Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisin növbədənkənar iclası keçirilib

Bakı, 14 iyun, AZƏRTAC

İyunun 14-də Milli Məclisin növbədənkənar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclas Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Milli Məclisin sədri Oqtay Əsədov gündəliyə 28 məsələnin daxil olduğunu bildirib. Sonra müzakirələr başlayıb.

“Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun layihəsini üçüncü oxunuşda təqdim edən aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki, ikinci oxunuş zamanı parlamentdə səsləndirilən irad və təkliflər işçi qrup tərəfindən diqqətlə araşdırılıb, nəzərə alınıb. Qeyd edib ki, bu qanunun tətbiqi, ölkədə torpaq sahiblərinin könüllü birliyinin yaradılması aqrar bölmədə islahatların yeni mərhələsinə təkan verəcək. Parlament qanunu üçüncü oxunuşda qəbul edib.

Sonra elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli üçüncü oxunuşda müzakirəyə çıxarılmış “Elm haqqında” qanun layihəsi üzərində aparılmış iş barədə məlumat verib. Deputatların əvvəlki müzakirələrdə dəyərli təkliflər səsləndirdiyini, nəticədə ikinci oxunuşdan sonra sənədin daha da təkmilləşdiyini vurğulayıb. Qeyd edib ki, müasir dövrün tələblərinin də nəzərə alındığı bu qanun ölkəmizdə elmin inkişafında mühüm rol oynayacaq, dövlətçiliyə və tərəqqiyə xidmət edəcək.

Deputatlar “Elm haqqında” qanun layihəsinə üçüncü oxunuşda yekdilliklə səs veriblər.

İclasda İranla əməkdaşlığa dair beş sazişin təsdiqinə baxılıb. Milli Məclis sədrinin müavini, təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” Saziş və ölkələrimiz arasında elektrik enerjisi satışına dair Çərçivə Sazişi barədə məlumat verib.

Milli Məclis sədrinin birinci müavini, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması, məhdudlaşdırılması və təsirinin azaldılması sahəsində əməkdaşlıq haqqında” Sazişi təqdim edib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Azərbaycanla İran hökumətləri arasında gömrük məsələlərində qarşılıqlı inzibati yardım haqqında Sazişi və iki ölkənin dəmir yollarının əlaqələndirilməsinə dair Çərçivə Sazişini şərh edib.

Parlamentdə sənədlərin təqdimatı zamanı bildirilib ki, bu sazişlərin beşi də Azərbaycanın dövlət maraqlarına uyğundur, ölkələrimiz arasında əməkdaşlıq əlaqələrini genişləndirəcək, münasibətlərin inkişafına xidmət edəcək.

Müzakirələr zamanı deputatlar sənədlərin əhəmiyyətini yüksək qiymətləndirib, rəy və təkliflərini söyləyiblər. Milli Məclis sazişlərin beşini də ratifikasiya edib.

İclasda “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası ilə Koreya Respublikasının Okeanlar və Balıqçılıq Nazirliyi arasında “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair (DHDNÇ) 1978-ci il tarixli Beynəlxalq Konvensiya”nın (əlavələrlə) I∕10-cu qaydasına əsasən sertifikatların (diplomların) tanınması haqqında” Anlaşma Memorandumu da təsdiq olunub.

Valeh Ələsgərov 8 maddədən ibarət “Azərbaycan Respublikasında Muradxanlı, Cəfərli və Zərdab neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Zenit Aran Oil Company Limited və SOCAR-ın Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” qanun layihəsini ətraflı şərh edib. Deputatlar sənədə müsbət münasibət bildiriblər.

Milli Məclisdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda dəyişikliklər edilməsi barədə məsələni şərh edən Ziyafət Əsgərov məlumat verib ki, hərbi xidmətə çağırışdan möhlət hüququ indiyədək ancaq bakalavriat pilləsində təhsil alanlara verilirdi. Qanunun 21-ci maddəsinə edilən dəyişikliyə görə, bundan sonra həmin möhlət hüququ magistratura və doktorantura səviyyələrinə də şamil olunacaq. Həmçinin xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələrində, tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək çağırışdan möhlət hüququ veriləcək.

Deputatlar “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda bu mütərəqqi dəyişikliyə görə Azərbaycan Prezidentinə minnətdarlıq bildiriblər. Qanun layihəsi səsə qoyularaq qəbul olunub.

İclasda hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin şərhi dinlənildikdən sonra Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurunun sadələşdirilməsi, elektron viza sisteminin yaradılması məqsədilə Miqrasiya Məcəlləsində edilən dəyişiklik səsvermə yolu ilə qəbul edilib.

Milli Məclis sədrinin müavini, insan hüquqları komitəsinin sədri Bahar Muradova “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi barədə” məsələni təqdim edib. Bildirib ki, bu qanunun tətbiqi ilə əlaqədar “Ətraf mühitə dair informasiya almaq haqqında” Qanunun 2-ci maddəsində, “İnformasiya əldə etmək haqqında” Qanunun 4.2.3-cü maddəsində, “İctimai iştirakçılıq haqqında” qanunun 11.2-ci maddəsində “vətəndaşların müraciətlərinə baxılması qaydası” sözləri “vətəndaşların müraciətləri” ifadəsi ilə əvəz edilir.

Səsvermə zamanı qanun layihəsi dəstəklənib.

“Vətəndaşların müraciətləri haqqında” 2015-ci il 30 sentyabr tarixli Qanunun tətbiqi ilə əlaqədar olaraq Milli Məclis qanunvericiliyin uyğunlaşdırılması məqsədilə İnzibati Xətalar Məcəlləsinə 594-1-ci maddənin əlavə olunmasına, “Hərbi qulluqçuların statusu haqqında” və “Prokurorluq haqqında” qanunlara redaktə xarakterli dəyişikliklər edilməsinə razılıq verib.

Parlamentə bir zərfdə daxil olmuş beş qanun layihəsini şərh edən Eldar İbrahimov bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 449-cu maddəsinin tələblərindən irəli gələrək ekoloji təmiz kənd təsərrüfatı, mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi, toxumçuluq, çayçılıq, taxıl haqqında qanunlarda dəyişiklik edilməsi zərurəti meydana gəlib. Səsvermə zamanı deputatlar qanunvericiliyin uyğunlaşdırılması baxımından həmin dəyişiklikləri məqbul sayıblar.

İclasda qeyd olunub ki, “Fitosanitar nəzarəti haqqında” qanunda edilən dəyişikliklər bu qanunun “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”, habelə “Normativ hüquqi aktlar haqqında” Qanuna uyğunlaşdırılması məqsədi daşıyır. Sənəd səsə qoyularaq qəbul edilib.

Diqqətə çatdırılıb ki, əcnəbilərin turizm məqsədilə Azərbaycana gəlməsini asanlaşdırmaq, ölkəmizin ərazisini tranzit daşımaları üçün əlverişli etmək və xarici ölkə vətəndaşlarının tranzit nöqtəsi kimi Azərbaycanı seçməkdə marağını gücləndirmək üçün “Dövlət rüsumu haqqında” Qanunun 16.1.6-cı maddəsində nəzərdə tutulan rüsum dərəcəsi 50 ABŞ dollarından 20 ABŞ dollarına endirilir.

Qanun layihəsi səsə qoyulub və qəbul edilib.

Sonra Ziyad Səmədzadə deyib ki, Vergi Məcəlləsinə edilən dəyişiklik vergi orqanları əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi və maddi həvəsləndirilməsi üçündür. Belə ki, məcəllənin 22.2-ci maddəsində aparılan dəyişikliyə görə, vergi orqanlarının büdcədənkənar fondu bu orqanlar tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyaları məbləğinin 50 faizi hesabına formalaşacaq. İndiyədək həmin məbləğ 25 faiz nəzərdə tutulurdu. Fikir mübadiləsi aparıldı və qanun layihəsi qəbul edilib.

Parlament qanunvericiliyin uyğunlaşdırılması baxımından Mülki Prosessual Məcəllənin 305 və 306-cı maddələrində dəyişikliklər edilməsini məqsədəuyğun sayıb.

Deputatlar beynəlxalq təcrübəyə istinadən hüquq mühafizə orqanları işçilərinin nizam-intizam tədbirlərini gücləndirmək məqsədilə “Prokurorluq haqqında” və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunlarda prokurorluq işçisinin məsuliyyətinə və intizam məsuliyyətinin növlərinə dair maddələrə təklif olunan dəyişiklikləri qəbul ediblər.

Gündəlikdəki növbəti qanun layihələrini təqdim edən Əli Hüseynli bildirib ki, “Notariat haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlara təklif olunan dəyişikliklər notariat kontorları olmayan inzibati ərazi vahidlərində rast gəlinən çətinliyi aradan qaldırmağa və vətəndaşlara lazımi şəraitin yaradılmasına xidmət edəcək. Layihəyə görə, vətəndaşlar sahəsi beş hektardan çox olmayan və xüsusi mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin bir ilədək icarəyə və ya istifadəyə verilməsinə dair müqaviləni, habelə həmin torpaq sahələrinin iki ildən artıq olmayan müddətə icarəyə və istifadəyə verilməsinə dair etibarnaməni yerlərdəki müvafiq icra hakimiyyəti orqanlarında təsdiqlətdirə biləcəklər.

Hər iki qanun layihəsinə müsbət münasibət bildirilib.

Bununla da Milli Məclisin növbədənkənar sessiyasının birinci iclası başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çin və ABŞ 60 milyard dollarlıq sövdələşmə barədə razılığa gəlib

Şəhid anası: Ən böyük əsərim oğlum Emil oldu

FAO və Xəzər Universiteti quduzluğun qarşısının alınmasında birgə səyləri gücləndirməyə çağırır

“Mançester Siti”nin maliyyə qaydalarının pozulması ilə bağlı işi illərlə davam edə bilər

Çin XİN: BMT-nin yeni Baş katibi səriştəli, qərəzsiz və dürüst olmalıdır

Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib

“Birinci Türkoloji Qurultay 100: tarixə nəzər” – yeni nəşr

Seyid Yəhya Bakuvi irsi - əsrlərin yaddaşına həkk olunan irfan məktəbi

Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır

Qripə qarşı peyvənd nə vaxt vurulmalıdır? – TƏBİB açıqlayır

Ukrayna ordusu Rusiyanın Krasnodar diyarında dörd neft bazasına zərbələr endirib

“Şərq memarlıq ənənələri və Əcəmi Naxçıvani” - elmi sessiya

“HÜRKUŞ-II” təlim təyyarələrinin ilk partiyası Türkiyə HHQ-ə təhvil verilib

Böyük Britaniya strateji hərbi layihələrdə xarici şirkətlərin iştirakını məhdudlaşdırır

Naxçıvan Muxtar Respublikasının təhsil naziri kollektivə təqdim olunub

“Turan” klubunun Çempionlar Liqasındakı ilk ev oyununun biletləri pulsuz olacaq

Azərbaycanın investisiya imkanları yeni mərhələdə - ŞƏRH

Sudan və Efiopiya üsyançı qüvvələri dəstəkləməkdə ittiham olunur

Kardioloq: Ürək-damar xəstəliklərinin qarşısının alınması üçün sağlam həyat tərzi və düzgün qidalanma vərdişləri vacibdir

AQTA-nın sədri sahibkarları dinləyəcək

® Yerli ekspertiza Azərbaycanın investisiya cəlbediciliyinin hərəkətverici qüvvəsi kimi

Türk İnvestisiya Fondu Almatı Beynəlxalq Hava Limanının modernləşdirilməsinə maliyyə vəsaiti ayırıb

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Böyük Qayıdış: Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası olub

Vətən müharibəsi şəhidləri Tallində yad edilib

Sabah bəzi yerlərdə yağış yağacaq

® Qızıl payız fürsəti lombard kreditində aylıq cəmi 1 faizdən başlayır

Qazaxıstan nümayəndə heyəti Azərbaycan Mərkəzi Bankında olub

Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub

Bu ilin ilk 8 ayında Palçıq Vulkanları Turizm Kompleksində 150 ölkədən 26 mindən çox turist olub

Avrokomissar üzv ölkələri enerji istehlakını azaltmağa çağırıb

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Yanvar-avqust aylarında 32 min 440 uşağa reabilitasiya xidmətləri göstərilib

Bakının bir neçə küçəsində həftəsonları avtomobillərin hərəkətinə qoyulan qadağa bütün günləri əhatə edəcək

Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır

Qazaxıstan millisinin sabiq məşqçisi “Sabah” klubunda təcrübə keçəcək

Hesabat: TDT ölkələrinin ticarət həcmi 1,27 trilyon dollara çatıb

İsrail Niderlandın Fələstindəki nümayəndələrinin diplomatik statusunu ləğv edib

Qarabağ və Şərqi Zəngəzurda məşğulluq imkanları genişlənəcək - ŞƏRH

Bir əsri geridə qoyan ömür: Azərbaycanın ən yaşlı sakini Rubeydə Gülməmmədovanın həyat yolu

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Lalə Əliyeva: Nizami Gəncəvi mənəvi əbədilik qazanan elm, ürfan və poeziya günəşidir

Qazaxıstanda “Starlink Mobile” peyk mobil şəbəkəsi istifadəyə verilib

“Cahangirbəyli” stansiyasında indiyədək 45,6 milyon kilovat/saat enerji istehsal edilib

Türk ekspert: Avrasiyanın yolları Azərbaycanda kəsişir

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət edirlər

Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb

İnvestorlar nə üçün məhz Azərbaycanı seçirlər?

® “Unibank” və FMO əməkdaşlığı bərpa edir: 50 milyon dollar kredit sazişi imzalanıb

Ekspert: İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin böyük iqtisadi potensialını göstərdi

Baş prokuror: Veteranlarla əməkdaşlığı davam etdirəcəyik

Azərbaycan komandası kibertəhlükəsizlik üzrə beynəlxalq yarışda uğur qazanıb

Vətən dar gündə tanınar: 44 günün dövlətçilik və milli həmrəylik dərsləri - ŞƏRH

Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var

Finlandiya müdafiə naziri İsrail silahlarına üstünlük verdiyini bildirib

Lüksemburqda 27 Sentyabr - Anım Günü qeyd olunub

İşğalın ağır mirası: Azərbaycanın təbii sərvətləri necə talan edilib? - ŞƏRH

“İnter” Hakan Çalhanoğlunun maaşında endirim istəyir

Gürcüstan Asiya İnfrastruktur İnvestisiya Bankı ilə Orta Dəhlizlə bağlı 158,5 milyon avroluq müqavilə imzalayıb

Türkiyə ildə 50 ton qızıl hasil edə bilər

Gənc Tamaşaçılar Teatrında “İnanıram” tamaşası nümayiş olunub

Sentyabrda Yaxın Şərq ölkələrinin neft ixracı fevraldan bəri ən yüksək göstəriciyə çatıb

DİM-in sürücülük imtahanında 580-dən çox namizəd iştirak edəcək

“İki əsgər” Şuşa Dövlət Musiqili Dram Teatrında

Çin üç mühüm sahədə ABŞ ilə razılıq əldə etdiyini açıqlayıb

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir VİDEO

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 28 sentyabr

Azərbaycan və Türkiyə şahmat sahəsində əməkdaşlığı genişləndirəcək

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Amağu məbədi

® “KitKat” fasiləsindən tribunaya: kampaniya qalibləri Formula 1® həyəcanını canlı yaşadılar

ABŞ məhkəməsi “Apple” şirkətinin 5,7 milyard dollar təzminat ödəməsinə qərar verib

Azərbaycanlı ekspert Beynəlxalq Nəqliyyat Forumunun tədqiqat layihəsinə rəhbərlik edəcək

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb VİDEO

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb VİDEO

Gənclər Kitabxanası Mir Cəlal Paşayevin elmi-ədəbi irsini müasir üsullarla təqdim edir

Gömrük Komitəsinin sədri Şirvanda vətəndaşların müraciətlərini dinləyəcək

Anım Günü “Azərxalça” ASC-də silsilə tədbirlərlə qeyd olunub

Baş Prokurorluğun nümayəndələri BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə XV Konqresində iştirak ediblər

Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər

İqtisadçı-alim: Azərbaycan biznes üçün maliyyə xidmətləri üzrə ən yüksək nəticəni göstərib

Gecə saatlarında Rusiya səmasında 254 dron vurulub

® Prokurorluq işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit

AMEA “Qarabağ: Arxeoloji mədəniyyətlər qovşağında” mövzusunda konfrans təşkil edəcək

ADPU-nun yeni strateji planı: 6 məqsəd, 34 konkret hədəf

Türk dünyası Anadolu-Cənubi Qafqaz-Türküstan geosiyasi xəttində yüksəlməyə davam edir - ŞƏRH

Mərkəzi Bank ilə “Citigroup” arasında strateji tərəfdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb

Paytaxtda avtobuslarla sərnişindaşıma 5,9 faiz artıb

“Azərişıq” nümayəndələri Şərurda fermer və sahibkarlarla görüşüblər

Fransada liseylərdə gərginlik: şagirdlər polis zorakılığından şikayət edir

BDU və 4SİM əməkdaşlığı: tələbələr üçün beynəlxalq sertifikat imkanı

Son iki gündə 99 cinayətin açılması təmin edilib

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

BDYPİ yük avtomobillərinin sürücülərinə çağırış edib

Nizami Gəncəvi irsi: Bəşəri dəyərlər və müasir gənclik

Azərbaycan Avropa Şurasının Təhsil üzrə Rəhbər Komitəsinin iclasında təmsil olunub

Polşalı jurnalist: Puxaç “Sabah”dakı uğurlu çıxışı ilə özünü xatırladaraq milli komandaya yenidən qayıtdı – MÜSAHİBƏ

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

ABŞ alimləri: Onurğa sümüyündə mineralların azalması idrak geriləməsi ilə nəticələnir

Azərbaycanın qarşısında duran əsas vəzifə gələcək nəsillərə güclü, suveren və qalib dövlət mirası ötürməkdir