Milli Paralimpiya Komitəsi Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlığı gücləndirir
Bakı, 16 oktyabr, AZƏRTAC
Milli Paralimpiya Komitəsi (MPK) və Azərbaycan Cüdo Federasiyasının (ACF) rəhbərlikləri arasında görüş keçirilib.
MPK-dan AZƏRTAC-a bildirilib ki, görüş zamanı MPK və ACF arasında əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi və bunun nəticəsi olaraq ölkəmizdə yeni paracüdoçu nəslinin formalaşdırılması istiqamətində atıla biləcək addımlar müzakirə edilib.
ACF-nin illik yarış təqvimində federasiya ilə komitə tərəfindən əvvəlcədən müəyyənləşdiriləcək paytaxt və regional turnirlərdə paracüdo yarışlarının keçirilməsi, paracüdoçuların ACF-nin infrastrukturundan istifadəsi, məşqçilərin təcrübə mübadiləsi və paracüdonun təbliği istiqamətində hər iki qurumun birgə həyata keçirə biləcəyi planlar üzrə fikir mübadiləsi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [14:24]
Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib
- 28.09.2026 [14:16]
Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır
- 28.09.2026 [13:07]
Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub
- 28.09.2026 [13:00]
Qazaxıstan millisinin sabiq məşqçisi “Sabah” klubunda təcrübə keçəcək
- 28.09.2026 [12:39]
Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb
- 28.09.2026 [12:26]
Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var
- 28.09.2026 [12:18]