Misir COVID-19-a yoluxanların və ölənlərin sayına görə Afrikada ikinci yerdədir
Qahirə, 15 sentyabr, AZƏRTAC
Misirin Səhiyyə Nazirliyi COVID-19 pandemiyası ilə bağlı rəqəmləri açıqlayıb. AZƏRTAC xəbər verir ki, son statistik məlumatda indiyədək bu ölkədə yeni növ koronavirusa 101 mindən çox insanın yoluxduğu, 5661 pasiyentin isə həyatını itirdiyi bildirilir. Bu, dünyada 26-cı, Afrika qitəsində isə Cənubi Afrika Respublikasından sonra ikinci göstəricidir.
Məlumatda qeyd olunub ki, COVID-19-dan vəfat edənlərin əksəriyyəti (2991 nəfər) kişilərdir. Bundan başqa, ölüm halları 15-45 yaş arasında olanlar cəmi 10,2 faiz təşkil edir, 66 yaşdan yuxarı pasiyentlər isə həyatını itirənlərin 49,3 faizi qədərdir. Yeni növ koronavirusdan ölənlərin cəmi 19 nəfəri əcnəbilərdir. Ümumilikdə, bu ölkədə 192 xarici vətəndaş COVID-19-a yoluxub.
Afrika qitəsində ən çox yoluxma halları Cənubi Afrika Respublikasında (521 min nəfər) qeydə alınıb. Bu ölkədə vəfat edən pasiyentlərin sayı isə 14 mini ötüb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş VİDEO
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]