Minik avtomobillərin hərəkətinə icazə verilən COP29 zolaqlarının yerləşdiyi küçələr açıqlanıb - SİYAHI
Bakı, 15 oktyabr, AZƏRTAC
Paytaxtın bir sıra küçələrində təşkil edilən COP29 zolaqlarından 31 oktyabr tarixinədək minik avtomobilləri də istifadə edə bilər.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) AZƏRTAC-a bildirilib ki, minik avtomobillərin hərəkətinə icazə verilən küçələr aşağıdakılardır:
• Bünyad Sərdarov
• Həsən Seyidbəyli
• Şeyx Şamil
• Mirzəağa Əliyev
• Abdulla Şaiq
• Həsənoğlu
• Mikayıl Üseynov (Bayraq meydanı istiqamətində)
• Xocalı prospekti
• Şah İsmayıl Xətai prospekti
• Zuğulba yolu
• Zığ şosesi
Bu zolaqlarda hələ ki 5.9 – “Marşrut nəqliyyat vasitələri üçün zolaq” yol nişanları quraşdırılmayıb. Zolaqlar 1 noyabr tarixindən qüvvəyə minəcək və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək. Bu yanaşma yaxın günlərdə bir sıra küçələrdə təşkil ediləcək xüsusi hərəkət zolaqlarına da aid edilir. Həmin küçələr:
• Gülarə Qədirbəyova
• Niyazi
• İstiqlaliyyət
• Üzeyir Hacıbəyli
• Bakıxanov
• Koroğlu Rəhimov
• Neftçilər prospekti
• Heydər Əliyev prospekti
• Mehdi Hüseyn
• Teymur Elçin
• Parlament prospekti
• Nəriman Nərimanov
• Mikayıl Müşfiq
• Salyan şosesi
• Hava limanı şosesi
• Bülbül prospekti
• Azadlıq prospekti
• Həsən Əliyev