SİYASƏT
MİLLİ MƏCLİSİN DEPUTATI SOFİYA VƏ VYANADA KEÇİRİLƏCƏK TƏDBİRLƏRDƏ İŞTİRAK EDƏCƏKDİR
Milli Məclisin deputatı Asəf Hacıyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Hüquqi və və siyasi işlər komitəsinin növbəti iclasında iştirak etmək üçün oktyabrın 8-10-da Bolqarıstanın Sofiya şəhərində səfərdə olacaqdır.
İclasda təşkilatın reqlamentinə dəyişikliklər edilməsi, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının on illik yubileyinə hazırlığın gedişi barədə məsələlər müzakirə olunacaqdır.
A.Hacıyev Parlamentarların Qlobal Fəaliyyət Təşkilatının təşəbbüsü və Amerika Universitetinin dəstəyi ilə oktyabrın 11-14-də Vyanada keçiriləcək “Əməkdaşlıq və qarşılıqlı fayda” mövzusunda “dəyirmi masa” müzakirələrində iştirak edəcəkdir.
Milli Məclisin
Mətbuat xidməti