Mingəçevirdə bir gündə 3 min ədəd ağac əkilmişdir
Mingəçevir, 6 noyabr (AZƏRTAC). Mingəçevir şəhərində ağacəkmə kampaniyası həyata keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların, ali və orta ixtisas məktəblərinin kollektivlərinin iştirakı ilə keçirilən ümumşəhər iməciliyi zamanı əvvəlcə təmizlik-abadıq işləri görülmüşdür. Sonra ekologiyanın mühafizəsi və yaşıllığın artırılması üçün şəhər ətrafında, küçələrin kənarlarında, park və bağlarda yeni ağaclar əkilmişdir.
Ümumilikdə 400-dən çox şəhər sakininin iştirak etdiyi iməcilikdə əvvəlcə ağac əkiləcək ərazidə torpaq tarazlama, quyuların qazılması, üzvi gübrənin səpilməsi işləri görülmüşdür.
Gün ərzində şəhərdə 3 min ədəd şam, küknar, sərv və çinar ağacları əkilmişdir. Gələcəkdə bu yaşıllıq zolağının daha da genişləndirilməsi və digər ərazilərin abadlaşdırılması nəzərdə tutulur. Ağaclara qulluq edilməsi və onların vaxtında suvarılması işləri Mingəçevir Şəhər Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinə həvalə edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]