Milli Müdafiə Universitetinin professorları yeni uğurlara imza atıblar
Bakı, 13 oktyabr, AZƏRTAC
Milli Müdafiə Universitetinin professoru, riyaziyyat elmləri doktoru Etibar Pənahov Türk Dünyası Riyaziyyat Cəmiyyətinin Qazaxıstan Respublikasının Türkistan şəhərində keçirilən Türk Dünyası Riyaziyyatçılarının Cəmiyyətinin VII konqresində vitse-prezidenti və plenar məruzəçi olaraq təmsil olunub. Professor Etibar Pənahov Türk Dünyasının Riyaziyyatçılar Cəmiyyətinin prezidenti B.Cumaqulov tərəfindən cəmiyyətin diplomu və medalı ilə təltif olunub.
AZƏRTAC xəbər verir ki, Milli Müdafiə Universitetinin professoru, texnika elmləri doktoru İslam İslamovun isə monoqrafiyası dünyanın ən nüfuzlu beynəlxalq elmi nəşriyyatlarından olan “Springer”də nəşr olunub.
“Radio Engineering and Telecommunications Waveguide Systems in the Microwave Range - Modeling and Synthesis” (Dalğaötürən tipli ifrat yüksək tezlik diapazonlu radiotexniki və telekommunikasiya sistemləri - modelləşdirilmə və sintez) adlı monoqrafiya radiotexnika və telekommunikasiya üzrə elmi-tədqiqat əsəridir. Professorun monoqrafiyası Azərbaycan Respublikası üzrə bu sahədə “Springer” nəşriyyatında çap olunan ilk nəşrdir.