Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirilib

Bakı, 2 oktyabr, AZƏRTAC

Oktyabrın 2-də Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası açan parlamentin Sədri Sahibə Qafarova əvvəlcə Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribatlar, ölkəmizin haqq savaşı, şanlı ordumuzun zəfər yürüşü ilə bağlı fikirlərini bildirib.

Spiker qeyd edib ki, bu gün hamının ürəyi azadlıq mübarizəsi aparan ordumuzun yanındadır. İndiyədək düşmənin çoxlu sayda canlı qüvvəsi məhv edilib, yüzlərlə tankı, artilleriya qurğusu, hava hücumundan müdafiə vasitəsi və hərbi texnikası sıradan çıxarılıb. Bu zəfər mübarizəsində şəhidlərimizə Allahdan rəhmət, yaralananlara şəfa diləyən Sahibə Qafarova Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatlarını uğurla davam etdirdiyini, hər gün cəbhənin müxtəlif istiqamətlərində erməni işğalçılarına ağır zərbələr endirdiyini qürurla dilə gətirib. Sədr vurğulayıb ki, Azərbaycan Ordusunun uğurlarını görən bəzi beynəlxalq güclər artıq narahat olmağa başlayıblar. Vaxtilə heç bir iş görməyən, bu məsələyə laqeyd yanaşan bəzi ölkələr və beynəlxalq təşkilatlar indi müxtəlif bəyanatlar verir, danışıqlar aparır, dövlətimizə təzyiq göstərib haqq yolundan döndərməyə çalışırlar. Spiker haqq işimizə mane olmağa cəhd göstərənlərə cavab olaraq, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bu fikirlərini xatırladıb: “Biz tarixi ədaləti bərpa edirik! Qarabağ bizim doğma, əzəli və tarixi torpağımızdır. Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. Demişdim ki, əgər məsələ danışıqlar yolu ilə həll olunmazsa, Azərbaycanın tam haqqı var ki, məsələ hərbi yolla öz həllini tapsın. Bu haqqı bizə Azərbaycan xalqı verib, bu haqqı bizə beynəlxalq hüquq normaları verib”.

Sonda Milli Məclisin Sədri vurğulayıb ki, hamımızın fikri eynidir. Ordumuzun müzəffər yürüşü Azərbaycanın ərazi bütövlüyü bərpa edilənə, sonuncu düşmən əsgəri müqəddəs torpaqlarımızdan qovulana qədər davam etməlidir. Biz də, bütün xalqımız da əmindir ki, belə də olacaq, bu zəfər savaşı Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə başa çatacaq!

İclasın gündəliyi təsdiqləndikdən sonra cari məsələlərlə bağlı müzakirələr keçirilib.

Milli Məclis Sədrinin müavini Fəzail İbrahimli, komitə sədrləri Zahid Oruc, Qənirə Paşayeva, Səməd Seyidov, Siyavuş Novruzov, deputatlardan Fazil Mustafa, Arzu Nağıyev, Sevil Mikayılova, Kamal Cəfərov, Elşən Musayev, Nigar Arpadarai, Tural Gəncəliyev, Razi Nurullayev, Bəhruz Məhərrəmov, Şahin İsmayılov, Azay Quliyev və Naqif Həmzəyev çıxış edərək, əsgər və zabitlərimizin yanında olduqlarını, onların xalqımıza qələbə sevinci yaşadacaqları günün uzaqda olmadığını bəyan ediblər. Çıxış edənlər deputatlar birmənalı olaraq Fransa hökumətinin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində tutduğu mövqeyə kəskin etirazlarını bildiriblər. Qeyd edilib ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi mandatına uyğun hərəkət etmir.

Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanılıb.

Milli Məclisin Sədri Sahibə Qafarova bildirib ki, gündəliyə parlamentin sentyabrın 30-da keçirilən iclasında birinci oxunuşda müzakirədən keçən 14 qanun layihəsinin ikinci oxunuşda müzakirəsi daxil edilib.

Əvvəlcə Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880-2020)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik olunması barədə qanun layihəsini ikinci oxunuşda müzakirəyə təqdim edib. Qanun layihəsinə əsasən, Azərbaycan Dəmir Yollarının 140 illiyi ilə əlaqədar olaraq təsis edilən yubiley medalı ilə vəzifələrini nümunəvi icra edən, fəaliyyətində yüksək nəticələr göstərən, dəmir yolu nəqliyyatı sahəsində çalışan işçilər, dəmir yolu nəqliyyatı sahəsinin inkişafında və təkmilləşdirilməsində xüsusi xidmətləri olan şəxslər, habelə beynəlxalq tərəfdaşlar təltif olunacaqlar. Qanun layihəsi ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Sonra “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012-2022)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə də ikinci oxunuşda baxılıb. Vurğulanıb ki, bu medalla həqiqi hərbi xidmət keçən və xidməti vəzifələrini nümunəvi yerinə yetirən zabit və gizirlər, müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçular, ehtiyatda olan və istefaya buraxılmış hərbçilər, həmin orqanda səmərəli fəaliyyət göstərən mülki işçilər, habelə bu sahədə xüsusi xidmətləri olan digər şəxslər təltif ediləcəklər. Əli Hüseynli yeni təsis edilən medalın bu sahədə fəaliyyət göstərən insanlarda ruh yüksəkliyinin artırılmasında xüsusi rolunun olacağını deyib, sənədin birinci oxunuşda müzakirəsi zamanı deyilən təkliflərə münasibət bildirib. Deputatlar Elman Nəsirov və Fəzail Ağamalı qanun layihəsi ilə bağlı fikirlərini bölüşüblər. Sənəd səsə qoyularaq təsdiqlənib.

İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini şərh edib. O bildirib ki, Azərbaycan Prezidenti 2018-ci il dekabrın 28-də tikinti obyektlərinə tikintiyə icazə və obyektin istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı tədbirlər haqqında Fərman imzalayıb. Tikintiyə dövlət nəzarəti prosedurlarında nəzərdə tutulan sadələşdirmələrlə əlaqədar müvafiq qanunların təkmilləşdirilməsi ilə əlaqədar təkliflərin hazırlanması barədə Nazirlər Kabinetinə tapşırıq verilib. Təqdim edilən qanun layihəsi həmin təkmilləşdirilməyə dair təklifləri nəzərdə tutur. Nurlan Həsənov sənədin birinci oxunuşu zamanı heç bir təklifin qeydə alınmadığını deyib. Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda təsdiqlənib.

“Dövlət rüsumu haqqında” Qanuna təklif edilən dəyişiklikləri İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə ikinci oxunuşda təqdim edib. Qeyd olunub ki, qanun layihəsinə təklif olunan dəyişikliklər minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləğinin hər il üçün təsdiq olunma mexanizmindən imtina edilməsini və rüsumların daimi olaraq müəyyənləşdirilməsini nəzərdə tutur. Mahir Abbaszadə qeyd edib ki, sənədin birinci oxunuşda müzakirəsindən sonra komitəyə və işçi qrupuna heç bir təklif və irad daxil olmayıb. Qanun layihəsi səsə qoyularaq təsdiqlənib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini ikinci oxunuşda təqdim edib. Bildirilib ki, qanun layihəsi daimi qulluq tələb edən sağlamlıq imkanları məhdud uşağa və ya birinci dərəcə əlilliyi olan şəxsə baxan, onunla birlikdə yaşayan valideynin, arvadın (ərin), himayəçinin və ya qəyyumun gəlirlərinin gəlir vergisindən azad olunan hissəsinin artırılaraq 200 manat məbləğində müəyyən edilməsini, güzəşt tətbiq olunan kateqoriyaya sağlamlıq imkanları məhdud uşaqları övladlığa götürən şəxslərin də aid edilməsini nəzərdə tutur. Deputat sənədin birinci oxunuşda müzakirəsindən sonra heç bir təklif və ya iradın qeydə alınmadığını vurğulayıb. Milli Məclisin komitə sədri Hicran Hüseynova və deputat Məlahət İbrahimqızı qanun layihəsi ilə bağlı fikirlərini bildiriblər. Sənəd səsvermə yolu ilə təsdiqlənib.

Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə məsələ ilə bağlı deyib ki, layihə “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli Fərmanına uyğun olaraq hazırlanıb. Düzəliş övladlığa götürülən uşaqların təhsil xərclərinin dövlət vəsaiti hesabına ödənilməsini ehtiva edir. Bu, ölkəmizdə övladlığa götürməni, xüsusilə az və orta təminatlı ailələr tərəfindən valideyn himayəsindən məhrum uşaqların övladlığa götürülməsini təşviq edəcək. Deputatlar Əli Məsimli, Məlahət İbrahimqızı və Kəmaləddin Qafarov qanun layihəsi ilə bağlı fikirlərini bildiriblər, valideyn himayəsindən məhrum uşaqlarla bağlı dövlətin üzərinə götürdüyü vəzifələri yüksək humanistlik kimi dəyərləndiriblər. Sənəd səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) sənədi şərh edərkən vurğulayıb ki, bu qanun layihəsi də valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsinin stimullaşdırılması məqsədi daşıyır. Təklif olunan qanun layihəsinə əsasən övladlığa götürülmüş uşaqların dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində və ali məktəblərin magistratura səviyyəsində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqının dövlət hesabına ödənilməsi nəzərdə tutulur. Komitə sədri bildirib ki, sənədin Milli Məclisdə birinci oxunuşu zamanı yeni heç bir təklif qeydə alınmayıb. Qanun layihəsi səsə qoyularaq təsdiqlənib.

“Sosial müavinətlər haqqında” Qanuna təklif olunan dəyişikliklərlə bağlı qanun layihəsini şərh edən Əmək və sosial siyasət komitəsinin üzvü İlham Məmmədov bildirib ki, bu sənəd də “Övladlığa götürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Prezidentin 2018-ci il 10 dekabr tarixli Fərmanına uyğun olaraq, valideyn himayəsindən məhrum uşaqların övladlığa götürülməsini stimullaşdırmaq və uşaqları övladlığa götürən ailələri dəstəkləmək məqsədilə hazırlanıb. Deputat sənədin birinci oxunuşda müzakirəsindən sonra heç bir irad və təklifin səsləndirilmədiyini deyib. Qanun layihəsi ilə bağlı çıxış edən Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova yeni təkliflərini verib. Sonra sənəd səsə qoyularaq təsdiqlənib.

İlham Məmmədov Əmək, Cinayət və İnzibati Xətalar məcəllələrinə, “Uşaq hüquqları haqqında” Qanuna təklif edilən dəyişiklikləri ikinci oxunuşda təqdim edərkən bildirib ki, layihə “Gənclər siyasəti haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsinə uyğunlaşdırma xarakteri daşıyır. Layihə səsvermə yolu ilə təsdiq olunub.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov Mülki Prosessual, Cinayət, Miqrasiya və İnzibati Xətalar məcəllələrinə, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” və “Nağdsız hesablaşmalar haqqında” qanunlara (ikinci oxunuş) təklif edilən dəyişikliklərin “Vergi Məcəlləsinə dəyişiklik edilməsi barədə” 2018-ci il 30 noyabr tarixli qanun layihəsinə uyğunlaşdırma məqsədilə hazırlandığını bildirib. Deputat deyib ki, qanun layihəsinin birinci oxunuşda müzakirəsindən sonra komitəyə heç bir yeni təklif və irad daxil olmayıb. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli Vergi Məcəlləsində dəyişiklik olunması haqqında qanun layihəsini ikinci oxunuşa təqdim edib. Diqqətə çatdırılıb ki, təklif edilən dəyişikliklər məcburi nişanlama malların uçotdan yayındırılmasının, saxta məhsulların bazara daxil olmasının qarşısının alınması məqsədilə onlara məcburi nişanlama kodunun və digər qoruyucu elementlərin vurulması məqsədilə hazırlanıb. O deyib ki, sənədin ilk oxunuşda müzakirəsi zamanı deputat Hikmət Məmmədov terminologiya ilə bağlı təkliflər səsləndirib. Əli Məsimli bununla bağlı sənədin mətnində terminoloji cəhətdən anlaşılmazlıq yaradan məqamlara aydınlıq gətirib. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Əmək və sosial siyasət komitəsinin üzvü İlham Məmmədov Əmək Məcəlləsində, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Təhsil haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə sənədi təqdim edib. Birinci oxunuşdan sonra qanun layihəsi üzərində heç bir düzəlişin aparılmadığı diqqətə çatdırılıb. Qanun layihəsi səsə qoyularaq təsdiqlənib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini ikinci oxunuşda təqdim edərkən vurğulayıb ki, Məcəlləyə yeni 192.12-ci maddə əlavə olunur. Əlavəyə əsasən, qanunla pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslərlə pedaqoji fəaliyyətlə məşğul olmaq üçün əmək müqaviləsinin bağlanılmasına görə vəzifəli şəxslər üç min manat məbləğində cərimə ediləcəklər. Qanun layihəsinin ilk oxunuşundan sonra komitəyə heç bir yeni təklifin və ya iradın daxil olmadığı bildirilib. Sənəd səsə qoyularaq qəbul edilib.

Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Publik hüquqi şəxslər haqqında” Qanunda dəyişiklik olunması barədə sənədlə əlaqədar məlumatında qeyd edib ki, təklif olunan dəyişikliyə əsasən, publik hüquqi şəxsin təsisçisi onun strukturu və işçilərin say həddi ilə yanaşı, əmək haqqı fondunun həcmini də təsdiq edəcək. Sənəd səsə qoyularaq ikinci oxunuşda təsdiqlənib.

Bununla da Milli Məclis bugünkü işini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub