Millimizin Avropa çempionatının əsas mərhələsindəki oyunlarının təqvimi açıqlanıb
Bakı, 7 fevral, AZƏRTAC
On doqquz yaşadək futzalçılar arasında təşkil olunacaq Avropa çempionatının əsas mərhələsində mübarizə aparacaq Azərbaycan millisinin yer aldığı 5-ci qrupun təqvimi açıqlanıb.
AZƏRTAC Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, millimiz martın 22-də Fransadan olan həmyaşıdları ilə üz-üzə gələcək. Ertəsi gün rəqibimiz Bosniya və Herseqovina futzalçıları olacaq. Baş məşqçi Ağatahir Əzimovun başçılıq etdiyi U-19 bu mərhələdə son görüşünü martın 25-də Yunanıstan yığmasına qarşı keçirəcək.
Qeyd edək ki, 5-ci qrupun oyunları Bosniya və Herseqovinada təşkil olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:36]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [20:07]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [17:22]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:14]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [16:19]