiq düzəlişlə qəbul olunub.
Üç gün davam edən komitə iclaslarında, həmçinin müxtəlif məsələlər üzrə 6 əlavə qətnamə layihəsi müzakirə olunaraq qəbul edilib.
İyulun 2-də İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə Baş Komitənin rəhbərliyinə seçkilər keçirilib. Azərbaycan Milli Məclisinin deputatı Azay Quliyev yekdilliklə yenidən Komitənin sədri vəzifəsinə seçilib.
Komitənin sədr müavini vəzifəsinə Ukrayna nümayəndəsi Artur Gerasimov, məruzəçi vəzifəsinə isə Portuqaliya nümayəndəsi Paula Kardosa seçiliblər.
Qeyd edək ki, Azay Quliyev bundan əvvəl də ATƏT PA-da müxtəlif vəzifələrə seçilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [23:27]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [17:08]
Baş nazir Əli Əsədov Vyetnamın Baş prokuroru ilə görüşüb
Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir
- 08.06.2026 [23:50]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [23:27]
Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq
- 08.06.2026 [22:00]
Ayxan Abbasov: Bizə qələbə lazımdır
- 08.06.2026 [21:44]
İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi
- 08.06.2026 [20:53]
“Şamaxı”nın yay hazırlıq planı məlum olub
- 08.06.2026 [20:40]
Bu saata olan əsas xəbərlər
- 08.06.2026 [20:00]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [19:09]
Azərbaycan Sloveniyada keçirilən Bled Su Forumunda təmsil olunub
- 08.06.2026 [18:43]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:40]
Uşaqların rəqəmsal savadlılığının artırılması vacibdir - PSİXOLOQ
- 08.06.2026 [18:33]
Serbiyanın idman naziri Azərbaycana gəlib
- 08.06.2026 [18:30]
® “Bakcell” yeni baş icraçı direktor təyinatını elan edib
- 08.06.2026 [18:29]
Veteran futbolçu: Dünya çempionatında Braziliyanı favorit hesab edirəm
- 08.06.2026 [18:28]
Bakı Türkoloji Qurultayının 100 illiyi Varşavada qeyd olunub
- 08.06.2026 [18:26]
Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinterodan
- 08.06.2026 [18:18]
“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib
- 08.06.2026 [18:06]
Roberto Mançini İtaliya millisinin yeni baş məşqçisi olacaq
- 08.06.2026 [18:03]