Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisin növbəti iclası keçirilib YENİLƏNİB

Bakı, 13 noyabr, AZƏRTAC

Noyabrın 13-də Milli Məclisin payız sessiyasında növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası açan Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, Azərbaycan xalqı 30 ildən bəri həsrətlə gözlədiyi böyük Qələbənin sevincini yaşayır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin yenilməz iradəsi və ordumuzun qəhrəmanlığı sayəsində xalqımızın qurtuluş savaşı zəfərlə başa çatıb, işğalçı Ermənistan təslim olmağa məcbur edilmiş və ölkəmizin ərazi bütövlüyü təmin olunub.

Azərbaycanın əzəli tarixi torpağı olan Qarabağın işğaldan azad edilməsi xalqımızı uzun illər davam edən məğlubiyyət acısından qurtarıb və onu qalib xalqa çevirib. Təəssüf ki, müharibə itkisiz olmur. Biz də bu müharibədə itkilər verdik.

İclasda Milli Məclis sədrinin təklifi ilə döyüş meydanında, dinc şəhər və kəndlərimizdə şəhid olmuş insanlarımızın xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Sədr Allahdan bütün şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa diləyib.

Sonra spiker bildirib ki, bu gün Azərbaycan bayrağı Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Şuşada qürurla dalğalanır, tezliklə Kəlbəcərdə, Ağdamda, Laçında, digər torpaqlarımızda yüksələcək.

Vətən müharibəsinin ən şərəfli səhifələrindən biri noyabr ayının 8-də Qarabağın incisi və tacı, Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşanın işğaldan azad edildiyi gün oldu. Sədr Şuşanı, digər şəhər və kəndlərimizi düşməndən təmizləyən əsgər və zabitlərimizin qəhrəmanlığının dillərdə dastan olacağına əminliyini bildirib. Qeyd edib ki, Azərbaycan Ordusu döyüş meydanında göstərdiyi hünərlər ilə xalqımızın nəyə qadir olduğunu dünyaya nümayiş etdirdi.

O vurğulayıb ki, bu tarixi günlərin bizim üçün ən mühüm nəticələrindən biri də xalqımızın Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşməsi və bütövləşməsi oldu. Azərbaycan xalqının birliyinin rəmzinə çevrilən bu yumruq düşmənə endirilən ağır zərbələrin ifadəsi idi. Çətin sınaq qarşısında Azərbaycan xalqının yenilməz gücə çevrildiyini hər kəs görüb yəqin etdi. Bu birliyin, bu qüvvətin qarşısında düşmən duruş gətirə bilməzdi və gətirə də bilmədi.

Spiker xatırladıb ki, noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanatla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulub. Bu bəyanatın Azərbaycan Respublikası üçün çox böyük tarixi əhəmiyyəti var. Belə ki, bəyanatın müddəalarına əsasən 2020-ci il dekabrın 1-dək Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş ərazisindən çıxarılacaq, Kəlbəcər, Ağdam və Laçın rayonları isə qan tökülmədən, şəhidlər verilmədən Azərbaycana qaytarılacaq. Bununla da ölkəmizin ərazi bütövlüyü təmin ediləcək, məcburi köçkünlərimiz doğma yurdlarına dönə biləcəklər. Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin bərpası da milli maraqlarımızın təmin edilməsi baxımından vacib məsələdir.

Sədr bir məqamı da xüsusi qeyd edib ki, bu müharibədə Ermənistan elə ağır zərbə aldı ki, onun özünə gəlməsi üçün neçə illər lazım olacaq. Biz bu gün hamımız Yerevanda baş verənləri müşahidə edirik: “Bir tərəfdən, şəhərin küçələrində kütlə azğınlıq edir, hərc-mərclik hökm sürür. Digər tərəfdən, iqtidar müxalifətin bütün liderlərini həbs edir, müxalif deputatların mandatdan məhrum edilməsi barədə söhbətlər gəzir və s.

Diqqət yetirin, bütün bu rüsvayçı hadisələr Qərbin bəzi dairələrinin demokratik dövlət kimi qələmə verməyə çalışdığı bir ölkədə baş verir. Ancaq nə Qərb dövlətlərinin rəhbərləri, nə də onların dırnaqarası “informasiya vasitələri” bu qanunsuz əməllərə münasibət bildirmir, susmağı üstün tuturlar. Güman edirəm, hər şey aydındır. Hər kəs öz simasını göstərir. Doğrudan da, möhtərəm Prezidentimizin dediyi kimi, bizə demokratiya dərsi keçməyə çalışanlar əvvəl güzgüdə özlərinə baxsınlar.

Bu müharibədə dünya bir həqiqəti də gördü ki, erməni vandalları işğal altında saxladıqları şəhər və kəndlərimizi viran qoymuş, tarixi-mədəni abidələrimizi yerlə-yeksan etmiş, milli sərvətlərimizi talan etmişlər”.

Sədr diqqətə çatdırıb ki, həmin ərazilərdə infrastruktur tam sıradan çıxarılıb. Ancaq biz əminik ki, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı bütün dağıdılmış yaşayış məntəqələrini bərpa edəcək və Qarabağ sakinləri ata-baba yurdlarında yenidən qurub yaradacaqlar.

Biz bilirik ki, müharibənin davam etdiyi dövrdə dövlət başçısı nə qədər böyük təzyiqlərə məruz qalsa da, geri çəkilməmiş, Ordumuzun zəfər yürüşünü qələbə ilə başa çatdırmağa nail olmuşdur.

Bu isə düşmən üzərində böyük Qələbədə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin nə qədər böyük rol oynadığını bir daha təsdiq edir.

Spiker deyib ki, möhtərəm Prezidentimiz xalqa müraciətində bu məsələyə toxunmuşdur. Demək olar ki, hər gün ondan dayanmağı tələb edirdilər. Amma möhtərəm Prezidentimizin dediyi kimi, “...biz qabağa getdik. Çünki mən xalqın dəstəyini hiss edirdim, xalqın inamını görürdüm. Məni heç nə dayandıra bilməzdi.

Çünki mən bilirdim ki, biz haqlıyıq. Biz öz ərazi bütövlüyümüzü bərpa edirik, öz torpaqlarımızı qaytarırıq...

Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq! Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz!”

Sədr vurğulayıb ki, biz sonsuz qürur hissi ilə yurd yerlərimizə, doğma Qarabağa qayıdırıq. Bu haqqı bizə qəhrəman ordumuz, onun Ali Baş Komandanı qaytarıb. Biz şəhidlərimizin, qanlı döyüşlərdə yaralanmış əsgər və zabitlərimizin igidliyini və fədakarlığını heç vaxt unutmayacağıq.

Spiker bir məsələni də diqqətə çatdırıb ki, möhtərəm Prezidentimizin bir il əvvəl Soçi şəhərində “Valday” beynəlxalq diskussiya klubunun iclasında səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida” ifadəsi Azərbaycanın qələbəsinin rəmzinə çevrildi.

Bu gün yüz minlərin, milyonların dilindən eşidilən bu milli şüar artıq reallığa çevrilib. Bəli, Qarabağ Azərbaycandır!

Eşq olsun Ali Baş Komandanımız İlham Əliyevə!

Eşq olsun qəhrəman Ordumuza!

Yaşasın Azərbaycan xalqı!

Daha sonra spiker deyib: “Yəqin xatırlayırsınız, 6 ay bundan əvvəl mənim dəvətimlə şuşalı gənc qız Əsra Məmmədli bu salonda çıxış etmişdi. O zaman Şuşa şəhəri işğal altında idi və gənc qızımızın çıxışı da o vaxtın ovqatına uyğun idi. Onun çıxışı yadımdadır ki, hamımızı duyğulandırdı və böyük təsir bağışladı. Mən bu gün yenə də Əsra Məmmədlini bu zala dəvət etmək istəyirəm. Düşünürəm ki, onun nə hiss etdiklərini dinləmək maraqlı olar”.

İclasda çıxış edən şuşalı qız Əsra Məmmədli bildirib ki, bir neçə ay əvvəl burada çıxış edərkən təsəvvür belə etməzdi ki, Vətənə qovuşmaq və Şuşanı görmək bu qədər yaxın olacaq. Artıq işğala son qoyuldu. Azərbaycan əsgəri, Azərbaycan xalqı qanı və canı bahasına öz torpağına sahib çıxdı. Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla müzəffər Azərbaycan ordusu bizi doğma torpaqlarımıza qovuşdurdu. Bizim ailəmiz babalarımın evinə qayıdır!

Sədr bildirib ki, Əsranın sözləri bütün millət vəkillərinin fikirlərini əhatə edir.

Sonra Milli Məclis Aparatının mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin böyük Qələbə münasibətilə hazırladığı videoçarx nümayiş etdirilib.

Daha sonra sədrin təklifi ilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Azərbaycan xalqına Azərbaycan Respublikası Milli Məclisinin müraciətinin mətninin hazırlanması üçün Milli Məclis sədrinin birinci müavini Əli Hüseynlinin başçılığı ilə komissiya yaradılıb. Komissiyaya Milli Məclisin deputatları Nizami Cəfərov, Tural Gəncəliyev, Nigar Arpadarai və Erkin Qədirli daxil edilib.

İclasda Mili Məclis sədrinin müavini Adil Əliyev, deputatlar - Əhliman Əmiraslanov, Ziyafət Əsgərov, Hicran Hüseynova, Eldar İbrahimov, Səməd Seyidov, Şahin İsmayılov, Siyavuş Novruzov, Tahir Mirkişili, Məlahət İbrahimqızı, Razi Nurullayev, Fəzail Ağamalı, Cavid Osmanov, Jalə Əliyeva, Zahid Oruc, Nəsib Məhəməliyev, Anar İsgəndərov, Vahid Əhmədov, Eldəniz Səlimov, İsa Həbibbəyli, Fazil Mustafa, Azay Quliyev, Musa Qasımlı, Sabir Rüstəmxanlı, Etibar Əliyev, Elman Nəsirov və Qüdrət Həsənquliyev xalqımızın qazandığı böyük Qələbə münasibətilə ürək sözlərini bildiriblər. Qeyd ediblər ki, bu Qələbə daxili həmrəyliyimizin, milli birliyimizin və Ali Baş Komandanımızın dediyi kimi, yumruq kimi birləşməyimizin parlaq nəticəsi oldu. 44 gün davam edən müharibədə Prezident İlham Əliyev Azərbaycanın haqqını ən yüksək səviyyədə qorudu və qəbul etdirdi. Prezidentin xarici ölkələrin televiziya kanallarına verdiyi müsahibələr isə bu işin avanqardı oldu. Bildirilib ki, bu Qələbə Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq və Dünya hərb tarixinə yeniliklər gətirmiş müharibə kimi düşəcək.

Sonra Milli Məclisin deputatı Nigar Arpadarai Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Azərbaycan xalqına Azərbaycan Respublikası Milli Məclisinin müraciətinin mətnini oxuyub.

Müraciət səsə qoyularaq təsdiqlənib. Bununla da Milli Məclisin iclası başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

2026-2030-cu illərdə enerji səmərəliliyinə investisiyalar ildə 3,2 trilyon dollara çatdırılmalıdır - HESABAT

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib

"ADEX 2026": İki qardaş ölkənin birgə istehsalı olan zərbə PUA-sı

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək

Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı “ADEX 2026”da nümayiş etdirilir

Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb

Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı regionda yeni investisiya imkanları yaradır - ŞƏRH

Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ

“Hürkuş” yeni nəsil təlim təyyarəsi ilk dəfə “ADEX 2026”da

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNİB VİDEO

Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub

Baş nazir Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycanın “Erkən hisslər” filmi Avstriyada beynəlxalq festivalda nümayiş olunacaq

Elektron pul köçürmələri ilə bağlı yeni qaydanın qüvvəyə minmə tarixi dəyişdirilib - YENİLƏNİB

Rusiya dizel ixracına qadağanın müddətini uzadıb

Azərbaycan istehsalı olan BARS kamikadze dronu ilk dəfə “ADEX 2026”da nümayiş etdirilir

Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir

® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı

Azərbaycan istehsalı olan KİQR 01, KİQR 02 və KİQR 03 ilk dəfə “ADEX 2026“da

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar

“ADEX 2026”da ilk dəfə nümayiş etdirilən hərbi texnika və silahlar məlum olub

“Böyük Qayıdış” ekran işığında: “Sabaha doğru”

SOCAR “Halliburton” şirkəti ilə mümkün əməkdaşlıq perspektivlərini dəyərləndirib

“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib

Vüqar Bayramov: Maliyyə Monitorinqi Xidmətinin yeni qaydaları çirkli pulların yuyulmasına qarşı mübarizəni gücləndirəcək

Azərbaycan istehsalı olan SİQR 01 və SİQR 02 ilk dəfə ictimaiyyətə nümayiş olunur

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb

® “PAŞA Holding” AFAQ layihəsinə dəstəyini davam etdirir

İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İran hərbi nümayəndə heyəti ilə görüşüb

Tədqiqat: Dəniz səviyyəsinin yüksəlməsi yabanı dəniz növlərinin yayılma arealını genişləndirə bilər

Vinil valdan notlara: Niyazinin “Arşın mal alan” üzərindəki redaktəsi bərpa edilir

Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub

Şavkat Mirziyoyev FIFA prezidenti ilə Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatını müzakirə edib

İnformasiya Texnologiyaları İnstitutunun rəsmisi: “OpenAI” ilə əməkdaşlıq yeni imkanlar yaradacaq

Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda

Mustafa Mehmandarov: Üzeyir bəyin “Azərbaycan xalq musiqisinin əsasları” kitabı bu gün də misilsiz qaynaqdır

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

“Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub

BMU “ADEX 2026”da müdafiə sənayesi üçün əhəmiyyətli 11 elmi-tədqiqat nəticəsini təqdim edir

Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək

Payızın ilk “Ulduz”u

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər

“Həzrəti-Sultan” muzey-qoruğunun direktoru: Xoca Əhməd Yəsəvinin irsi türk xalqlarını ümumi mənəvi dəyərlər ətrafında birləşdirir

Statistika Şurasının iclasında Milli Statistika Sisteminin inkişaf istiqamətləri müzakirə olunub

Lixtenşteyn millisinin baş məşqçisi: Sabahkı oyunun favoriti Azərbaycan yığmasıdır

Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb

Azərbaycanın turizm brendi Brüssel sammitinin diqqət mərkəzində

“ASAN xidmət”in ixrac coğrafiyasına Karib ölkələri də daxil olub

Azərbaycan Ordusunun müasir silah və texnika ilə təminatı istiqamətində mühüm işlər həyata keçirilir - ŞƏRH

Qəbələnin turizm imkanları İstanbulda təqdim olunub

Lixtenşteynli futbolçu: Azərbaycan millisi ilə oyuna tam hazırıq

Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib

“Erkən hisslər” qısametrajlı filmi beynəlxalq festivalda mükafata layiq görülüb

bp “Mərkəzi Azəri” platformasında qazın yenidən laylara vurulma gücünü artırıb

Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında "İkitərəfli Hərbi Əməkdaşlıq" planı imzalanıb

Orta Dəhliz boyunca 14 terminal tikiləcək

Ankaradakı iclasda Azərbaycanda ixracın artırılmasında maliyyə alətlərinin rolundan danışılıb

Qırğızıstanda meşə sahəsi 500 min hektardan çox artıb

Hesablama Palatasında 2027-ci il dövlət büdcəsinin layihəsi müzakirə olunub

Dünya miqyasında məlumat mərkəzlərinin sayı 12 min 259-a yüksəlib

Selçuk Bayraktar: “TEXNOFEST” nəsli Türkiyənin inkişaf lokomotividir

“ADEX 2026”: Azərbaycanın hərbi sənaye potensialının dünyaya təqdimatı – ŞƏRH

Elmir Babayev: Gənc alimin elmi profili mütəmadi yenilənməli, tədqiqat maraqları aydın təqdim olunmalıdır

Hərbi qulluqçuların pensiya təminatı mexanizmi təkmilləşdirilir

“Aspides” missiyası Qırmızı dənizdə 260 gəminin mühafizə və müşayiət tələb etdiyini açıqlayıb

Daniyar Sadvakasov: Xoca Əhməd Yəsəvinin təlimi türk dilinin qorunmasında mühüm rol oynayıb

Bal arısının mikrosporidial xəstəliyinə qarşı bitki ekstraktlarının təsiri araşdırılacaq

Səkkiz ayda Orta Dəhlizlə yükdaşımalar 22 faiz artıb

Azərbaycanın müdafiə sənayesində nailiyyətləri hərbi-texniki potensialı gücləndirir – ŞƏRH

İnvestisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir

Aqrar Sığorta Fondu: Mal-qaranın sığortalanması fermerləri gözlənilməz maliyyə itkilərindən qoruyur

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin məzarı ziyarət olunub

Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

Somalidə girov götürülmüş 8 misirli dənizçi azad edilib

Azərbaycanın və Gürcüstanın Ali məhkəmələri arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstan ali təhsildə təcrübə mübadiləsini genişləndirir

Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib

İlk IELTS cəhdində istədiyi nəticəni ala bilmədi, ikinci cəhddə 7.0 topladı - Dövlət Proqramının qalibi

Yaponiyalı tanınmış cüdo mütəxəssisi Bakıda ustad dərsləri keçir

Mərakeş Kralı ölkənin ilk qadın Baş nazirini təyin edib

Torpaq sürüşməsinə görə bağlanan Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olunub VİDEO

Torpaq sürüşməsinə görə bağlanan Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olunub VİDEO

Bakı və Abşeronda fəaliyyət göstərən təsərrüfat subyektlərində aksizli malların dövriyyəsi ilə bağlı nöqsanlar aşkarlanıb

ARKA-da dövlət dəstəyi ilə istehsal ediləcək film layihələrinin pitçinqinin birinci mərhələsi reallaşıb

Türkiyənin 124 universiteti dünya reytinq sıralamasında yer alıb

“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir

Azərbaycanlı hakim-inspektor Millətlər Liqasının oyununa təyinat alıb

AYİB-in istiqrazları üzrə son kupon və nominal ödənişlər həyata keçiriləcək

Satınalmalarla bağlı yeni qayda tətbiq ediləcək

Azərbaycanın patronaj modeli beynəlxalq konqresdə I yerə layiq görülüb

Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib VİDEO

Nəqliyyat dəhlizlərinin inteqrasiyası regional logistikanın səmərəliliyini artıracaq - ŞƏRH

Elmir Babayev: Tədqiqatçı əvvəlcə layihəsi üçün hansı dəstəyə ehtiyac olduğunu müəyyənləşdirməlidir

® Ödənişsiz “Süni İntellekt Əsaslı Təhsil Proqramı”na qeydiyyat başlayır