Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisin növbəti iclasında 17 məsələ müzakirə olunub

Milli Məclisin növbəti iclasında 17 məsələ müzakirə olunub

Bakı, 2 may, AZƏRTAC

Mayın 2-də Milli Məclisin sədri Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Sahibə Qafarova parlament nümayəndə heyətinin aprelin 27-28-də Türkiyəyə işgüzar səfəri barədə məlumat verib.

Sonra iclasda cari məsələlərlə bağlı müzakirələr aparılıb.

Çıxış edən deputatlar Prezident İlham Əliyevin bu günlərdə Türkiyəyə işgüzar səfərini, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə İstanbulda keçirilən “TEKNOFEST” festivalında iştirakını yüksək qiymətləndiriblər. Onlar Azərbaycan-Türkiyə əlaqələrinin daha da möhkəmləndiyini, ölkələrimizin etibarlı tərəfdaş olduğunu vurğulayıblar.

Laçın-Xankəndi yolunda sərhəd-buraxılış məntəqəsinin qurulmasının milli və regional təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi mina terroru, onun xüsusilə dinc əhali arasında qurbanlarının sayının artması ilə bağlı fikirlər səsləndirilib, bu haqsızlığa beynəlxalq ictimaiyyət tərəfindən münasibət bildirilməsinin vacibliyi qeyd edilib.

Deputatlar gündəmdə olan digər aktual mövzular barədə də fikirlərini açıqlayıb, seçiciləri narahat edən məsələlərdən bəhs ediblər.

Sonra Sahibə Qafarova bildirib ki, iclasda 17 məsələ müzakirə olunacaq və gündəliyin birinci məsələsi İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişiklik edilməsi ilə bağlıdır.

Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva məsələ barədə məlumat verib. O qeyd edib ki, İctimai Televiziya və Radio Yayımı haqqında Qanuna uyğun olaraq, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasına Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Mətbuat Şurası tərəfindən irəli sürülmüş namizədlərin 6 illik səlahiyyət müddəti başa çatdığına görə, yeni namizədlərin irəli sürülməsi ilə bağlı Azərbaycan Respublikasının Audiovizual Şurası tərəfindən təşkilati tədbirlər görülüb.

Məsələ ətrafında müzakirələrdə çıxış edən komitə sədrləri Siyavuş Novruzov, Zahid Oruc, deputatlar Razi Nurullayev, Bəhruz Məhərrəmov, Etibar Əliyev, Sahib Alıyev, Ceyhun Məmmədov, Sabir Rüstəmxanlı, İsa Həbibbəyli ölkəmizdə fəaliyyət göstərən televiziyaların mövcud durumu, televiziya proqramlarının keyfiyyəti barədə fikirlərini və bəzi qeydlərini səsləndiriblər.

Sonra təqdim olunan namizədlərlə (üç təşkilatın hərəsindən 2 nəfər olmaqla 6 nəfər) bağlı səsvermə keçirilib. Səsvermə nəticəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından Həsən Cəfərov, Azərbaycan Milli Elmlər Akademiyasından Teymur Kərimli, Azərbaycan Mətbuat Şurasından Azər Həsrət İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının yeni üzvləri seçiliblər.

Sahibə Qafarova gündəliyin növbəti 5 məsələsinin üçüncü oxunuşda müzakirəyə çıxarılan qanun layihələri olduğunu deyib.

Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) barədə məlumat verib. O, məsələyə komitə iclasında üçüncü oxunuşda baxıldığını və plenar iclasa tövsiyə edildiyini söyləyib, layihənin ikinci oxunuşda müzakirəsi zamanı deputatların səsləndirdiyi suallara yazılı şəkildə arayışın təqdim olunduğunu deyib. Qeyd edilib ki, sənədlə bağlı əlavə təklif və rəy daxil olmayıb.

Qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) diqqətə çatdırıb. O, sənəd barədə birinci və ikinci oxunuşlarda geniş məlumat verildiyini söyləyərək, səsə qoyulmasını xahiş edib. Layihədə "Notariat haqqında" Qanuna təklif edilən dəyişikliklərlə əlaqədar uyğunlaşdırma xarakterli düzəlişlər nəzərdə tutulub.

Qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul olunub.

Sonra millət vəkili Nurlan Həsənov “Notariat haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) haqqında məlumat verərək, sənədə dair əlavə rəy və təklifin daxil olmadığını deyib və səsə qoyulmasını xahiş edib.

Layihəyə əsasən, notarius tərəfindən kommersiya hüquqi şəxslərinin nizamnamə kapitalı, təsisçilərin təsisçi səlahiyyətlərinin həyata keçirilməsi və onların nizamnamə kapitalındakı payları ilə əlaqədar notariat hərəkətlərinin aparılması zamanı lazım olan məlumat və sənədlərin tələb edilməsinin hüquqi əsasları təkmilləşdirilir.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Deputat Nurlan Həsənov Mülki Məcəllədə, Mülki Prosessual Məcəllədə, “Notariat haqqında”, “Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında” və “Dövlət rüsumu haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsini də təqdim edib. O, sənəd barədə birinci və ikinci oxunuşda geniş məlumat verildiyini deyib və olduğu kimi səsə qoyulmasını xahiş edib.

Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bu məsələ ilə bağlı rəhbərlik etdikləri komitələrin müsbət rəy verdiklərini deyiblər.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Sonra Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Polis haqqında”, “Baytarlıq haqqında” və “Atçılıq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. O, əvvəlki oxunuşlar zamanı sənədlə bağlı hər hansı təklifin daxil olmadığını bildirib.

Sənəddə adı çəkilən qanunların "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun tələblərinə uyğun olaraq təkmilləşdirilməsi, onların müddəalarının qanunvericilik texnikasının parametrlərinə uyğunluğunun təmin edilməsi nəzərdə tutulub.

Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev sənəd barədə bu komitənin müsbət rəyini səsləndirdikdən sonra qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

S. Qafarova gündəlikdəki növbəti 11 məsələnin birinci oxunuşda müzakirəyə çıxarılan qanun layihələri olduğunu söyləyib. O, növbəti məsələnin “Minatəmizləmə sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) olduğunu deyib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov bu qanun layihəsi barədə məlumat verərək bildirib ki, sənəd ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim edilib. O, müasir şəraitdə minaların və müharibənin partlayıcı qalıqlarının dünyanın bir çox regionlarında, ilk növbədə, mülki əhalinin həyat və sağlamlığına, habelə inkişafa, tərəqqiyə ən ciddi təhdid olduğunu qeyd edib. Azərbaycanın dünyada minalarla çirkləndirilən ölkələr sırasında birinci yerlərdən birini tutduğunu deyib.

Deputat diqqətə çatdırıb ki, Ermənistanın törətdiyi beynəlxalq cinayətlərin bariz nümunəsi olan minalama fəaliyyəti nəticəsində 3377 nəfər vətəndaşımız zərər çəkib, onlardan 358 nəfəri uşaq, 38 nəfəri qadınlardır. 2020-ci il noyabrın 10-dan, yəni, üçtərəfli Bəyannamə imzalandığı tarixdən bu günədək 140 mülki şəxs və 161 nəfər hərbi qulluqçu, ümumilikdə 301 nəfər mina partlayışları nəticəsində həlak olub və ya müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ümumilikdə 44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra 77890 hektar ərazi minalardan təmizlənib, 87 min mina və partlamamış hərbi sursat aşkarlanıb. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi bu istiqamətdə öz fəaliyyətini davam etdirir.

Minatəmizləmənin mühüm fəaliyyət növü olduğunu deyən deputat bildirib ki, bu sahədə fəal iştirak edən, səmərəli əməkdaşlığa əhəmiyyətli töhfə verən, dövlətin beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində və möhkəmləndirilməsində xidməti olan Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər “Minatəmizləmə sahəsində xidmətlərə görə” medalı ilə təltif oluna bilərlər.

Məsələ ilə bağlı fikirlər, bəzi qeyd və təkliflər səsləndirildikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Sonra parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Azay Quliyev “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) diqqətə çatdırıb. Bildirilib ki, layihədə "İctimai iştirakçılıq haqqında" Qanunda istifadə edilən termin və anlayışların "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun tələblərinə uyğun olaraq aydın və birmənalı ifadə edilməsini təmin etmək üçün müvafiq dəyişikliklərin edilməsi nəzərdə tutulur. Təklif olunan dəyişikliklərin dəstəklənməsi ölkədə qərar qəbulu prosesində vətəndaşların iştirakının daha da genişlənməsinə, ictimai nəzarət mexanizminin təkmilləşdirilməsinə, ictimai iştirakçılığın təmin olunmasına məsul olan dövlət orqanlarının cavabdehliyinin artırılmasına xidmət edəcək.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Sonra Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsinə dair məlumat verib. O, bildirib ki, layihə qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Prezidenti tərəfindən təqdim edilib. Məqsəd Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəlik institutunun fəaliyyətinin təmin edilməsi ilə əlaqədar təsis edilən yeni vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusuna uyğun olaraq təsnifləşdirilməsidir. Bununla bağlı "Dövlət qulluğu haqqında" Qanunda müvafiq dəyişikliklərin edilməsi nəzərdə tutulur.

Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi haqqında Əsasnaməyə görə, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi Naxçıvan Muxtar Respublikasının ərazisində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının struktur bölməsidir. Səlahiyyətli nümayəndəliyə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa Azərbaycan Respublikasının Prezidentinə tabe olan Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi rəhbərlik edir. Səlahiyyətli nümayəndənin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini vardır. Səlahiyyətli nümayəndə, onun müavinləri, səlahiyyətli nümayəndəliyin əməkdaşları Azərbaycan Respublikası Prezidenti Administrasiyasının əməkdaşlarıdır.

Layihədə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsinin birinci təsnifata, səlahiyyətli nümayəndənin müavinləri vəzifəsinin ikinci təsnifata, nümayəndəlikdəki mütəxəssis vəzifələrinin isə üçüncü təsnifata aid edilməsi nəzərdə tutulur.

Məsələ ilə bağlı müzakirələrdə deputatlar Qüdrət Həsənquliyev və Erkin Qədirli bəzi qeydlərini açıqlayıblar. Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli səsləndirilən fikirlərə münasibət bildirib.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Sonra Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Torpaq Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində, “Torpaq islahatı haqqında”, “Energetika haqqında”, “Torpaq icarəsi haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Torpaq bazarı haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib.

O, layihədə adları göstərilən qanunlara təklif edilən dəyişikliklərin uyğunlaşdırma və dəqiqləşdirmə xarakterli olduğunu deyib. Sənəddə, eyni zamanda, bərpa olunan enerji mənbələrindən elektrik enerjisi məqsədləri üçün torpaq sahələrinin əldə edilməsinin xüsusiyyətləri, müqavilələrin bağlanması şərtləri və müvafiq icra orqanlarının səlahiyyətləri ilə bağlı dəyişikliklərin nəzərdə tutulduğunu söyləyib. Komitə sədri bildirib ki, qanunlara ediləcək dəyişikliklərə əsasən, bələdiyyə torpaqları bu məqsədlər üçün dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsal etmək istəyən fiziki və hüquqi şəxslərin icarəsinə birbaşa, yəni müsabiqə və hərrac keçirilmədən veriləcək. Həmçinin enerji mənbələrinin ərazisi kimi müəyyən edilmiş torpaq sahəsində inşa ediləcək elektrik stansiyalarının tikintiyə icazə icraatı üçün tikinti layihəsi şəhərsalma sənədlərinə uyğun hesab ediləcək və aidiyyəti üzrə dövlət orqanlarının rəyinə ehtiyac olmayacaq.

Nurlan Həsənov Hüquq siyasəti və dövlət quruculuğu, Tahir Mirkişili İqtisadi siyasət, sənaye və sahibkarlıq, Sadiq Qurbanov Təbii ehtiyatlar, energetika və ekologiya, Siyavuş Novruzov Regional məsələlər komitələrinin məsələ ilə bağlı müsbət rəylərini diqqətə çatdırdıqdan sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Sonra iclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumat verib.

O, diqqətə çatdırıb ki, yetkinlik yaşına çatmayan şəxslərin hüquqlarının daha səmərəli və effektiv qorunmasını təmin etmək məqsədilə qanunun 18.3-cü maddəsinə təklif edilən dəyişikliyə əsasən, yetkinlik yaşına çatmayanlar, məhkəmədə yalnız prokurorun iştirakı təmin edilmiş hallarda məhkəmənin qərarına əsasən daxili işlər orqanlarının yetkinlik yaşına çatmayanlar üçün müvəqqəti təcridetmə mərkəzlərinə yerləşdirilə bilərlər.

Qanunun 22-ci maddəsi isə Cinayət-Prosessual Məcəlləsinin 435-1-ci maddəsinə uyğunlaşdırılır. Belə ki, cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxsin qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsinin prosessual qaydaları bu Məcəllənin 435-1-ci maddəsi ilə ətraflı olaraq tənzimlənir.

Deputat Fəzail Ağamalı məsələ barədə bəzi fikirlərini diqqətə çatdırdıqdan sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Parlamentin sədri Sahibə Qafarova gündəliyin son 6 məsələsinin ölkə Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olduğunu və mahiyyətcə bir-birinə bağlı olduğunu söyləyib. Spiker diqqətə çatdırıb ki, gündəliyin 12-ci məsələsi Azərbaycan Respublikasının Ailə Məcəlləsində, 13-cü məsələsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində, 14-cü məsələsi “Sosial müavinətlər haqqında” Qanunda, 15-ci məsələsi “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunda, 16-cı məsələsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda, 17-ci məsələsi “Sosial xidmət haqqında” Qanunda dəyişikliklər edilməsi barədə birinci oxunuşda olan qanun layihələridir.

Sonra Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova 12-ci və 15-ci məsələləri -Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş) və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələrini təqdim edib.

O bildirib ki, Azərbaycan Prezidenti “Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı bəzi məsələlər haqqında” 2022-ci il 15 fevral tarixli Fərman imzalayıb. Fərmanda himayədar ailə institutunun inkişaf etdirilməsi və təşviqi, habelə bu sahə ilə bağlı müvafiq normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı məsələlər öz əksini tapıb. Bununla əlaqədar olaraq, Ailə Məcəlləsinə təklif olunan dəyişikliklər himayədar ailə institutunun tətbiqi, həmçinin valideyn himayəsindən məhrum olmuş uşaqların müəssisəyə yerləşdirilmə prosesinin təkmilləşdirilməsi, onların müəssisələrə düşməsinin qarşısının alınması, bioloji ailələrinə qaytarılması məsələlərinin hüquqi tənzimlənməsini özündə ehtiva edir.

Qeyd edilib ki, layihədə beynəlxalq normativ hüquqi aktlardan, habelə övladlığagötürmə sahəsində qanunvericilik və institusional baxımdan əldə edilmiş təcrübədən istifadə edilib. Sənəddə himayədar ailə olmaq istəyən şəxslərin və himayədar ailə qayğısında olan uşaqların vahid elektron uçotu, himayədar ailələrin yaranması, himayədar valideyn namizədlərlə müsahibələrin, təlimlərin keçirilməsi, uyğunlaşdırma mərhələsi, himayədar valideynlərlə müqavilə bağlanması, habelə himayədar valideyn olmaq istəyən şəxslərə dair tələblər, himayədar valideynlərin hüquq və vəzifələri, himayədar ailəyə verildikdən sonra uşağın monitorinqi və digər məsələlər öz əksini tapıb.

Komitə sədri diqqətə çatdırıb ki, layihədə valideyn himayəsindən məhrum olan uşaqların yerləşdirilməsi ilə bağlı çevik bir mexanizm təsbit olunur. Daha bir mühüm məqam ondan ibarətdir ki, uşaq aşkar olunan zaman onun sağlamlığı və ya həyatı üçün birbaşa təhlükə olduqda və təcili yerləşdirilməsi zərurəti yarandıqda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan bu Məcəllənin 116.1-ci maddəsinə uyğun olaraq ilkin qiymətləndirməni aparmadan uşağın təcili yerləşdirilməsi ilə bağlı qərar qəbul edir. Həmçinin təklif olunan yeni əlavə və dəyişikliyə əsasən, bu orqan uşağın öz ailəsinə və ya qohumlarına qaytarılmasının və yaxud ailəsində qalmasının mümkünlüyünü müəyyən etdikdə, 14 iş günü müddətində əlavə qiymətləndirmənin aparılması və ailə inkişaf planını tərtib edir.

Hicran Hüseynova bildirib ki, təklif olunan dəyişikliklərin qəbulu himayədar ailə institutunun uğurlu tətbiqinə, valideyn himayəsindən məhrum olmuş uşaqların müəssisələşməsinin qarşısının alınmasına, bununla da həmin uşaqların ailə mühitində tərbiyə alma imkanlarının genişləndirilməsinə xidmət edəcək.

Qeyd olunub ki, "Azərbaycan Respublikasının Ailə Məcəlləsinə dəyişiklik edilməsi haqqında" qanun layihəsinin qəbulu ilə əlaqədar "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Qanunda dəyişiklik edilməsi nəzərdə tutulub. Layihədə himayədar valideyn (himayədar ailə) anlayışının, habelə himayədar ailəyə verilmiş uşaqların sosial müdafiəsi ilə əlaqədar müddəaların əlavə edilməsi təklif olunur.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov 13-cü və 16-cı məsələlər - Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş) və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələri barədə məlumat verib. O bildirib ki, hər iki layihə "Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsinə uyğun olaraq hazırlanıb.

Mülki Məcəllədə nəzərdə tutulan dəyişikliklər qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların hüquqlarının müdafiəsinə yönəlib. Sənəddə uşaqlara qəyyum və himayəçinin təyin edilməsinin müəyyən prosedur və vaxt tələb etməsini nəzərə alaraq, həmin müddətdə uşağın qəyyumluq və ya himayəçilikdən kənarda qalmaması üçün bu funksiyanın həyata keçirilməsinin müvafiq icra hakimiyyəti orqanına həvalə olunması nəzərdə tutulur.

"Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanuna təklif olunan dəyişikliklərdə himayədar valideynə (himayədar ailəyə) verilmiş valideyn himayəsindən məhrum olmuş uşaqların həmin himayədar valideynin (himayədar ailənin) yaşayış yeri üzrə qeydiyyatının aparılması nəzərdə tutulur.

Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev 14-cü və 17-ci məsələləri - “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) və “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələrini diqqətə çatdırıb.

O bildirib ki, “Sosial müavinətlər haqqında” Qanunun 5 maddəsinə 11 dəyişiklik təklif olunur. Dəyişikliklər mahiyyət etibarı ilə Ailə Məcəlləsinə edilən dəyişikliklərə uyğunlaşma xarakteri daşıyır və 2 yeni müavinət növünün təsis edilməsinə hüquqi əsaslar yaradılmasını özündə ehtiva edir. Qeyd olunub ki, qanunun 4-cü maddəsinə təklif olunan dəyişikliyə əsasən, himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə aylıq müavinət və himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün birdəfəlik müavinət növü təsis edilir. Aylıq müavinət himayədar ailəyə verilmiş uşaq 18 yaşına çatanadək hər ay olmaqla, birdəfəlik müavinətin isə ildə 4 dəfə (mart, iyun, sentyabr və dekabr aylarında) verilməsi nəzərdə tutulur. Müavinətin verilməsi və dayandırılması himayədar ailə ilə müvafiq icra hakimiyyəti orqanı arasında bağlanmış müqavilə əsasında tənzimlənir. Aylıq və birdəfəlik müavinət müqavilə əsasında himayədar valideynlərdən birinə təyin edilir.

Komitə sədri deyib ki, “Sosial xidmət haqqında” Qanuna təklif olunan dəyişikliklər də Ailə Məcəlləsinə təklif edilən dəyişikliklərə uyğunlaşdırma ilə bağlıdır və texniki xarakter daşıyır.

İclasda komitə sədri Siyavuş Novruzov təqdim olunan layihələr barədə fikirlərini açıqlayaraq, bu sənədlərdə təklif olunan dəyişikliklərin məqsədəmüvafiq olduğunu söyləyib.

Sonra təqdim olunan son 6 qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin bugünkü plenar iclası başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir