MİLLİ PARKDA DAHA BİR İMƏCİLİK KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti yanvarın 22-də paytaxtımızda daha bir ümumşəhər iməciliyi keçirmişdir. Bakının 5000 nəfərə yaxın sakini Milli Parkda və paytaxtımızın digər yaşıllıq sahələrində 10 mindən çox müxtəlif növ ağac əkmişdir. Bu dəfə də ən çox həmişəyaşıl ağacların əkilməsinə üstünlük verilmişdir. Bununla da yanvar ayında Bakıda əkilən ağacların ümumi sayı 30 mini ötmüşdür.
Şəhər sakinləri həmişə olduğu kimi, bu dəfə də iməciliklərdə fəal iştirak etmiş, görülən işin əhəmiyyətini yüksək qiymətləndirmişlər.
Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, yanvarın 23-də yenə də iməcilik keçiriləcəkdir. Artıq 15 min ağac əkmək üçün indidən yerlər seçilmiş, hazırlıq işləri görülmüşdür. Mart ayının sonunadək iməciliklər davam etdiriləcək, şəhərin siması xeyli gözəlləşəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [17:37]
Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ
- 07.08.2026 [16:39]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 07.08.2026 [15:48]
Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb
- 07.08.2026 [12:54]
Sabah Azərbaycanda havanın temperaturu 39 dərəcəyədək yüksələcək
- 06.08.2026 [14:27]
Azərbaycanda zubrların sayı 89-a çatıb
- 06.08.2026 [12:41]
Sabahın hava proqnozu açıqlanıb
- 06.08.2026 [10:07]