Misir BMT Sülhyaratma Komissiyasının sədri seçilib
Qahirə, 4 fevral, AZƏRTAC
Misir ilk dəfə olaraq BMT Katibliyi yanında Sülhyaratma Komissiyasının sədri seçilib. Qahirə bu vəzifəni əvvəlki sədr Kanadadan təhvil alacaq.
AZƏRTAC xəbər verir ki, Misir diplomatiyasının tarixində bu əlamətdar hadisə ilə bağlı məlumatı bu ölkənin BMT-dəki daimi nümayəndəsi Məhəmməd İdris yayıb. O qeyd edib ki, komissiyanın 15-ci sessiyasında qəbul edilən bu qərar dünya ictimaiyyətinin rəsmi Qahirənin sülhyaratma missiyasına verdiyi yüksək qiymətdir.
Sessiyada qeyd edilib ki, son illər Misir Afrika və Yaxın Şərqdə, xüsusən Liviya və Fələstində münaqişələrin həlli, sülhün və sabitliyin bərqərar olunmasına mühüm töhfələr verib. Komissiyanın münaqişə ocaqları olan 15 ölkənin 12-si məhz Afrikada yerləşir. 2021-ci ildə Misirin rəhbərliyi ilə onların həlli istiqamətində yeni plan hazırlanacaq.
M.İdris vurğulayıb ki, komissiyanın sədri olacaq Misir regional və subregional təşkilatlar, beynəlxalq maliyyə institutları ilə sıx əməkdaşlıq şəraitində COVID-19 pandemiyası dövründə sülhyaratma missiyasını gücləndirməyə səy göstərəcək.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]
Misirdə müxtəlif dövrlərə aid qədim məzarlar aşkarlanıb
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
Hörmüz boğazında gəmi vurulub
- [14:13]
Sabahın hava proqnozu açıqlanıb
- [12:31]
Bu saata olan əsas xəbərlər
- [12:00]