Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib

Bakı, 12 noyabr, AZƏRTAC

Noyabrın 12-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda çıxış edən komitə sədri Musa Quliyev gündəliyə 10 məsələnin daxil edildiyini bildirib.

Təqdim olunan məsələlər birinci oxunuşda müzakirəyə çıxarılıb.

Əvvəlcə, komitə sədri “Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihələri barədə məlumat verib. Bildirib ki, Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi, vətəndaşların sosial rifah halının yaxşılaşdırılması Prezident İlham Əliyevin daxili siyasətinin prioritet istiqamətidir. Sosial məsələlərlə bağlı istər dövlət büdcəsi, istər Dövlət Sosial Müdafiə Fondunun büdcəsi, istər İşsizlikdən sığorta fondunun büdcəsi tərtib olunarkən bu prioritet istiqamət nəzərə alınır.

Diqqətə çatdırılıb ki, 2022-ci il üçün Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərcləri bərabər olmaqla 5 milyard 307 milyon manat proqnozlaşdırılır ki, bu da cari ilin gözlənilən icra göstəricisindən 253 milyon manat və ya 5 faiz çoxdur. Fondun gəlirlərinin 78,2 faizi məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar, 21,6 faizi isə dövlət büdcəsindən balanslaşdırma məqsədi ilə ayrılan vəsait hesabına təmin ediləcək. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 58,8 faizi qeyri-büdcə sektorunun, 39,4 faizi isə büdcədən maliyyələşən təşkilatların hesabına formalaşacaq. Büdcədən maliyyələşən təşkilatlar üzrə gəlirlərin artım tempi 27,1 faiz, qeyri-büdcə sektorunda isə 13,1 faiz təşkil edəcək. Qeyd olunub ki, gəlirlərin artımı orta aylıq əməkhaqqının artımı ilə şərtləndirilir. Orta aylıq əməkhaqqının cari ilin sonuna 742 manat təşkil edəcəyi, növbəti ildə isə 65 manat artaraq 807 manat olacağı proqnozlaşdırılır.

Diqqətə çatdırılıb ki, 2022-ci ildə Fondun büdcəsini balanslaşdırma məqsədi ilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait 1 milyard 146 milyon manat proqnozlaşdırılır. Fondun gələn ilə proqnozlaşdırılan ümumi xərclərinin 96,7 faizi və ya 5 milyard 133 milyon manatını əhaliyə ödənişlər təşkil edəcək. Bu isə 2021-ci ilin gözlənilən icrasından 226,2 milyon manat və ya 4,6 faiz çoxdur.

Komitə sədri qeyd edib ki, əmək pensiyalarının orta aylıq məbləği 2019-cu ildə 264 manat, 2020-ci ildə 301 manat, 2021-ci ildə 328 manat təşkil etmiş, 2022-ci ildə isə 343 manat təşkil edəcəyi proqnozlaşdırılır, yaşa görə pensiya isə 372 manat təşkil edəcək. Əmək pensiyasının minimum məbləği 2017-ci ildə 110 manat, 2018-ci ildə 116 manat, 2019-cu ildə 200 manat müəyyən edilmiş, 2022-ci ildə isə bu rəqəmin 240 manata çatdırılması nəzərdə tutulur. Növbəti ildə yaşa görə pensiyanın cari ildəki 331 manatdan 372 manata, əlilliyə görə pensiyanın 261 manatdan 299 manata, ailə başçısını itirməyə görə pensiyanın 263 manatdan 298 manata çatdırılması gözlənilir. Əlilliyə görə pensiyaçıların sayının dinamikasındakı azalma son illərdə bu sahədə aparılan islahatlar, şəffaflığın və nəzarət tədbirlərinin güclənməsi ilə əlaqədardır.

Musa Quliyev çıxışında Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətinin hesabatlılığının daha yüksək səviyyədə təmin olunması, səmərəliliyinin və iqtisadi fəallığının artırılması, sosial müdafiəyə ehtiyacı olan vətəndaşlarımıza göstərilən xidmətin dairəsinin genişləndirilməsi və keyfiyyətinin yüksəldilməsi məqsədilə komitənin bir sıra təkliflərini səsləndirib. Qeyd edilib ki, Fondun layihəsi “Büdcə sistemi haqqında” Qanuna və digər qanunvericilik aktlarına uyğun hazırlanıb.

Komitə sədri İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsini təqdim edərək diqqətə çatdırıb ki, fondun gəlirləri 180 milyon 375 min 536 manat məbləğində proqnozlaşdırılır. Fondun xərclərinin işsizliyə görə sığorta ödənişləri, peşə hazırlığı, əmək yarmarkalarının, əmək birjalarının təşkili, haqqı ödənilən ictimai işlərin təşkili, özünüməşğulluq tədbirlərinin təşkili, sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin maliyyələşdirilməsi və digər istiqamətlər üzrə həyata keçirilməsi nəzərdə tutulub.

Sonra iclasda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev çıxış edərək, hər iki məsələ barədə nazirliyin mövqeyini nəzərə çatdırıb. Nazir bildirib ki, ölkədə həyata keçirilən dövlət siyasətinin ana xəttini sosial siyasət təşkil edir. 2018-ci illə 2021-ci ilin rəqəmlərini müqayisə etsək, görərik ki, sosial müdafiə xərcləri 60 faiz və ya 2,4 milyard manat artıb, pensiya xərcləri 1 milyard 600 milyon və ya 48 faiz manat artıb, müavinət xərcləri 417 milyon manat və 2,5 dəfə artıb, təqaüd xərcləri 310 milyon manat və ya 4,4 dəfə artıb, məcburi dövlət sosial sığorta hesabına ödənilən müavinət xərcləri isə 32 faiz artıb. Bu parametrlərə dair sosial ödənişlər üzrə üçillik rəqəmləri müqayisə etdikdə ciddi bir fərq nəzərə çarpacaq.

İcraatın təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə danışan nazir bildirib ki, pensiya fondu çərçivəsində 66 xidmət elektronlaşdırılıb. Nazirlik üzrə elektronlaşmış xidmətlərin sayı isə 150-dir. Növbəti 6 aylıq dövrdə daha 45 xidmətin elektronlaşması planlaşdırılır. Nazirliyin göstərdiyi xidmətlərin sayı cəmi 175-dir. Yəni 80-85 faiz xidmətlər elektronlaşdırılacaq ki, bu da həm vətəndaş məmnunluğu, həm də şəffaflığın təmin edilməsi baxımından ən önəmli hədəflərdəndir.

Nazir öz çıxışında onu da qeyd edib ki, hazırda işğaldan azad edilmiş torpaqlarımıza Böyük Qayıdışdan sonra məşğulluğun necə olacağı ilə bağlı plan hazırlanır. Bununla bağlı işçi qrupu yaradılıb. İşçi qrupu ev, məktəb, tibb xidmətlərinin yaradılması ilə bağlı işlərə baxacaq. Burada “ağıllı kənd”lərin daxilində smart dost guşələrinin qurulması və insanların məşğulluğu nəzərə alınacaq.

İclasda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında və İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında palatanın hazırladığı rəyi təqdim edib.

Sonra hər iki məsələ ilə bağlı geniş müzakirələr aparılıb. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, deputatlardan Erkin Qədirli, Vüqar Bayramov, İlham Məmmədov, Jalə Əliyeva, Arzu Nağıyev, Məlahət İbrahimqızı, Səttar Möhbalıyev, Soltan Məmmədov, Əziz Ələkbərov, Aqil Məmmədov Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən sığorta fondunun 2022-ci il büdcələri haqqında öz fikirlərini söyləyib, bəzi suallarını səsləndiriblər.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deputatların qaldırdıqları məsələlərə aydınlıq gətirib.

Sonra komitə sədri Musa Quliyev “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrini təqdim edib. Bildirilib ki, 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 205 manat, əmək qabiliyyətli əhali üçün 215 manat, pensiyaçılar üçün 173 manat, uşaqlar üçün 189 manat məbləğində müəyyən edilib. Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2022-ci il üçün ehtiyac meyarının həddi isə 200 manat məbləğində müəyyənləşdirilib.

İclasda iştirak edən iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov məsələlərlə bağlı öz fikirlərini açıqlayıblar.

Daha sonra iclasda parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev gündəlikdəki digər 6 məsələ barədə məlumat verib. Bildirib ki, “Sosial sığorta haqqında” Qanunda edilən dəyişikliyə əsasən, maddi yardımların da məcburi dövlət sosial sığorta haqlarından azad olunan gəlir növü kimi təsbit edilməsi nəzərdə tutulub.

Diqqətə çatdırıb ki, növbəti məsələlər - “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” və “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri adları göstərilən sahələrdə qulluq edən şəxslərin dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsinə yönəlib.

Adil Vəliyev bildirib ki, gündəlikdəki İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi isə dövlət icbari şəxsi sığortası sahəsində sığortaçının və sığortalının məsuliyyətini müəyyən edir.

Qeyd olunub ki, qanun layihələri “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” ölkə Prezidentinin 2021-ci il 18 may tarixli Fərmanının 1-ci hissəsinin icrasının təmin edilməsi məqsədilə hazırlanıb.

İclasın sonunda gündəliyə daxil edilən 10 qanun layihəsinin hamısının birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə edilməsi qərara alınıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub