MİNLƏRLƏ AZƏRBAYCAN YƏHUDİSİ 20 YANVAR FACİƏSİ QURBANLARININ XATİRƏSİNİ YAD ETMİŞDİR
Bakı, 21 yanvar (AZƏRTAC). Yanvarın 20-də, ümumxalq hüzn günü minlərlə Azərbaycan yəhudisi 1990-cı il 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad etmişdir.
Dağ, aşkenazi və Gürcüstan yəhudiləri icmalarından bildirmişlər ki, həmin gün sinaqoqlarda səhər və axşam ibadətlərində 20 il əvvəl Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canından keçmiş qəhrəmanların ruhuna dualar oxunmuşdur.
Hüzn günü Azərbaycanın yəhudi icmalarının və təşkilatlarının nümayəndələri Şəhidlər xiyabanında olmuş, burada dəfn olunmuş şəhidlərin - azərbaycanlıların, yəhudilərin, rusların və digər xalqların nümayəndələrinin xatirəsini anmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]