MİLLİ MƏCLİSİN HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU MƏSƏLƏLƏRİ DAİMİ KOMİSSİYASININ İCLASI OLMUŞDUR
Komissiyanın sədri Əli Hüseynov demişdir ki, edilən dəyişikliklər qanunların daha da təkmilləşməsinə, onlardakı bəzi boşluqların və çatışmazlıqların aradan qaldırılmasına xidmət edir.
Ədliyyə Nazirliyinin idarə rəisi Azər Cəfərov birinci məsələ ilə bağlı məlumat verərək demişdir ki, “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” qanunlara təklif olunan dəyişikliklərdə respublikanın regionlarında apellyasiya məhkəmələrinin, Naxçıvan Muxtar Respublikasında Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin yaradılması, Ali Məhkəminin Plenumunda qərarların qəbulu prosedurunun təkmilləşdirilməsi və digər məsələlər əksini tapmışdır.
Sonra digər məsələlərə baxılmış, deputatlar müzakirə olunan qanun layihələri ilə əlaqədar rəy və təkliflərini bildirmişlər.
Sonda layihələr təsdiqlənmək üçün Milli Məclisin müzakirəsinə tövsiyə olunmuşdur.