SİYASƏT
Milli Məclisin deputatı Türkiyədə keçirilən “Qarabağ həftəsi”nin tədbirlərinə qatılacaq
Bakı, 24 iyun, AZƏRTAC
İstanbulda Türkiyənin Xalq Diplomatiyası və İqtisadi Əməkdaşlıq Təşkilatının təşkilatçılığı ilə “Qarabağ həftəsi” çərçivəsində tədbirlər keçiriləcək.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı tədbirlərdə iştirak etmək üçün iyunun 25-də İstanbula səfər edəcək.
Deputat Türkiyədə Azərbaycanın 44 günlük Vətən müharibəsində şanlı Qələbəsinə həsr olunan tədbirlərdə iştirak edəcək.
Səfər çərçivəsində deputat Sabir Rüstəmxanlıya Türk dünyası qarşısındakı xidmətlərinə görə mükafatın təqdim olunması nəzərdə tutulub.
Səfər iyulun 5-də başa çatacaq.