Millimizin futbolçusu Mahir Emreli “Legiya”dan ayrılmaq istəyir
Bakı, 14 dekabr, AZƏRTAC
Millimizin futbolçusu Mahir Emreli “Legiya”dan ayrılmaq istəyir.
AZƏRTAC xəbər verir ki, 24 yaşlı hücumçu Polşa çempionatının 18-ci turunda Plotsk "Visla"sına 0:1 hesabı ilə uduzduqları matçdan sonra azarkeşlərin hücumuna məruz qaldığı üçün bu addımı atmağa qərar verib.
Onun müqaviləni ləğv etmək variantını ciddi şəkildə düşündüyü bildirilir. Hətta millimizin üzvünün bununla bağlı vəkillərlə əlaqə saxladığı vurğulanıb.
Qeyd edək ki, tibbi müayinədən keçmək üçün xəstəxanaya yollanan Emreliyə həkimlər 2 günlük istirahət tövsiyə edib. Buna görə onun “Zaqlembe” ilə matçda iştirakı gözlənilmir.
Xatırladaq ki, azarkeşlər “Visla” ilə oyundan sonra “Legiya”nın futbolçularına hücum edib. Nəticədə Mahir Emreli komanda yoldaşı Lukinyasla birlikdə xəsarət alıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [22:52]
“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib
- 13.10.2026 [21:21]
Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub
- 13.10.2026 [19:40]
Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb
- 13.10.2026 [19:01]
Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib
- 13.10.2026 [17:29]
Asim Xudiyev UEFA-dan təyinat alıb
- 13.10.2026 [17:06]
UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub
- 13.10.2026 [16:42]