Milli Məclisin nümayəndə heyəti ölkəmizin Macarıstandakı səfirliyində olub
Bakı, 29 iyun, AZƏRTAC
Xəbər verdiyimiz kimi, Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycanın parlament nümayəndə heyəti Macarıstanda rəsmi səfərdədir.
AZƏRTAC xəbər verir ki, iyunun 28-də nümayəndə heyətinin üzvləri Azərbaycanın Macarıstandakı səfirliyində əməkdaşlar üçün yaradılmış şəraitlə yaxından tanış olublar.
Nümayəndə heyətinin üzvləri səfirlikdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin büstünün önünə gül dəstələri qoyub, əməkdaşlarla səfirliyin fəaliyyəti barədə söhbətlər aparıblar.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt