Azərbaycan Dövlət İnformasiya Agentliyi

Minnətdarlıq məktubları: “Siz hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunuzu bir daha sübut etdiniz”

Minnətdarlıq məktubları: “Siz hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunuzu bir daha sübut etdiniz”

Bakı, 15 aprel, AZƏRTAC

Ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması, eyni zamanda, rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlara görə Azərbaycan Prezidenti İlham Əliyevə vətəndaşlardan çoxsaylı minnətdarlıq məktubları gəlməkdə davam edir.

AZƏRTAC Prezidentin saytına istinadla həmin məktubların daha bir neçəsini təqdim edir.

Tərtər rayonundan Sosella Bayramova ölkəmizdə COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə dövlət tərəfindən sistemli addımlar atıldığını vurğulayaraq yazır: “Möhtərəm cənab Prezidentimiz, son vaxtlar dünyada geniş yayılmış koronovirus infeksiyası təəssüf ki, Azərbaycandan da yan keçmədi. Ölkəmizdə bu infeksiyanın geniş yayılmasının qarşısının alınması məqsədilə dövlət tərəfindən sistemli addımlar atılır. Həmişə olduğu kimi, indiki çətin günlərdə də Siz kimliyindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunuzu bir daha sübut etdiniz. Hadisələrin axarını uzaqgörənliklə, dəqiq və düzgün təhlil edərək vaxtında verdiyiniz qərarlar, Sizin təşəbbüsünüz və rəhbərliyinizlə operativ olaraq həyata keçirilən qabaqlayıcı tədbirlər vətəndaşlarımızın sağlamlığının qorunub saxlanılması üçün misilsiz əhəmiyyətə malikdir. Cənab Prezident, böyük bir bəla olan koronovirusun kütləvi yayılmasının qarşısını almaq məqsədilə görülən işlərə görə Sizə bir ana, nənə, cəbhə bölgəsində yaşayan Azərbaycan vətəndaşı kimi dərin minnətdarlığımı bildirirəm. Siz xalqımıza dəstək olduğunuz kimi, xalqımız da hər zaman Sizə dəstəkdir. Siz dediyiniz kimi, “Biz birlikdə güclüyük!”. Allah Sizi qorusun!”.

Hacıqabul şəhərinin sakini Vüsalə İbrahimova qlobal pandemiyanın yayıldığı bir zamanda məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə koronovirusa qarşı mübarizədə dövlətin vaxtında qabaqlayıcı tədbirlər gördüyünü bildirir. O yazır: “Möhtərəm cənab Prezident, bu gün ölkəmizdə aparılan inqilabi islahatların ən gözəl nəticələri hiss olunmaqdadır. Ümummilli lider Heydər Əliyev akademiyasının bir nömrəli və möhtəşəm məzunu kimi, Sizin müdrik siyasətinizin nəticəsi olaraq, Azərbaycan cənnət diyara çevrilmişdir. Qlobal pandemiyanın yayıldığı bir zamanda məhz Sizin rəhbərliyinizlə koronovirus ilə mübarizədə dövlət vaxtında qabaqlayıcı tədbirlər gördü. Bunun nəticəsidir ki, Azərbaycanda xəstələrin sayı da çox az oldu. Bu gün Siz bir daha sübut etdiniz ki, Azərbaycan xalqına xidmət edirsiniz. Ölkəmizdə COVID-19 infeksiyasına qarşı görülmüş bütün qabaqlayıcı tədbirlər insanlarımızın sağlamlığının qarantıdır. Sizin işsiz vətəndaşlara və sahibkarlara göstərdiyiniz maddi və mənəvi dəstək əsl rəhbər, dövlət başçısı qayğısının təzahürüdür. Cənab Prezident, Hacıqabul şəhər sakinləri bütün bunlara görə Sizə təşəkkür edir. Sizə möhkəm cansağlığı, çətin və şərəfli işinizdə yeni uğurlar arzulayırıq”.

Prezident İlham Əliyevin ətrafında hər zaman sıx birləşən xalqımızın bu çətin günlərdən də uğurla keçəcəyinə əminliyini ifadə edən Gəncə şəhərinin sakini Səbinə Qəhrəmanova yazır: “Möhtərəm cənab Prezident, hazırda dünyada ən böyük problem olan koronovirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə gördüyünüz qabaqlayıcı tədbirlər, pandemiyanın təsirinin azaldılması üçün atılan addımlar alqışa layiqdir. Sizin də dediyiniz kimi, Azərbaycan xalqının rifahı hər şeydən üstündür. Həm özümüz üçün, həm də Vətənimiz naminə Sizin rəhbərliyinizlə dövlətin atdığı addımlara biz gəncəlilər ciddi əməl edirik. Sizin siyasətinizin ətrafında hər zaman sıx birləşən xalqımız bu çətin günlərdən də uğurla keçəcək. Biz buna inanırıq, hörmətli cənab Prezident. Xalqımıza, ölkə vətəndaşlarına göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk. Sizə və ailənizə bu çətin günlərdə əvəzsiz olan cansağlığı arzu edirik”.

Dövlətimizin başçısının siyasətinin mərkəzində Azərbaycan xalqının dayandığını vurğulayan Cəlilabad rayonunun sakini Xəzər Abbaszadə yazır: “Möhtərəm cənab Prezident, Sizə öz adımdan və Cəlilabad şəhər sakinləri adından dərin minnətdarlığımızı bildirmək istəyirəm. Əziz Prezidentimiz, Sizin uzaqgörən siyasətiniz nəticəsində xalqımız koronavirus pandemiyasından ən az zərərlə qurtulmaq üzrədir. Həyata keçirilən bütün tədbirlər sübut edir ki, Sizin siyasətinizin mərkəzində Azərbaycan xalqı dayanır. Bu çətin günlərimizdə əhaliyə hərtərəfli dəstəyiniz Sizin humanistliyinizin bariz nümunəsidir. Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi olaraq, biz tələbələrə göstərilən qayğıya görə də Sizə təşəkkür edirəm. Əminik ki, bundan sonra da Azərbaycanımızı Sizinlə bərabər xoş sədalı, işıqlı günlər gözləyir. Biz Sizinlə güclüyük!”.

Gəncə şəhərindən Mirqədir Əliyev Azərbaycan xalqına göstərdiyi qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirərək yazır: “Cənab Ali Baş Komandan, mən bir vətəndaş olaraq Sizinlə qürur duyuram. Siz bir daha sübut etdiniz ki, əsas vəzifəniz xalqımızı, dövlətimizi qorumaqdır. Siz çətin günlərə qalib gəlmək üçün var qüvvənizlə çalışır, mümkün olan hər şeyi edirsiniz. Sizin qətiyyətli mövqeyinizə görə Azərbaycanı daim uğur gözləyəcək. Cənab Prezident, bizim qayğımıza qaldığınıza, yorulmadan çalışdığınıza görə çox sağ olun. Azərbaycan xalqına göstərdiyiniz qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Dünyanı lərzəyə salan koronavirus pandemiyasından ölkəmizin qurtulması yolunda Sizi özümüzə bayraqdar, xilaskar görürük. Sizin rəhbərliyinizlə xalqımız bir çox sınaqlardan, imtahanlardan alnıaçıq, üzüağ çıxıb. Bu bəladan da tezliklə minimum itki ilə qurtulacağımıza inamımız böyükdür. Cənab Prezident, Sizin “Biz birlikdə güclüyük!” çağırışınız xalqımızın həmrəyliyinə, birliyinə yeni parlaq çalarlar gətirdi. İnşallah, elə bu birliyin və gücün sayəsində də koronavirusa qalib gələcəyik”.

Bakı şəhərinin Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsinin sakini Gülnarə İslamova yazır: “Hörmətli cənab Prezident,

mən sadə bir Azərbaycan vətəndaşı, müəlliməm. Yurdumuzun gözəl balalarına dərs deyir, onlara Vətən, torpaq anlayışı, vətəndaşlıq borcu kimi dəyərli keyfiyyətlər aşılayıram. Hazırda bütün dünyada koronavirusla mübarizə getdiyi bir vaxtda Sizin diqqətiniz, müdrik addımlarınız, xalqa qayğıkeş münasibətiniz o qədər qürurvericidir ki, ulu öndərimiz Heydər Əliyevin dəyərli sözlərini hər bir vətəndaş kimi, mən də ürəkdən, səmimi qəlbdən söyləyirəm: “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam”.

Heydər Əliyev məktəbi keçən, Heydər Əliyev ruhunu daşıyan cənab Ali Baş Komandanımız, Sizi çox sevirik. Biz Sizinləyik. Bitməyən qayğılarınıza görə Sizə olan ehtiramımız əbədidir”.

Gəncə şəhər sakinləri Elgiz Şükürov, İradə Səfərova, Elşad Abbasov və Raminə İsmayılova Azərbaycan Prezidentinin xalqın rifahının yaxşılaşdırılması üçün atdığı addımları dəstəklədiyini vurğulayaraq yazırlar: “Cənab Prezident, dünyanı bürüyən koronavirus pandemiyası Azərbaycana təsir etsə də, Sizin təşəbbüsünüzlə görülən işlər nəticəsində xalqımızın sağlamlığı qorundu, təhlükəsizliyi təmin olundu. Sizin rəhbərliyinizlə həyata keçirilən mühüm tədbirləri, o cümlədən xalqın rifahının yaxşılaşdırılması üçün atdığınız addımları dəstəkləyir və bunlara görə Sizə minnətdarlığımızı bildiririk. Pandemiyanın qarşısının alınması üçün görülən bütün işlərə görə Gəncə şəhərinin müəllim heyəti adından Sizə təşəkkür edirik. Yürütdüyünüz siyasəti dəstəkləyir və fəxr hissi ilə deyirik ki, müdrik və uzaqgörən siyasətinizi gənclərimiz arasında da təbliğ edirik”.

Daşkəsən rayonunun Quşçu kəndinin sakinləri Asif Məmmədov və Xudat Məmmədov dövlətimizin başçısının verdiyi müdrik qərarlar sayəsində ölkəmizdə bu bəla ilə qətiyyətlə mübarizə aparıldığını vurğulayaraq yazırlar: “Hörmətli cənab Prezident,

koronavirus infeksiyasının yayılmasına qarşı vaxtında atılan addımlar, verdiyiniz müdrik qərarlar sayəsində ölkəmizdə bu bəla ilə qətiyyətlə mübarizə aparılır və əminik ki, bu mübarizədə qalib gələcəyik. Cənab Prezident, açılışında şəxsən iştirak etdiyiniz “Yeni klinika” tibb müəssisəsinin pandemiya ilə mübarizə məqsədilə xalqımızın xidmətinə verməyiniz əhalinin sağlamlığının qorunmasına yüksək diqqət göstərməyinizin bariz nümunəsidir. Koronavirus infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınmasına görə gördüyünüz qabaqlayıcı tədbirləri dəstəkləyir və buna görə Sizə minnətdarlığımızı bildiririk”.

Bakı şəhərinin Yasamal rayonundan həkim Əli İbrahimov tibb işçilərinə yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıq edir. O yazır: “Möhtərəm cənab Prezident, Sizin bu çətin günlərdə pandemiyaya qarşı mükəmməl və konkret qərarlarınız infeksiyanın geniş yayılmasına imkan vermədi. Görülən tədbirlərin səmərəliliyinin canlı şahidiyəm. Həm də hər gün xəstələrin sayının azalmasının, pasiyentlərin tam sağlam evə yazılmalarının şahidiyəm və bundan qürurlanıram. Sizin tapşırıq və tövsiyələrinizə əsasən yaradılan şərait, düzgün qurulan iş prosesi bu nailiyyətləri əldə etməyə imkan verib. Koronavirusla mübarizədə biz həkimlərə yaradılan şəraitə görə ən birinci Sizə minnətdarlıq bildirir, həmçinin polis əməkdaşlarına, bizə xidmət edən heyətə təşəkkür edirəm. Sizin qayğınız, doğma münasibətiniz bu çətin günlərdə bizə böyük kömək oldu. Allah Sizi qorusun. Çox sağ olun. Azərbaycana və Sizə eşq olsun!”.

Sahibkarlara göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq edən Bakı şəhərinin Xətai rayonunun sakini Vüqar Məmmədov yazır: “Möhtərəm Prezident, bu yaxınlarda Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən pandemiyadan zərər görmüş sahibkar kimi mənim bank hesabıma min (1000) manat məbləğində vəsait köçürülüb. Bunu Sizin rəhbərliyinizlə Azərbaycan dövlətinin biz sahibkarlara dəstəyi kimi qiymətləndirir, dərin minnətdarlığımı bildirirəm. Sizin bu qayğınızı unutmayacağam, dövlətimizin inkişafı üçün canla-başla səy göstərəcəyəm. Bir daha dərin təşəkkürümü bildirir, Sizə, ailənizə ən xoş arzularımı çatdırıram”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İlk dəfə məməlilərin populyasiyasının bərpası üçün Günəş elektrik stansiyasından istifadə edilir

“Nokia” Finlandiyada 250-dən çox iş yerini ixtisar etməyi planlaşdırır

“Blue Origin” kosmosda məlumat mərkəzlərinin yerləşdirilməsi üzərində işləyir

Suriya Yəmən müharibəsinə qoşulma ilə bağlı yayılan xəbərləri təkzib edib

Barro Trampın Fransadakı lisey aksiyaları ilə bağlı sözlərinə cavab verib

İran və Oman Hörmüz boğazında təhlükəsiz dəhlizlərlə bağlı razılaşmanı beynəlxalq quruma bildirəcək

Aİ ölkələri sənayeni dəstəkləməyə və yanacaq idxalından asılılığı azaltmağa çağırılıb

Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir